İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   2   3   4   5   6   7   8   9   10   ...   47

Gülarə Balayeva 
 
 
20 
dünyanın mənzərəsinin formalaşmasını təmin etməlidir” (155, s.31). 
Yaxud  A.Həsənov  və  Ə.A.Ağayev  əsas  pedaqoji  anlayışlardan 
danışarkən  təhsilin  məzmununa  xüsusi  diqqət  yetirir,  problemi 
“təlimin (təhsilin) məzmunu anlayışı” (42, s.136) kimi müəyyənləş-
dirirlər. Problemin şərh olunması zamanı təhsilin məzmunu anlayı-
şını ön plana çəkərək onun mahiyyəti, xüsusiyyətləri barədə araşdır-
malar aparırlar. Təhsilin məzmunu ilə bağlı belə nəticəyə gəlirlər ki, 
“Məktəblilərin təlim prosesində yiyələnməli olduqları elmi biliklə-
rin, praktik bacarıq və vərdişlərin, habelə dünyagörüşü və mənəvi-
estetik ideyaların həcmi təhsilin məzmunu deməkdir” (42, s. 137). 
Pedaqogika üzrə müasir kursun yaradıcılarından hesab edilən 
İ.D.Podlasıy  təhsilin  məzmununun  mahiyyəti  ilə  bağlı  fikirləri 
“tədris prosesinin məzmunu” (142, s.318) başlığı altında şərh edir. 
Məzmun dedikdə, müəyyən tip tədris müəssisələrində öyrənilmək 
üçün  bilik,  bacarıq  və  vərdişlər  sisteminin  başa  düşüldüyü  qeyd 
edilir. Fikirləri ümumiləşdirərək  belə qərara gəlmək olar ki, təhsilin 
məzmunu  və  təlimin  məzmununun  eynimənalı  anlayışlar  kimi 
verilməsi,  ilk  növbədə,  təhsil  və  təlim  anlayışlarının  eynimənalı 
terminlər kimi başa düşülməsindən irəli gəlir. İstər təhsilin, istərsə 
də təlimin məzmunu arasında fərq qoyulmur. Onların hər ikisinin 
mühüm əlaməti kimi bilik, bacarıq və vərdişlər başa düşülür. İlkin 
araşdırmalar  bu  yanaşmaların,  həm  də  son  vaxtlar,  “təhsil”  və 
“təlim”  anlayışlarına  münasibətlərin  dəyişməsi  ilə  bağlı  olması 
fikrini söyləməyə imkan verir. 
Artıq  təhsilə  proses  kimi  yanaşılması  onun  xüsusiyətlərinin 
öyrənilməsi  zərurətini  meydana  çıxarır.  Proses  kimi  təhsilin 
mahiyyəti,  daxili  strukturu,  komponentləri,  müəllim-şagird 
fəaliyyətindən ibarət dinamikası özünün şərhini tələb edir. 
Nəzərdən  keçirdiyimiz  tədqiqatlar  və  qənaətlərimiz  onu  de-
məyə imkan verir ki, təhsilin məzmunu mühüm pedaqoji anlayış-
lardan biri kimi daha geniş məna kəsb edərək bilik, bacarıq və vər-
dişlər  sistemini  əhatə  etməklə  yanaşı,  şagirdlərin  əldə  etdikləri 
idraki, əxlaqi, mənəvi və fiziki dəyərləri ehtiva edir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
21 
Təhsil   sosial  fenomen   kimi  öz  varlığında  cəmiyətin  bütün 
istiqamətlərdə inkişafini əks etdirir. Onun hansı vəziyyətdə olmasını 
aydın  göstərməklə  yanaşı,  həm  də  gələcək  inkişafı  üçün  perspek-     
tivləri əvvəlcədən ifadə edir, ardıcıl və sistemli inkişafını tənzimlə-
yən amil kimi çıxış edir. Təhsilin cəmiyyətin həyatında oynadığı bu 
qabaqlayıcı  rol onun sosial  hadisə  kimi  ən  əlamətdar keyfiyyətini 
göstərir. 
Təhsilin sosial hadisə kimi mövcud olmasında əsas mərhələ 
onun  məzmununun  formalaşmasıdır.  Adətən  təhsilin  formalaşan 
yeni məzmunu dövrün tələbatlarına uyğun olaraq yeni xarakter alır. 
Bu gün qloballaşan dünyanın informasiyaların çoxaldığı, texnologi-
yaların  zənginləşdiyi,  mədəniyyətlərə  ehtiyacın  yarandığı  bir  döv-
ründə təhsilin yeni xarakter alması vacib hesab edilir. Bunun üçün 
onun məzmununun bu tələblər əsasında qurulması ən mühüm şərt 
kimi çıxış edir. 
Bu  məzmun  hansı  xarakterə  malik  olmalıdır?  Bu  gün  onun 
hansı əsas cəhəti aparıcı hesab edilir? 
Azərbaycan təhsilinin müasir psixoloji problemlərini sistemli 
şəkildə  araşdıran  Ə.Ə.Əlizadənin  fikrincə,  “Müasir  təhsil  konsep-
siyası  təlimin  məzmununu  şəxsiyyət  kontekstində  təhlil  edir,  onu 
şagird şəxsiyyətinin inkişafı vasitəsi kimi dəyərləndirir” (30, s.63). 
Uzun  zaman  təhsildə  biliklərin  aparıcı  rola  malik  olması, 
nailiyyətlərin  qiymətləndirilməsində  hafizənin  üstün  yer  tutması 
mahiyyət  etibarı  ilə  təhsilin  məzmununun  məğzini  təşkil  etmişdir. 
Cəmiyyətin  inkişafının  hazırki  səviyyəsi  və  sürəti  həmin  məz-
munun dəyişməsi zərurətini yaratmışdır. Müasir təhsil bu tələblərə 
cavab  vermək  üçün  hökmən  konseptual  məzmun  dəyişiklikləri 
aparmalıdır. 
Bu gün “muasir təhsil konsepsiyası ənənəvi didaktik sistem-
dən  fərqli  olaraq  koqnitiv  strukturların  inkişafı  problemini  sadəcə 
olaraq hafizə məkanında deyil, yeni pedaqoji məkanda, təfəkkür və 
hiss məkanında həll edir”(30, s.59). Artıq təhsilin xarakterini sadəcə 
sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin  məcmusu  fonunda 
yaranmış  nailiyyətlər  kimi  izah  etmək  olmaz.  Bu,  son  dövrlərdə 


Gülarə Balayeva 
 
 
22 
xarici və milli ekspertlərin qeyd etdiyi kimi, “fənyönümlüyü” ifadə 
etməklə  onun  əsas  cəhəti  kimi  özünü  göstərir.  Təbii  ki,  biliklərin 
rolu  və  əhəmiyəti  hər  zaman  zəruriliyini  saxlayır.  Lakin  zəruri 
biliklərin  mövqeyinin  konkretləşdirilməsi,  onların  məqsədə  deyil, 
vasitəyə çevrilməsi zəruri tələb kimi meydana çıxır. “90-cı illərdə 
təhsilin  humanistləşdirilməsi  ideyası  kontekstində  təhsilin  məz-
mununun  müəyyənləşdirilməsi  sahəsində  yeni  önəmli  meyar- 
şəxsiyyət meyarı əmələ gəlmiş və bərqərar olmuşdur. Müasir şərait-
də  bütöv  insan  şəxsiyyətinin  inkişafı,  insanın  özünün  özünə 
qaytarılması  təhsilin  məzmununun  müəyyənləşdirilməsində  həll-
edici ideya kimi xüsusi əhəmiyyət kəsb edir” (30, s.64).  
Sosial  hadisə  kimi  təhsilin  məzmunu  onu  meydana  gətirən 
mühitdən, şəraitdən asılı olur. Onun stabilləşməsi, möhkəmlənməsi 
üçün mühüm şərtlər həlledici rol oynayır. Araşdırmalar onu göstərir 
ki, bu şərtləri dörd cür qruplaşdırmaq mümkündür. 
1. Dünyada məlumatların çoxalması, informasiya bolluğunun 
yaranması  cəmiyyəti  öyrənməyə,  artan  informasiyaları  izləməyə 
təhrik  edir.  Bütün təhsil  müəssisələrində,  o  cümlədən  ümumtəhsil 
məktəblərində  məzmuna  yenidən  baxmaq,  onu  tələbatlara  uyğun 
olaraq stabilləşdirmək ehtiyacı yaradır. 
Cəmiyyətdə yaranan informasiyalar müxtəlif sahələrdə: sosial, 
iqtisadi,  mədəni  sahələrdə,  eləcə  də  elmin  müxtəlif  sahələrində 
meydana çıxan yeniliklərdən nəşət tapır, onların ifadəçisi kimi çıxış 
edir, təhsilin məzmununun formalaşmasında  etibarlı mənbə rolunu 
oynayır. 
2. Təhsilin demokratik və humanist prinsiplər əsasında qurul-
ması onun müstəqilliyinə rəvac verir. Təhsil müəssisələrinin çevik 
və  dinamik  fəaliyyətini  təmin  edir.  Respublika  miqyasında  qəbul 
olunmuş  təhsil  standartlarını  reallaşdırmaq  üçün  özünün  strateji 
xəttini  müəyyənləşdirir.  Bu  istiqamətdə  aparılan  işlərin  içərisində 
konkret məzmunun müəyyənləşdirilməsi xüsusi yer tutur. 
3.Təhsilin  cəmiyyət  hadisəsi  olması  onun,  ilk  növbədə, 
ictimai xarakterini ifadə edir. Problemlərin həll olunmasında cəmiy-
yətin iştirak etməsini əsas tələb kimi qarşıya qoyur. Təhsil sahəsin-


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə