İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   2   3   4   5   6   7   8   9   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 

gətirməklə, ümumləşdirilmələr aparılır, təkliflər irəli sürülür. İbtidai 
təhsilin  məzmununun  yeni  konteksdə  qurulması,  yeni  yanaşmalar 
əsasında  formalaşdırılması  barədə  aparılan  araşdırmalar  və  alınan 
nəticələr  yenidir.  İbtidai  təhsilin  məzmununun  prinsipləri  müasir 
dövrün tələbləri baxımından əhəmiyyətli hesab edilir. 
İbtidai  təhsilin  funksiyaları  ilə  əlaqədar  aparılan  araşdır-
malar da yenidir. Kitabda belə nəticəyə gəlinir ki, bu funksiyaların 
müəyyənləşdirilməsi  müasir  məzmunu  ifadə  edən  standartların 
konkretləşdirilməsi baxımından zəruridir. 
İlk  dəfə  olaraq  bu  əsərdə  ibtidai  təhsilin  məzmununun 
nəticəyönümlü  strukturu  verilir.  Yeni  struktur  modeli,  kompo-
nentləri,  elementləri  şərh  olunur.  İrəli  sürülən  pedaqoji  müddəalar 
nəzəri və praktik cəhətdən əsaslandırılır. 
Elmi-nəzəri  və  praktik  əhəmiyyəti  ilə  seçilən  G.Balayeva-
nın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı 
kitabının 
elmi-pedaqoji 
ictimaiyyət 
tərəfindən 
maraqla 
qarşılanacağı şübhəsizdir.  
 
Fərrux Rüstəmov 
Pedaqoji elmlər doktoru, professor,  
əməkdar elm xadimi  
 
 
 


Gülarə Balayeva 
 
 

 
 
 
 
GİRİŞ 
 
Bəşəriyyətin bütün tarixi boyu insanlar gündəlik fəaliyyət və 
ünsiyyət  prosesində  təbiət  və  məişətlə  bağlı  müəyyən  təcrübə  və 
biliklərə  yiyələnmiş,  sonralar  bu  işi  daha  mütəşəkkil  formada 
həyata  keçirmək  üçün təhsildən istifadə  etmişlər.  Təhsil  özünü  bir 
sistem kimi insanların həyatında, münasibətlərində, fəaliyyətlərində 
göstərmişdir. Bu mənada “təhsil sosial fenomendir” deyənlər heç də 
səhv  etməmişlər.  Əksinə,  onlar    təhsilin  əvəzolunmaz  sosial 
funksiyasını    yüksək  peşəkarlıqla  ümumiləşdirə  bilmişlər.  “Təhsil 
cavanlara  kamal,  qocalara  təsəlli,  kasıblara  var-dövlət,  varlılara 
yaraşıq  verir”- fikrini irəli sürən  antik  dövrün  filosofu  Diagen  də, 
“Heç  kəs  dünyaya  nə  ağa,  nə  də  qul  kimi  gəlmir”,  “adam  olmaq 
üçün  insan  hökmən  təhsil  almalıdır”,-deyə  iddia  edən  elmi 
pedaqogikanın banisi Y.A.Komenski də əslində təhsilin cəmiyyətin 
bütün  təbəqələri  üçün  vacib  olmasını  böyük  uzaqgörənliklə 
vurğulamışlar.  Ona  görə  də  bütün  zamanlarda  cəmiyyətin  inkişaf 
amilləri  içərisində  təhsil  önəmli  xarakteri  ilə  daha  qabarıq  şəkildə 
ifadə  olunmuşdur.  Ulu  öndər  Heydər  Əliyev  “təhsil  millətin 
gələcəyidir”  deyəndə  də  məhz  təhsilin  cəmiyyət  üçün  misilsiz 
rolunu nəzərə almış, onu bütün fəaliyyətlərin fövqünə qaldırmışdır.  
Dünyanın  hər  tərəfində  aparılan  sosial,  iqtisadi,  mədəni 
dəyişikliklər  bilavasitə  təhsillə  əlaqəli  olmuş,  başqa  sözlə,  təhsil 
bütün yeniliklərin əsasında dayanmış, onların formalaşdırılması və 
inkişafında  təkanverici  rol  oynamışdır.  Yeni  qurulan  müstəqillik 
yolunda  ilk  addımlarını  atan  Azərbaycan  da  özünün  inkişaf 
modelində  təhsilə  xüsusi  yer  ayırmış,  dünya  təcrübəsində  olduğu 
kimi,  onu  bütün  fəaliyyətlərin  əsasına  gətirmişdir.  Ona  görə  də 
müstəqil  Azərbaycanın  Konstitusiyasında  (1995)  təhsilə  dövlət 
səviyyəsində  yanaşılmış,  təhsil  sahəsində  dövlət  siyasətinin 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 

prinsipləri  müəyyənləşdirilmişdir.  Ən  vacibi  o  idi  ki,  ölkə 
səviyyəsində  qəbul  edilmiş  təhsil  siyasətinin  prioritet  problemləri 
qlobal dünya üçün xarakterik olan təhsil problemləri ilə uyğunluq 
təşkil  edirdi.  Hər  bir  vətəndaşın  təhsil  almaq  hüququnun  olması, 
pulsuz  ümumi  orta-icbari  təhsilin  həyata  keçirilməsi,  istedadlılarla 
işin  aparılması,  təhsil  standartlarının  müəyyən  edilməsi  və  s.  bu 
baxımdan qeyd olunmalıdır.  
Bir  mühüm  cəhət  də  nəzərə  alınmalıdır  ki,  konstitusiyada 
qeyd olunan maddələr həm də özünün islahatyönümlü xarakteri ilə 
fərqlənirdi. Müstəqil Azərbaycanın ictimai, iqtisadi bazası əsasında 
yeni təhsil sisteminin qurulmasını diqtə edirdi.  
Artıq  1998-ci  ildən  hazırlanmasına  başlanan,  1999-cu  ildə 
ölkə səviyyəsində qəbul edilən “Azərbaycan Respublikasının təhsil 
sahəsində İslahat Proqramı” da məhz həmin siyasətin nəticəsi kimi 
meydana çıxdı.  İslahat Proqramında  göstərildiyi kimi, təhsil siste-
mində struktur, məzmun islahatı ilə bağlı əhatə edilən məsələlərdən 
biri  “demokratikləşdirmə,  humanistləşdirmə,  inteqrasiya,  differen-
siallaşdırma,  fərdiləşdirmə,  humanitarlaşdırma  prinsiplərinə  əsas-
lanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-
tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab 
edən,  milli  zəminə,  bəşəri  dəyərlərə  əsaslanan,  bütün  qurumların 
fəaliyyətini  təhsil  alanın  mənafeyinə  xidmət  etmək  məqsədi 
ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (16, s.111-
188)  olmuşdur.  Azərbaycan  Respublikasının  təhsil  naziri  Misir 
Mərdanov bu məsələlərdən danışarkən təhsilin məzmununa xüsusi 
diqqət  yetirmişdir:  “Məzmun  islahatının,  ən  vacib  cəhəti  ondan 
ibarətdir  ki,  burada  “hafizə  məktəbi”  modelindən  imtina  edilir, 
biliklərin mexaniki şəkildə əzbərlənməsi deyil, şagirdlərdə məntiqi 
təfəkkürə  əsaslanan  inkişafetdirici  və  tətbiqetmə  bacarıqlarının 
formalaşdırılması əsas götürülür” (99, s.12). 
Yeni  təhsil  sisteminin  yaradılması,  onun  məzmununda 
koqnitiv  fəaliyyət  üçün  imkanların  formalaşdırılması  barədə  irəli 
sürülən  müddəalar,  ilk  növbədə,  ümumi  təhsilə,  o  cümlədən    də 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə