İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
23 
də  olan  bütün  fəaliyyətlərdə  insanların  fikir  və  mülahizələrinin 
aparıcı olmasını nəzərə alır.  
Təhsilin məzmununun müəyyən olunması da ictimai problem 
kimi dəyərləndirilir. Onun hazırlanması işçi qrupları kimi fəaliyyət 
göstərən kollektivlərə həvalə olunur. Kollektivlər  cəmiyyətin ehti-
yac və tələbatları əsasında müəyyən edilmiş məzmun elementlərini 
ümumiləşdirərək  cəmiyyətin  müzakirəsinə  verir.  Kollegial  qəbul 
olunmuş məzmun müəyyən dövr üçün sabit qalır. 
Beləliklə, təhsilin məzmununun ictimai xarakteri həm də fikir 
və  mülahizələrin  şəffaflıq  prinsipi  əsasında  formalaşdırılmasına, 
sərbəst müzakirə edilməsinə şərait yaradır. 
4. Təhsilin məzmununun standartlaşdırılması onu variativlik-
dən  çıxarır.  Məzmunun  konkret  nəticələr  formasında  ifadə 
edilməsinə şərait  yaradır. Bu, ilk növbədə, təhsilin idarə olunması 
mexanizmini  asanlaşdırır.  Belə  ki  təhsil  sahəsindəki  fəaliyyətlərin 
inkişafını  həmin  nəticələr  əsasında  izləmək,  onun  monitorinqini 
keçirmək daha səmərəli üsul kimi qiymətləndirilir. 
Təhsilin  məzmununun  standartlaşdırılması  qiymətləndirmə-
nin obyektivlik və şəffaflıq prinsiplərinin təmin olunmasına  şərait 
yaradır, bu prosesdə marağı olan bütün tərəflərin (valideyn, şagird 
və müəllim) iştirak etməsini tələb edir. 
Təhsilin  məzmununun  sadalanan  bu  şərtlər  əsasında  qurul-
ması  müasir  dövrün  prioritet  istiqaməti  kimi  şəxsiyyətin  inkişaf 
etdirilməsinə  imkan  yaradır.  Onlar  idrak,  hissi  və  psixomotor 
bacarıqların formalaşmasında əhəmiyyətli rol oynayır. Ona görə də 
başlıca  məsələ  təhsilin  məzmununun  hazırlanması  zamanı  həmin 
şərtləri  nəzərə  almaqdan,  onlara  az  və  ya  çox  dərəcədə  istinad 
etməkdən  ibarətdir.  Araşdırmalar  onu  göstərir  ki,  məsələ  artıq 
qismən  həll  edilmiş,  bir  sıra  dərsliklərdə,  şagirdlərin  yaradıcı 
qabiliyyətlərinin  və  dünyagörüşünün  inkişafına  daha  çox  diqqət 
yetirən qabaqcıl müəllimlərin təcrübəsində öz əksini tapmışdır. İndi 
“tədris fənni” anlayışının özü də yeni anlamda şərh olunur, proqram 
və dərsliklərin quruluşuna yeni tələblər verilir. 


Gülarə Balayeva 
 
 
24 
Çünki  hər  bir  dövr,  mərhələ  öz  təcrübəsini,  mədəniyyətini 
yalnız  özünəməxsus  olan  məzmunla  tamamlayır.  Bu  baxımdan 
təhsilin məzmununun yuxarıda qeyd edilən elementləri də müəyyən 
funksiyaları yerinə yetirir. 
Birinci  element  (təbiət,  cəmiyyət  və  fəaliyyət  üsulları 
haqqında biliklər) dünyanın mənzərəsinin formalaşmasını, idraki və 
praktik  fəaliyyətə  metodoloji  yanaşmanı  təmin  edir.  Başqa  sözlə, 
bilik  hər  cür  fəaliyyətin  aləti  rolunda  çıxış  edir.  İkinci  elementə 
(fəaliyyətin  məlum  üsullarının  həyata  keçirilməsi  təcrübəsi) 
yiyələnmək  gənc  nəslə  mənimsənilmiş  mədəniyyəti  reallaşdırmaq  
və mühafizə etmək imkanı verir. Üçüncü elementin mənsimsənil-
məsi mədəniyyətin gələcək inkişafını təmin edir ki, bu da yaradıcı 
fəaliyyət olmadan mümkün deyildir. Dördüncü elementin mənim-
sənilməsi insanın fəaliyyətinin onun tələbatlarına uyğunluğunu tə-
min  edir  və  öz  növbəsində  bu  tələbatların,  dəyərlər  sisteminin, 
fəaliyyət motivlərinin, yəni fəaliyyətə, onun məhsullarına, insanlara 
emosional münasibətin bütün təzahürlərinin sferasını genişləndirir. 
Hər bir element şəxsiyyətin formalaşmasında özünün spesifik, 
digəri  ilə  əvəz  olunmayan  funksiyanı  yerinə  yetirir.  Əvvəlki 
elementlər  sonrakılardan  ayrı  mövcud  ola  bilər,  halbuki  hər  bir 
sonrakı  element  əvvəlkisiz  mümkün  deyildir:  yəni  bilmək,  lakin 
bacarmamaq olar; bilmək, fəaliyyətin məlum üsullarını icra etmək, 
lakin  yaradıcılığa  hazır  olmamaq  mümkündür;  bilmək,  bacarmaq, 
bu  fəaliyyətə  müxtəlif  münasibət  zamanı  yaradıcılıq  nümayiş 
etdirmək  olar.  Elementlərin  qarşılıqlı  əlaqəsi  hər  bir  elementin 
mənimsənilməsinin digər elementin mənimsənilmə səviyyəsinə  və 
keyfiyyətinə təsirində ifadə olunur. 
Deyilənlər belə nəticəyə gəlməyə imkan verir ki, mədəniyyə-
tin yaranması və gələcək inkişafı üçün təhsilin məzmununa yalnız 
biliklər  sistemi  deyil,  mədəniyyətin  bütün  göstərilən  elementləri 
daxil  edilməlidir.  Əgər  bu  belədirsə,  onda  təhsilin  məzmunu 
anlayışı altında aşağıdakıları başa düşmək lazımdır. 
  1.  Təbiət,  cəmiyyət,  təfəkkür,  texnika  və  fəaliyyət  üsulları 
haqqında  biliklər  sisteminin  mənimsənilməsi  şagirdlərin  şüurunda 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
25 
dünyanın həqiqi dialektik-materialist mənzərəsinin formalaşmasını 
təmin edir, idraki və praktik fəaliyyəti düzgün metodoloji yanaşma 
ilə silahlandırır. 
2. Konkret fəaliyyətlərin əsasında duran və gənc nəsildə de-
mokratik  cəmiyyətin  mədəniyyətini  qorumaq  qabiliyyətinin  for-
malaşdırılmasını təmin edən ümumi intellektual və praktik bacarıq 
və vərdişlər sistemi;  
3. Bəşəriyyətin ictimai–praktik fəaliyyətinin inkişafı prosesin-
də tədricən topladığı yaradıcı fəaliyyət təcrübəsi, onun əsas cizgiləri, 
mədəniyyətin sonrakı inkişafını təmin edən təcrübə; 
4.  Bilik  və  bacarıqlarla  birlikdə  şəxsiyyətin  dəyərlər  siste-
minin,  əqidə  və  ideallarının  formalaşmasının  şərti  olan  dünyaya, 
bir-birinə emosional iradi münasibətlər sistemi” (129, s.102- 103).   
Beləliklə,  demokratik  cəmiyyətdə  təhsilin  məzmununu  de-
mokratik  yönümlü,  pedaqoji  cəhətdən  adaptasiya  olunmuş  bilik, 
bacarıq  və  vərdişlər  sistemi,  yaradıcı  fəaliyyət  təcrübəsi,  emo-
sional–iradi  münasibət  təcrübəsi  kimi  müəyyən  etmək  olar  ki, 
bunların  mənimsənilməsi  bilavasitə  cəmiyyətin  maddi  və  mənəvi 
mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsinə hazır 
olan şəxsiyyətin formalaşmasından asılıdır. 
Təhsilin  məzmununun  hər bir elementini  daha  ətraflı nəzər-
dən keçirək. İlk və əsas olan bilikdir. Biliksiz heç bir məqsədyönlü 
fəaliyyət  mümkün  deyildir.  Lakin  bəşəriyyətin  topladığı  biliklər 
intəhasızdır və heç kəs onların hamısını mənimsəyə bilməz. Hər bir 
insan bu biliklərin yalnız müəyyən hissəsini mənimsəyir. Bununla 
yanaşı,  həmin  hissənin  elmlərin  əsasını  təşkil  edən  müxtəlif  bilik 
sahələrini və sosial fəaliyyətin, ictimai, əmək, ailə-məişət həyatının 
bütün növləri əhatə etməsi zəruridir. 
Eyni  zamanda  məzmunun  fundamental  elmlər  üçün  xarak-
terik olan müxtəlif növlü bilikləri əhatə etməsi zəruridir. Yalnız bu 
halda  biliklər  öz  başlıca  funksiyalarını  (dünyanın  ümumi 
mənzərəsini  yaratmaq,  praktik  və  idrak  fəaliyətinin  aləti  olmaq, 
dünyagörüşünün əsasını təşkil etmək) yerinə yetirir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə