Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının
və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.
M a d d ə 2 . Əsas anlayışlar
2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
2.0.1. hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.2. xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış
hüquqi şəxsdir;
2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya
şəxslər qrupudur;
2.0.4. nümayəndəlik - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən
edilmiş qurumdur;
2.0.5. filial - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş
qurumdur;
2.0.6. təsis sənədləri - hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların
yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir;
2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi
şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan
Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin
təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların
(qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir;
1
2.0.8. hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata
alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də
Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin
nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur;
2
2.0.9. kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri - Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır;
2.0.10. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının
vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs
tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
3
2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı -
təkmil sertifikata malik gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra
hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər
əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır;
2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət
qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə
qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun
5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət
qeydiyyatıdır;
2.0.13. elektron ünvan – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının
informasiya sistemində məlumat və sənəd mübadiləsi üçün elektron dövlət qeydiyyatına
alındığı andan hüquqi şəxsə verilən ünvandır.
M a d d ə 3 . Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
qanunvericilik
Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan,
Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
M a d d ə 4 . Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin
aparılmasının ümumi qaydaları
4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum,
habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət
reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin
nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə
bilərlər.
4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin
nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.
4.3. Hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli investisiyalı məhdud
məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla), xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və
qeyri-kommersiya hüquqi şəxslərinin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur.
4
4.4. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və
filialları, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin
nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Dövlət reyestrində
dəyişikliklər rüsumsuz aparılır.
4.5. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə
alınır.
5
4.6. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və
ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının