İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   2   3   4   5   6   7   8   9   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
17 
təhsilin  məzmununun  hansı  elementlərdən  və  ya  növlərdən  ibarət 
olmasını  aydınlaşdırmağı  tələb  edir.  Əgər  onu  fəaliyyətin  sosial 
təcrübəsi  prosesində  əldə  olunanların  məcmusu  kimi  nəzərdən 
keçirsək, ”məzmunun dörd elementini dəqiq ayırmaq mümkündür: 
1) təbiət, cəmiyyət, texnika və fəailiyyət üsulları haqqında biliklər; 
2)  fəaliyyətin  məlum  üsullarının  həyata  keçirilməsi  təcrübəsi;  3) 
yaradıcı fəaliyyət təcrübəsi; 4) dünyaya, fəaliyyətə dair emosional 
dəyər münasibətləri təcrübəsi” (152, s. 35). 
Pedaqoqlardan Ə.Ağayev, Y.Talıbov, İ.İsayev və A.Eminov 
təhsilin  məzmunu  ilə  bağlı  apardıqları  araşdırmalarında  belə 
qənaətə  gəlirlər  ki,  məkətəblilərin  təlim  prosesində  yiyələnməli 
olduqları  bilik,  bacarıq  və  vərdişlərin  həcmi  və  xarakteri  təhsilin 
məzmunu  deməkdir”  (10,  s.41).  A.A.Abbasov  və  H.Ə.Əlizadə  də 
öz  tədqiqatlarında  həmin  fikrə  yaxın  bir  nəticəyə  gəlmişlər: 
“Təhsilin  məzmunu  dedikdə,  məktəblilərin  təlim  prosesində 
yiyələndiyi bilik, bacarıq və vərdişlər sisteminin həcmi və xarakteri 
başa düşülür” (1, s.39). 
Ə.X.Paşayev,  F.A.Rüstəmov,  T.Dadaşova  isə  belə  qənaətə 
gəlmişlər  ki,  “Təhsilin    məzmunu  dedikdə  müəyyən  tədris 
müəssisələrində  öyrənmək üçün seçilmiş bilik, bacarıq və vərdişlər 
sistemi  nəzərdə  tutulur” (110, s.126; 115, s.153). 
Göründüyü  kimi,  yanaşmalarda  təhsilin  məzmunu  şərh 
olunarkən  şagirdlərin  mənimsəyəcək  bilik,  bacarıq  və  vərdişlərin 
həcmi  və  xarakteri  xüsusi  olaraq  vurğulanır.  Fərq  fikirlərdən  hər 
ikisində bilik, bacarıq və vərdişlərin sisteminin xüsusiləşdirilməsidir.  
Ümumiyyətlə,  bilik,  bacarıq  və vərdişlər pedaqoji  anlayışlar 
kimi  konkret  olsalar  da,  təhsilin  məzmununu  ifadə  etmək 
baxımından  çox  ümumi  məna  daşıyır.  Bilik,  bacarıq  və  vərdişlər 
sisteminin xarakteri dedikdə nəyin nəzərdə tutulduğu aydın görünür. 
Təhsilin geniş anlayış olduğunu vurğulayan, onun bir sıra növ 
və  formalarından  bəhs  edən  N.M.Kazımov  və  Ə.Ş.Həşimov 
məzmun  probleminə  də  toxunmuşlar.  Ümumi  təhsilin  ayrı-ayrı 
pillələrinin,  xüsusən  ibtidai  təhsilin  məzmununun  mahiyyətini 
açıqlamışlar:  “Oxumaq,  yazmaq,  hesablamaq,  vərdişləri  və  adi 


Gülarə Balayeva 
 
 
18 
əmək  vərdişləri,  ətrafdakı  təbii  və  ictimai  hadisələrə  uşaqlarda 
maraq oyadılması, davranış qaydalarına onların alışdırılması ibtidai 
təhsilin əsas məzmununu təşkil edir” (54, s. 82). Göründüyü kimi, 
ibtidai təhsilin məzmunu barədə fikirlər müqayisədə daha konkret 
ifadə  edilmiş,  şagirdlərə  aşılanan  bacarıq  və  vərdişlərin  konturları 
nisbətən açıqlanmışdır. 
Təhsilin  məzmunu  anlayışı  didaktikanın  ümumi  məsələsi  
kimi  nəzəri  xarakterə  malikdir.  Araşdırmalarda  onun  daha  çox 
istiqamətverici  mahiyyət  daşıması,  bütövlükdə  təhsilin  bir  sistem 
kimi səmərəli fəaliyyət göstərməsinə təkan verməsi əsas şərtlərdən 
hesab olunur. 
Adətən  təhsil  cəmiyyətin  ehtiyac  və  tələbatlarına  uyğun 
olaraq  qurulur.  Onun  məqsəd  və  məzmunu  cəmiyyətin 
formalaşması 
istiqamətinə 
yönəlir. 
Təlim 
məqsədlərinin 
reallaşdırılmasında  təhsil  bir  sistem  olaraq  münbit  şəraitin 
yaranmasına  xidmət  göstərir.  Bu  mənada  təhsil  təlim  prosesinin 
qurulmasının zəruri şərti, həm də nəticəsi kimi çıxış edir. Belə bir 
fikirlə  tamamilə  razılaşmaq  olar:  “Təhsil,  tərbiyə  və  psixi  inkişaf 
imkanlarına  malik  olan,  təlimin  həm  zəruri  şərti,  həm  də  nəticəsi 
kimi  özünü  göstərən  bilik,  bacarıq  və  vərdişlərin  məcmusu  kimi 
xüsusi  qaydada  təşkil  olunan  idrak  faəliyyətinin  idarə  edilməsi 
prosesidir” (89, s.64-70). Müasir zamanda təhsil mahiyyət etibarı ilə 
həm  də  tərbiyə  və  psixi  inkişaf  imkanları  ilə  təhsil  alanların 
xidmətində dayanmaqla xüsusi əhəmiyyət daşıyır. Ən başlıca idrak 
faəliyyətinin idarə edilməsi prosesi olmaqla mühüm psixopedaqoji 
xarakterli proses kimi dəyərləndirilir. 
Ənənəvi  olaraq  həmişə  təhsilin  məzmunu  xüsusi  pedaqoji 
anlayış  kimi  qiymətləndirilməklə  onun  məhdud  dairədə 
özünəməxsus izahı verilmişdir. Bu zaman nəyin öyrədilməsi ritorik 
sualı  mahiyyəti  ifadə  etməklə  məzmun  üzrə  bütün  şərtlərin 
mərkəzində dayanmışdır. 
Azərbaycanda  islahatların  aparıldığı  hazırki  şəraitdə  təhsil 
cəmiyyətin  sosial,  iqtisadi,  mədəni  inkişaf  xüsusiyyətlərinə  uyğun 
olaraq  yeni xarakter  alır.  Qlobal  dünyanın tələblərinə  cavab verən 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
19 
və humanist demokratik prinsiplərə uyğun təhsil yaranır. Bu təhsil 
şəxsiyyətyönümlü  xarakteri  ilə  xüsusi    olaraq  fərqlənir.  “Təlimin 
şəxsə, onun inkişafına istiqamətlənmiş tipində təhsilin məzmununa 
olan  münasibət  dəyişir.  Bu  halda  təhsil  öyrənənə  biliyin  verilmə-
sindən daha çox onun təhsillilik səviyyəsinin yüksəldilməsinə, ka-
mil insan kimi formalaşdırılmasına, özünü özündə tapmasına istiqa-
mətləndirilir”  (89,  s.65).  Təbii  olaraq  belə  halda  təhsilin  məzmun 
komponentləri də bilavasitə şagirdlərə yönəlir. Bu, təhsilin məzmu-
nunda  texnologiyaların,  qiymətləndirmə  mexanizmlərinin  əhatə 
olunması  barədə  fikirlərin  yaranmasına  səbəb  olur.  Təbii  olaraq 
“Təhsilin məzmununa təlim prosesi daxildir, yoxsa yox?” sualı təh-
sil tətqiqatçılarını düşünməyə vadar edir. A.O. Mehrabov bu məsələ 
ətrafında araşdırmalar apararaq belə bir qənaətə gəlir ki, əgər təlim 
prosesi məzmuna daxil  edilərsə,  təhsilin məzmunu  uşaqlara  müəl-
lim  tərəfindən  verilən  özününküləşdirilmiş  (özgənin  malı  edilmiş) 
material kimi qəbul edilir. Əgər təlim prosesi məzmuna daxil edilər-
sə,  onda təlimin  fəaliyyətlə  bağlı məzmununa daha  geniş mənada 
baxmaq lazımdır (89). 
 Araşdırmalar onu göstərir ki, təhsilin məzmunu ilə bağlı yeni 
yanaşma tərzində təlim prosesinin ehtiva olunması barədə fikirlərin 
meydana  gəlməsi  tamamilə  təbii  haldır.  Bu,  hər  şeydən  əvvəl, 
təhsilin məzmunu ilə təlim prosesi anlayışlarının daha yaxın olması, 
təhsil  prosesi  anlayışının təlim  prosesi  anlayışını ehtiva  etməsi ilə 
əlaqədardır.  Lakin  bu  yaxınlıq  biri–birindən  fərqli  olaraq 
pedaqogikada mövcud olan anlayışları eyniləşdirməyə əsas vermir. 
“Necə öyrənmək?” sualının məntiqi cavabını tamamilə yeni və fəal 
texnologiyaların müstəvisində şərh etmək əhəmiyyət daşıyır. 
Araşdırmalar  onu  göstərir  ki,  təhsilin  məzmunundan  bəhs 
edən  bəzi  tətqiqatçılar  onu  təlimin  məzmunu  ilə  eyniləşdirirlər. 
Onlara  dublet  xarakterli  anlayışlar  kimi  yanaşırlar.  M.M.Skatkin 
müasir 
didaktikanın 
problemlərini 
araşdırarkən 
təhsilin 
məzmununun  təkmilləşdirilməsinə  xüsusi  yer  ayırmış,  özünün 
mülahizələrini  təlimin  məzmunu  kontekstində  şərh  etmişdir: 
“Ümumtəhsil  məktəblərində  təlimin  məzmunu  şagirdlərdə  müasir 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə