İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
21
Təhsil sosial fenomen kimi öz varlığında cəmiyətin bütün
istiqamətlərdə inkişafini əks etdirir. Onun hansı vəziyyətdə olmasını
aydın göstərməklə yanaşı, həm də gələcək inkişafı üçün perspek-
tivləri əvvəlcədən ifadə edir, ardıcıl və sistemli inkişafını tənzimlə-
yən amil kimi çıxış edir. Təhsilin cəmiyyətin həyatında oynadığı bu
qabaqlayıcı rol onun sosial hadisə kimi ən əlamətdar keyfiyyətini
göstərir.
Təhsilin sosial hadisə kimi mövcud olmasında əsas mərhələ
onun məzmununun formalaşmasıdır. Adətən təhsilin formalaşan
yeni məzmunu dövrün tələbatlarına uyğun olaraq yeni xarakter alır.
Bu gün qloballaşan dünyanın informasiyaların çoxaldığı, texnologi-
yaların zənginləşdiyi, mədəniyyətlərə ehtiyacın yarandığı bir döv-
ründə təhsilin yeni xarakter alması vacib hesab edilir. Bunun üçün
onun məzmununun bu tələblər əsasında qurulması ən mühüm şərt
kimi çıxış edir.
Bu məzmun hansı xarakterə malik olmalıdır? Bu gün onun
hansı əsas cəhəti aparıcı hesab edilir?
Azərbaycan təhsilinin müasir psixoloji problemlərini sistemli
şəkildə araşdıran Ə.Ə.Əlizadənin fikrincə, “Müasir təhsil konsep-
siyası təlimin məzmununu şəxsiyyət kontekstində təhlil edir, onu
şagird şəxsiyyətinin inkişafı vasitəsi kimi dəyərləndirir” (30, s.63).
Uzun zaman təhsildə biliklərin aparıcı rola malik olması,
nailiyyətlərin qiymətləndirilməsində hafizənin üstün yer tutması
mahiyyət etibarı ilə təhsilin məzmununun məğzini təşkil etmişdir.
Cəmiyyətin inkişafının hazırki səviyyəsi və sürəti həmin məz-
munun dəyişməsi zərurətini yaratmışdır. Müasir təhsil bu tələblərə
cavab vermək üçün hökmən konseptual məzmun dəyişiklikləri
aparmalıdır.
Bu gün “muasir təhsil konsepsiyası ənənəvi didaktik sistem-
dən fərqli olaraq koqnitiv strukturların inkişafı problemini sadəcə
olaraq hafizə məkanında deyil, yeni pedaqoji məkanda, təfəkkür və
hiss məkanında həll edir”(30, s.59). Artıq təhsilin xarakterini sadəcə
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin məcmusu fonunda
yaranmış nailiyyətlər kimi izah etmək olmaz. Bu, son dövrlərdə