İ.H.ALIYEV
Y.Ə.MƏMMƏDOV
“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ
BAXIŞ” INKIŞAF KONSEPSIYASININ
NƏZƏRI-METODOLOJI ƏSASLARI
BAKI - 2012
2
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Elmi redaktor:
-
A.K.Ələsgərov,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-
nın müxbir üzvü, i.e.d., professor
-
R.S.Abdullayeva, i.ü.f.d., dos.
Rəyçilər: İ.A.Kərimli, i.e.d., professor
A.M.Mustafayev, i.ü.f.d., dos.
İsa Hüseyn oğlu Alıyev, Yaşar Əzimağa oğlu Məmmədov
“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının
nəzəri-metodoloji əsasları”. Bakı,«AVR0PA» 2012. 90 səh
Kitabda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin irəli sürdüyü “Azərbaycan 2020: Gələcəyə baxış”
inkişaf konsepsiyasının aşağıdakı məzmun elementləri, o
cümlədən: hazırlanma və tətbiqi istiqamətləri, mərhələliyi, ölkənin
sosial-iqtisadi inkişaf modelinin təkmilləşdirilməsinin əsasları,
Azərbaycanın iqtisadi inkişaf modelinin məzmun çalarları,
dayanaqlılığının təmin edilməsi problemləri ümumiləşdirilmiş
nəzəri səpkidə metodoloji cəhətdən işlənilmişdir. Konkret təklif və
tövsiyələr irəli sürülmüşdür. Bir sözlə, konsepsiyanın nəzəri-
metodoloji əsasları hazırlanmışdır.
Kitab dövlət orqanları məmurları, əlaqədar nazirliklərin
işçiləri, eləcə də elm adamları üçün əhəmiyyət kəsb edir.
©«AVROPA»nəşriyyatı 2012
3
MÜNDƏRİCAT
1.
“Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf
konsepsiyasının hazırlanma və tətbiq istiqamətləri
2.
“Azərbaycan Respublikası 2020-ci ilə baxış”
inkişaf konsepsiyasında mərhələlik
3.
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyasında
ölkənin
sosial-iqtisadi
inkişaf
modelinin təkmilləşdirilməsinin əsasları
4.
Azərbaycanın təkmilləşmiş iqtisadi inkişaf
modelinin məzmun çalarları
5.
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyasında
təkmilləşmiş
iqtisadi
inkişaf
modelinin dayanaqlılığının təmin edilməsi
4
1.“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyasının hazırlanma və tətbiq istiqamətləri
Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında hazırlanan və qəbul
edilən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyasının siyasi, iqtisadi və sosial əhəmiyyəti
ölkəmizin yalnız müasir dövrünə ünvanlanmamış, o
eyni zamanda yaxın on illikdə Azərbaycan dövləti-
nin, xalqının inkişafında əsaslı müsbət dəyişikliklərin
əldə olunmasına yönəlmişdir. Azərbaycan Respubli-
kası Prezidentinin 29 noyabr 2011-ci il tarixdə imza-
ladığı “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyasının hazırlanması barədə sərəncamı həqi-
qətən Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çı-
xartmaq iqtidarını özündə ifa edən tarixi bir sənəddir.
Sərəncamda haqlı olaraq qeyd olunur ki, hazırda
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və in-
novasiya yönümlü iqtisadiyyatın formalaşdırılması,
sosial sahədə önləyici inkişaf trendinin təmin olunma-
sı və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq
standartlara uyğun səviyyəyə çatdırılması, habelə el-
min, mədəniyyətin inkişafında, ictimai həyatın bütün
istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti, Cənab
İlham Əliyevin qarşıya qoyduğu konsepsiyasının əsas
5
məqsədinə aşağıdakılar aid edilir: uzun müddətli pers-
pektivdə vətəndaşların maddi və mənəvi rifah halının
davamlı şəkildə artırılması, ölkənin milli təhlükəsiz-
liyinin gücləndirilməsi, sosial-iqtisadi inkişafın dina-
mik inkişafına nail olunması və Azərbaycanın bir
müstəqil dövlət kimi dünya arenasındakı mövqeyinin
möhkəmləndirilməsi.
Müvafiq Konsepsiyasının hazırlanması barədə”
Prezident İlham Əliyevin sərəncamının əhəmiyyəti
öz tarixiliyi və zərurəti baxımından da xüsusi əhəmiy-
yət kəsb edir. “Azərbaycan 2020: gələcəyə baxış” in-
kişaf konsepsiyasının hazırlanması barədə” Prezident
İlham Əliyevin Sərəncamının əhəmiyyətini qeyd edər-
kən, akademik Ramiz Mehdiyev qeyd etmişdir ki,
bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm
qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas
xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yük-
sək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışları-
nı nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail ol-
maq üçün ciddi elmi əsaslara söykənən ən müasir ida-
rəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaş-
maların daha uzunmüddətli dövrü əhatə etməsi zəru-
rəti yaranır. Konsepsiyanın əsas istiqamətlərinə gəl-
dikdə isə o, bunlara aşağıdakıları aid etmişdir:
- dövlət müstəqilliyimizin daha da gücləndirilmə-
si, ölkənin ərazi bütövlüyünün təmin olunması və qo-
runması;
Dostları ilə paylaş: |