95
qaldırıldı. Osmanlı sultanları Asiyadan Qara dəniz və Aralıq dənizi s ahillərinə
gələn karvan yollarını tamamilə öz nəzarəti altına almaq və Avropa - Asiya
ticarətində vasitəçiliyi ə lə keçirmə k üçün ipəyin vətəni olan A zərbaycanı,
ümu miyyətlə, Cənubi Qafqazı, habelə Ġran ərazisini Osman lı dövlətinə ilhaq etmək
niyyətində idilər. Os manlı Tü rkiyəsi Avropada da geniĢ iĢğallara baĢlamıĢdı. Bu isə
Osmanlı imperiyasından ehtiyat edən və onu təklikdə məğlub etməyə qadir
olmayan Avropa və Asiya dövlətləri arasında yaxın laĢmaya səbəb oldu. Osmanlı
dövləti əleyhinə koalisiya yaradılması məqsədilə danıĢıqlar aparılmasına baĢlandı.
Beləliklə, Azərbaycanın Qərb ö lkələri ilə əsrlərdən bəri davam etmiĢ ənənəvi
ticarət əlaqələri XV əsrin ortalarından etibarən hərbi-siyasi xarakter almağa baĢladı.
Ağqoyunlu hökmdarı Uzun Həsən Qərb dövlətləri ilə hələ A zərbaycanda
hakimiyyəti ələ keçirməmiĢdən əvvəl (XV əsrin 50-ci illərindən) əlaqə yaratmıĢdı.
O za man Ağqoyunlu - Avropa əlaqələrində yunan mənĢəli Trabzon dövləti
vasitəçilik edirdi. XV əsrin 60-cı illərində Ağqoyunlu diplo matları o lan Məhəmməd
(1464) və Həsən Əzəm (1465) Ġtaliyaya getmiĢ, Venetsiya hakimləri ilə danıĢıqlar
aparmıĢdılar. Venetsiya senatının 1463-cü il 2 dekabr tarixli qərarı ilə Lazaro
Kvirino Ağqoyunlu sarayına səfir (1464-1469) göndərilmiĢdi. Uzun Həsən
Qaraqoyunluları məğlub edərək (1467), paytaxtı Təbrizə köçürdü. Tey muri Əbu
Səid məğlub edil-dikdən (1468) sonra Ağqoyunlu-Avropa əlaqələri daha da
geniĢləndi. Təbrizdə Venetsiyanın daimi səfirliyi fəaliyyətə baĢladı. Venesiya
səfirləri olmuĢ Katerino Zeno (1471-1473), Ġosafat Barbarc (1474-1478), Pao lo
Onyibene (1474), A mbrocco Kontarini (1474-1475) və baĢqaları mü xtəlif
diplo matik tapĢırıqlarla A zərbaycana göndərilmiĢdilər. Uzun Həsənin elçiləri olmuĢ
Murad bəy, Ġshaq, Xoca Mirək, Hacı Məhəmməd və b. Ġtaliyaya gedərək, Venesiya
hökuməti, Ro ma papası və Neapol kralı ilə danıĢıqlar apardılar.
Ağqoyunlu hökmdarı Os manlı imperiyasına qarĢı Ro ma papaları olmuĢ III
Kalikst (1455-1458), II Piy (1458-1464), II Pavel (1464-1471) və IV Sikstlə (1474-
1484) də danıĢıqlar aparmıĢ, PolĢa-Litva, Macarıstan və Neapol krallıq ları,
Avstriya, Çexiya, Burqundiya hersoqluğu, Kipr, Rodos və baĢqa dövlətlərlə
diplo matik əlaqələr yaratmıĢdı. Qərb ölkələri ilə aparılmıĢ danıĢıqlar nəticəsində
XV əsrin 70-ci illərinin əvvəlində Osmanlı dövləti əleyhinə Ağqo yunlu dövləti,
Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Macarıstan, Rodos, Kipr,
Burqundiya və Qaraman bəyliy indən ibarət koalisiya yarandı.
Lakin Su ltan II Mehmedin hərbi qüvvələrin i iki cəbhəyə parçalamaq və onu
məğ lub etmək p lanı iflasa uğradı. Venesiya və baĢqa Qərb dövlətləri
Ağqoyunlulara vəd etdikləri odlu silahları və artilleriya mütəxəssislərini də
vaxtında göndərmədilər. Ağqoyunlu diplomatı Hacı Məhəmməd, venesiyalı Ġosafat
96
Barbaro, habelə Neapol kralı və Roma papası elçilərin in mü Ģayiəti ilə Aralıq dənizi
sahillərinə göndərilən silah yüklən miĢ gəmi, habelə 200 nəfə rə qədər artille riya
mütəxəssisi mənzilbaĢına çata bilməd i, bir ilədək Kipr sahillərində qald ı.
Siyasi quruluĢ, idarə sistemi, hərbi qüvvələr. Azərbaycanın cənub
vilayətləri Qaraqoyunlu və Ağqoyunlu dövlətlərin in metropoliyası, yəni mərkəzi
ərazisi idi. Hər iki dövlətin paytaxtı Təbriz Ģəhəri olmuĢdur. Cənubi A zərbaycan
bilavasitə padĢahın və ya sultanın özü, onun mənsəb sahibləri tərəfindən idarə
edilird i. BaĢqa vilayətlərə isə (Kürdüstan, Ġraq-i Ərəb, Ġraq-i Əcəm və s.) sülalə
üzvlərindən caniĢinlər təyin o lunurdu.
Hər iki dövlətin hökmdarları əsasən padĢah titulu daĢımıĢlar. Uzun Həsən
özünün Osmanlı və Teymuri sultanları səviyyəsində hökmdar olduğunu qeyd
etmək məqsədilə sultan titulunu qəbul etmiĢdi.
Sülalə üzv lərindən və yaxud yüksək rütbəli əmirlərdən s eçilən hləsi
(atabəyi) Ģahzadənin yanında olurdu. O, Ģah tərəfindən təyin edilir və Ģahzadənin
bütün hərbi, mülki və maliyyə iĢlərini onun adından idarə edirdi. Məsələn,
CahanĢah Ġsfahan əyalətini oğlu Məhəmməd Mirzəyə verərkən Ģahzadə həddi-
büluğa çatmadığından əyalətin bütün iĢləri lələ Məhəmmədə tapĢırılmıĢdı.
Hakim sülalə ü zvləri və ya yarımköçəri əyanlardan vaxtaĢırı təyin edilən baĢ
sərkərdələr əmir ül-üməra ad ını daĢımıĢlar. On lar hökmdardan sonra dövlətdə
mühü m mövqe tutur və qoĢuna baĢçılıq edirdilər. Bestam Cakir və Əmir Qaraman
Qaraqoyunlu dövlətinin əmir ü l-ü məralarından olmuĢlar.
Dövlət aparatında ikinc i Ģə xsiyyət
sədr-əzəm (baĢ sədr) id i və o, bütün
müsəlman ruhanilərinə rəhbərlik ed ird i. Vəqf əmlakı, onların gəliri, mədrəsələr və
xeyriyyə idarələri tamamilə onun ixtiyarında id i. Ağqoyunlu dövlətində sədrin rolu
daha əhəmiyyətli olmuĢdur. Ağqoyunlu sədri Qazi Ġsanın Sultan Yaqubun
dövründə böyük ixtiyar sahibi olduğu məlu mdur. Mərkəzi idarə aparatında mühü m
mövqelərdən birini də dövlət gəlirləri və maliyyə sistemini idarə edən baĢ vəzir
tuturdu. O, həmçinin xarici ölkələrlə əlaqələri nizamlay ırdı. BaĢ vəzir ali divana
rəhbərlik ed ir və buna görə də sahib-divan adlanırdı.
Dövlətin müharibə, sülh, taxta varislik və s. kimi mühüm siyasi məsələlərini
sülalə üzvləri və əmirlərin kənqaĢ adlanan qapalı müĢavirəsi həll edird i.
Qaraqoyunlu və Ağqoyunlu sarayında digər vəzifələr də (eşik-ağası, qapıçı,
möhrdar, xəzinədar, əmiraxur və s.) vardı. Bundan baĢqa, mənbələrdə münşi əl-
məmalik, mustovfı, qazi əlqüzzat, divanbəyinin də adları çəkilir.
Ağqoyunlu qoĢununda hökmdarın təminatında olub, müəyyən imtiyazlara
malik qvardiya hissələri, bəy və xassə nökərləri vardı. Onlar əsasən Ağqoyunlu
tayfalarından olan və hakimiyyət baĢında duran Bayandur elinə mənsub idi.