117
sıra əsərlər yazmıĢdı. Onun tələbələri Ziyaəddin ġirvani (1485-ci ildə vəfat
etmiĢdir) və
Əbdülməcid Şinani də bir sıra elmi əsərlərin müəllifləri id i.
Təbrizli Bədrəddin Seyid Əhməd Laləvi (1506-cı ildə vəfat etmiĢdir)
məntiq i, sərfi-nəhvi, ədəbiyyatı və riyaziyyatı gö zəl b ilirdi. 0, bir sıra əsərlərin
müəllifid ir.
HüquqĢünaslıq sahəsində də bir sıra alimlər yetiĢmiĢdi. Nəcməddin
Məhəmməd Üskui, İbrahim Səlmasi dövrün məĢhur hüquqĢünasları olmuĢlar.
Filosof və tarixçi Cəlaləddin Məhəmməd Dəvvani bir müddət Təbrizin
Nəsriyyə mədrəsəsində tədris iĢi ilə məĢğul olmuĢ, fəlsəfəyə dair bir sıra əsərlər
yazmıĢdı. Onun Xacə Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsəri üslubunda əxlaq
məsələlərinə həsr edilmiĢ "Əxlaqi-Cəlali" əsəri məĢhurdur. Bu əsər Yaxın və Orta
ġərqdə geniĢ yayılmıĢdı.
Həmin dövrdə baĢ vermiĢ hadisələri qələmə almaq üçün Elxan ilər ö z
saraylarına tarixçiləri cəlb et məyə çalıĢırdılar.
Əbülhica əl-Rəvvadinin zəmanəmizədək gəlib çatmayan "Tarixi-
Azərbaycan", Bərdəinin "Tarixi-Arran", İbn əl-Müsənnanın "Tarix əl-Marağa"
əsərləri bu dövrün bəhrəsi idi. XIV əsrin əvvəllərində Təbrizdə tarixçilər "Cami ət-
təvarix" ("Salnamələr məcmuəsi") adlı dünya əhəmiyyətli çoxcildli tarixi əsər
yazmıĢlar. Qiy mətli mənbə hesab edilən bu elmi əsər məĢhur alim və dövlət xadimi
Fəzlullah RəĢidəddinin rəhbərliy i altında hazırlan mıĢdı. Orta əsrlər ġərqin in
əhəmiyyətli yazılı ab idəsi olan bu əsərin yaradılmasında xey li tarixçi, müzəhhib,
rəssam, cildçi iĢtirak etmiĢdir.
XIV əsrin əvvəllə rində Təbrizdə yaĢamıĢ KaĢanlı Əbülqasıra "Ca mi ət -
təvarix" əsərinin yazılmasında iĢtirak etmiĢ, "Zeyli-Cami ət-təvarix", "Zübdət ət-
təvarix" və "Tarixi-Ulcaytu" əsərlərini qələmə almıĢdır. Əbülqasım Təbrizdə,
Elxan ilər sarayında vaqiənəvis olmuĢ, Ulcaytu Sultan Məhəmmədə həsr etdiyi
əsərini də məh z bu üslubda yazmıĢdı.
XIV əsrdə yaĢamıĢ Azərbaycan tarixçisi Məhəmməd ibn Hinduşah
Naxçıvani "Dəstur əl-katib" əsərinin müəllifidir. Bu əsərdə XIII-XIV əsrlərdə
ölkəmizin siyasi, ictimai, iqtisadi tarixin i əks etdirən xey li sənəd vardır. XIV əsrin
görkəmli tarixçilərindən biri də təbrizli Əh məd ibn Məhəmməddir. O, "Tarix əl-
nəvadir" və "ġahənĢahnamə" adlı mənzu m tarixi əsərlərin müəllifid ir.
"ġahənĢahnamə" hicri 738 (1337-1338)-ci ildə Sultan Əbu Səidin Ģərəfinə nəzmlə
yazılmıĢ əsərdir.
Təbrizdə yaĢamıĢ məĢhur tarixçi və coğrafiyaĢünas Həmdullah Qəzvin i
"Tarixi-qo zide" və "Nüzhət əl-qülub" kimi məĢhur əsərlərin müə llifid ir. XIV əsrin
tanınmıĢ alimlərindən biri də Əbdür-rəşid Saleh oğlu Bakuvidir (1402-1473). Onun
118
tarixə və coğrafiyaya dair q iy mətli əsərləri vardır. Tarixi coğrafiyaya aid "Təlxis əl-
asar" ("Əsərlərin xülasəsi") əsəri Azərbaycan Ģəhərlərindən və memarlıq
abidələrindən bəhs edir.
Ağqoyunlu hökmdarı Su ltan Yaqubun sarayına xeyli alim və Ģair cəlb
olunmuĢdu. Tarixçilərdən Əbubəkr Tih rani, Ġdris Bid lisi, Fəzlullah Ru zbihan
Xunəci bu hökmdara qulluq edirdilər. Əbubəkv Tihraninin Uzun Həsən dövrünə
həsr etdiyi "Tarixi-Diyarbəkriyyə" və Fəzlullah Ruzbihan Xunəcinin Sultan
Yaqubun dövrünü əhatə edən "Tarixi-aləm arayi-Əmin i" əsərləri məĢhurdur. Elmin
inkiĢafı kitaba olan ehtiyacı və zərurəti artırmıĢ, xəttatlıq sənəti Azərbaycanda xeyli
inkiĢaf etmiĢ, Təbrizdə böyük xəttatlıq məktəbi yaranmıĢdı. Abdulla Seyrəfi (1342-
ci ildə vəfat etmiĢdir) " müsənna" xəttinin, Mir Əli Təbrizi isə "nəstəliq" xəttinin
yaradıcısı idi.
Ədəbiyyat. XIII-XV əsrlərdə A zərbaycan ədəbiyyatı çox çətin Ģəraitdə
inkiĢaf etmiĢdir. XIII əsrin baĢlanğıcından etibarən bütün Yaxın ġərq i, Avropanın
bir qis mini iĢğal etmiĢ monqol qoĢunları A zərbaycanı da ələ keçirdilər, Ģəh ər və
kəndləri xarabalığa çevirdilər. Qətl və qarətlər, qanunsuz vergilərin toplanması
əhalini var-yo xdan çıxarmıĢ, yoxsullaĢdırmıĢdı. Lakin ədəbi yaradıcılıq iĢi davam
etməkdə id i. XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidə Ģerinin nisbətən zəiflədiyi
bir dövrdür. Nəimi, Nəsimi, Əvhədi kimi görkəmli Ģairlər yaradıcılığ ın ideya
istiqaməti baxımından saray ədəbiyyatına, məddahlığa yabançı idilər. Lakin Seyid
Zülfüqar ġirvani, Arif Ərdəbili kimi Ģairlər saray Ģerin in ənənələrin i davam
etdirirdilər.
Zülfüqar Şirvani 1190 (və ya 1192)-cı ildə ġamaxıda anadan olmuĢ, orada
mü kəmməl təhsil almıĢ, bir sıra elmlərin (o cümlədən məntiqin, astronomiyanın,
fəlsəfənin) əsaslarını öyrən miĢdir. ġair ö zünün 6 dildə (həmçinin azərbaycanca)
Ģeir yazdığ ma iĢarə etmiĢdir.O, Ģeirlərində tez-tez Aristotelin, Platonun, Sokratın
və digər yunan filosoflarının adların ı çəkir, yunan fəlsəfəsinə mükəmməl bələd
olduğunu nümayiĢ etdirir. Zülfüqar ġirvani nəsr əsərləri də yazmıĢdır. O, XIV əsrin
əvvəllərində Təbrizdə vəfat etmiĢ və Sorxab qəbiristanlığ ında dəfn olunmuĢdur.
Seyid Zülfüqar ġirvanin in qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan
böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltıkov-ġedrin adına Döv lət
Kütləvi Kitab xanasının əlyazmalar Ģöbəsində saxlanılmaqdadır.
Zülfüqar ġirvaninin yaradıcılığı və dünyagörüĢü ziddiyyətlid ir. ġair həm
saray mühiti ilə bağlı olmuĢ, feodalları mədh etmiĢ, həm də istedadlı bir sənətkar
kimi dövrün ictimai hadisələrindən kənarda qalmamıĢdır.
Din i-idealist mah iyyətli dünyagörüĢünə malik Ģairə sufizm ideyaları da ciddi
təsir göstərmiĢdir.