76
B ə y p o l a d. Sən bu xüsusda hiç məraq etmə!.. Sizin yerin adətini bilməsəm də
Turxan bəyi görüb tanıdım... Zənnimcə o, böylə bir haqsızlığı əsla rəva görməz.
Cəmil bəy. Bəlkə bən yanılıyorum!.. Allah ağzınızdan eşitsin!
(Ətrafa baqaraq). İştə, Səltənət xanım da gəldi.
B ə y p o l a d. Pək gözəl, gəlsin baqalım, həmşirə xanımda nə xəbər var...
S ə l t ə n ə t (gələrək). Yenə bir guşəyə çəkilib də nə həsb-hal ediyorsunuz?
Cəmil bəy (yerindən qalqaraq tə’zim ilə). Hiç... Öylə bir şey deyil; təbiətin
gözəlliyindən, insanlardakı eyi-fəna hallardan bəhs ediyoruz.
S ə l t ə n ə t (Cəmil bəyə). Otur, əzizim, otur!..
Cəmil bəy (bir ağaca dayanaraq). Böylə daha eyi...
Bəypolad (Səltənətə). Humay nerdə... həmşirə?
S ə l t ə n ə t . Nişanlısı Şahmar bəydən məktub almış. (Cəmil bəyin halı dəyişir).
Zənn edərsəm ona cavab yazıyor.
B ə y p o l a d. Pəki, Şahmardan nə xəbər?
S ə l t ə n ə t . Bu günlərdə Qazandan Peterburqa getmiş...
B ə y p o l a d. Amma bu zabit qısmı də pək tuhaf şey!.. Əqillisi gerçəkdən böyük
bir fəzilətə malik olur, Şahmar kibilər də əsil timarxanədən başqa bir yerə yaramaz.
Şimdi kim bilir, yenə hanki meyxanə bucağında sızıb qalmış...
Səltənət. Hənuz gəncdir, qardaşım, yavaş-yavaş yumuşar, uslanır.
Bəypolad (heyrətlə). Kim!.. Şahmarmı?.. Yazıqlar olsun! Adam tanımaqda eyi
məharətiniz var!.. Dünyanın bütün dəliləri uslanır da, inan ki, o yenə uslanmaz. Onun
adı gəlincə, sanki Humayı qarşımda ağlar görüyorum.
S ə l t ə n ə t . Nə yapalım? Şimdi hər hansı qıza baqsanız, ən birinci arzusu
evlənəcəyi adamın zabit olmasıdır.
Bəypolad (acı qəhqəhə ilə). Ona şübhəmi var!.. Hər kəs bilir ki, zabit həyatı ən
məs’ud bir həyatdır! Baxüsus, Şahmar kibi bir abdalın işi nə ola bilir?.. Qılıcını
şaqırdataraq vaqtında maaş almaq, gecə-gündüz klublarda, teatrolarda boşboğazlıq
etmək... Nerəyə getsə rəfiqəsi xanım əfəndi də bərabər... Böylə qayğısız bir həyatı
əcəba hanki qız sevməz?!
77
Bu halda yaqında bir tüfəng açılır. S ə l t ə n ə t diksinir. Bəypolad və C ə m i l
səsgələn tərəfə baqarlar.
Cəmil bəy (titrək və sinirli). Əcəba insanlıqda bu cəlladlıq, bu xunxarlıq nə vaqta
qadar dəvam edəcək! (Əlilə işarə edərək). Bir şu avcıya, şu vicdansız hərifə deyən yoq
ki, o günahsız quşcığazı məhvetməkdə nə mə’na var? Bir az əvvəl, zavallı daldan-dala
qonaraq şaqırşaqır ötüyordu. Ah, mərhəmətsiz cəllad! Mədəni canavar!
S ə l t ə n ə t (Cəmil bəyə). Tuhaf şey!.. Sən bunu birinci dəfəmi görüyorsun?
Bəypolad (Cəmilin qolundan tutaraq). Bilirmisin, Cəmil! Sən bu əsr için deyil,
bəlkə başqa bir zaman için yaradılmışsın. Hissiyyatın o qadar nəcib, o qadar ali ki, şu
mühit sənin için pək dar, pək qaranlıqdır...
(Əlilə göstərərək). Haydı gəl, bu tərəfdən şu qarşıkı təpəyə çıqalım; orası pək
mənzərəli bir yer...
S ə l t ə n ə t . Əvət, orası pək gözəl... Ətrafı gözdən keçirdikcə insanın könlü
açılır. Fəqət Cəmil bəy azacıq zəif, fəzləcə yorğunluq vücudunu üzər deyə
qorquyorum.
Cəmil bəy. Əvət, doktor da öylə diyor. Hələ yoquş çıqıb kəndimi yormaqdan
büsbütün mən’ ediyor.
S ə l t ə n ə t (Cəmilə). Humay gəlib bizi soracaq olursa, yerimizi söylərsin. Arzu
edərsə o da gəlir; istəməzsə buracıqda səninlə bərabər qonuşub gəzinir.
Cəmil bəy. Pəki, əfəndim, söylərim...
Bəypolad ilə S ə l t ə n ə t Cəmil bəyə yünül bir təmənna edərək yavaş-yavaş
gedərlər.
Cəmil bəy (bir-iki gəzinərək məhzun bir halda). Humay, Humay! Ah, o gözəl
xilqəti düşündükcə bütün ruhum, bütün vücudum sarsılıyor. Yaşadığım müddətdə
yalnız onun gül yüzünü görmək, onun lətif səsini eşitmək istərim. (Təbdili-tevrilə).
Əvət, o bənim, yalnız bənim olacaq. (Azacıq düşünərək mə’yusanə). Ah, fəqət
Şahmardan keçməzsə?
Bu sırada yaralı və ağır bir ahənglə, şikəstə məqamında olaraq aşağıdakı türkü,
ormanın namə’lum bir guşəsindən eşidilir. Cəmil bəy, dalğın və yorğun adımlarla
azacıq səs gələn tərəfə doğru ilərlər. Əlindəki kitabı və şapkayı bir yana atar, səhnənin
bir bucağında uzanıb məzkur səsi dinləməyə başlar.
78
İŞTƏ TÜRKÜ
Alagöz bir mələk gördüm, vuruldum,
Dərdə düşdüm, ah çəkməkdən yoruldum,
Hənuz cavan ikən sarardım, soldum,
Eşq atəşi hər an yaqıb canımı,
Əlimdən aldı səbrü imkanımı.
Bulunmaz olmuş dərdimin dərmanı,
Fəryadım inlətir vəhşi ormanı.
Gəzib alt-üst etdim bütün cihanı,
Bir ağ gün görmədim, səfa görmədim;
Hiç bir gözəldə bir vəfa görmədim.
Humay (düşüncəli bir halda digər tərəfdən çıqar, gəzindiyi sırada Cəmil bəy
gözünə ilişir. Təlaş ilə). Cəmil! Qalq, əzizim, qalq... Soğuq alırsın da eyi olmaz.
Cəmil bəy (cavab verməz).
Humay. Cəmil!
Cəmil bəy (Şaşqın). Kim o?
Humay. Bənim, bən!.. Haydı, qalq, evə get, burası sənin için eyi deyil, vücudun
pək zəif...
Cəmil bəy (qalqaraq). Ah, Humay! Sevgili Humay! Nə zaman gəldin?
Humay. Çoq deyil, əzizim, şimdicik...
Cəmil bəy (heyrət və sevinc ilə). Ah, hər uyuyan oyandığı zaman başı ucunda
sənin kibi bir mələk görəcəyini düşünsəydi, şübhəsiz uyumağı oyanıqlığa tərcih
edərdi. Məzardan baş qaldırdığı zaman, insan səni ziyarət edəcəyini bilsəydi, haman
bir an əvvəl ölümün pəncəyiqəhrinə atılırdı...
Humay (gülümsəyərək). Cəmil! Səndə bir başqa hal görüyorum, bu gün sana bir
şeymi olmuş?
Cəmil bəy (sükut edər).
Humay. Niçin cavab vermiyorsun?
C ə m i l b ə y . Şimdi rö’yada gördüm ki...
Humay (maraqla). Nə gördün? Allah eşqinə, söylə!
Cəmil bəy. Söyləməyə dilim varmıyor, Humay!
Dostları ilə paylaş: |