II HİSSƏ
TORPAQ TİPLƏRİNİN COĞRAFİ İCMALI
Torpaq tipləri ilə tanışlığı həm onların sistematikası
üzrə, həm coğrafi yayılması və həm də torpaqların
əmələgəlmə şəraitlərini nəzərə almaqla həyata keçirmək
olar. Torpaq coğrafiyası kursunun tədrisi üçün sonuncu
yol daha məqsədəuyğundur. Buna görə də torpaqların
icmalı bizim tərəfimizdən ən geniş yayılmış landşaftlara
uyğun tərzdə verilir: Dərsliyin birinci hissəsində
torpaqəmələgəlmə prosesinin ümumi sxemi,
torpaqəmələgətirən amillərin səciyyəsi və onların torpağın
genezisində rolu məsələləri açıqlanmışdır.
Verilmiş ikinci hissədə ayrı-ayrı zonaların torpaq
tiplərinin icmalı, torpaqəmələgətirən amillərin səciyyəsi,
əsas torpaq tiplərinin təsnifatı, fiziki-kimyəvi tərkibi və
xassələri verilmişdir.
XI FƏSİL
ARKTİKA VƏ TUNDRA LANDŞAFTLARININ
TORPAQLARI
Şimal yarımkürəsinin adalarında və materik
hissəsinin arktika və subarktika qurşaqlarında
özünəməxsus meşəsiz landşaftlar yerləşir. Bunların
tutduğu sahə Yer kürəsi qurusunun 4 faizə yaxın
hissəsini, Rusiya ərazisinin isə 8%-dən çoxunu təşkil edir.
Bu ərazidə arktika və tundra landşaftları torpaqları
ayırırlar. Tundra torpaqları Avrasiya ərazisində Şimal
Buzlu okean dənizlərinin sahilləri boyu geniş zolağı tutur.
Tundranın çox hissəsi Şimal qütb dairəsindən kənarda
yerləşir, ancaq Asiya kontinentinin şimal-şərqində tundra
landşaftları Berinq dənizi sahili boyu xeyli cənuba düşür
(şəkil 11.1). Bu onunla izah edilir ki, alçaq temperaturla
müşayət olunan havanın yüksək nisbi rütubəti meşə
bitkilərinə əlverişsiz təsir göstərir. Tundra torpaqları
Alyaskada və Şimal Amerikada qütb dairəsinin kənar
hissələrində, İslandiyada və Qrenlandiyanın cənub
sahillərində geniş yayılmışdır. Artika torpaqları Şimal
Buzlu okeanın daimi buzlarla örtülməyən ada və
arxipelaqlarında da vardır.
Tundra-arktika landşaftları nisbətən cavan
törəmələrdir. Geoloji məlumatlar təsdiq edir ki, qütb
dairəsindən kənarda yerləşən rayonlarda, neogen
dövründə iynəyarpaqlı meşələr yayılmışdır. Tundra-
arktika landşaftlarının meydana gəlməsi və formalaşması
1
dördüncü dövrdə böyük materik buzlaşmalarının inkişafı
ilə əlaqədar olmuşdur.
Şəkil 11.1.Arktika və tundra landşaftı torpaqlarının coğrafi
yayılma arealları.
11.1. Arktika landşaftlarının torpaqları
Son illərin tədqiqatları Arktika və Antarktidanın
yüksək enlikli vilayətlərində ilkin primitiv torpaqların
formalaşmasını müşahidə etməyə imkan vermişdir.
Antarktidada qütb səhra torpaqları qitənin sahil
hissələrində buzdan azad olan oazislərdə fraqmentlər
şəklində yayılmışdı. Oazislər Antarktidanın ancaq 0,06%--
ə qədərini tutur. Onlardan ən böyükləri Banker,
Bestfoil,Eymeri, Teylor-Rossa və Viktoriyadır. Burada
yağıntı çox az düşür, daxili hissələrdə ildə 62-80mm, sahil
zonalarında isə 300mm-ə qədər müşahidə olunur.
Yağıntılar hətta yayda da qar şəklində düşür və əsas
2
hissəsi buxarlanır. Oazislərin bitki örtüyü çox kasaddır :
qayaların üzərində adda-budda müxtəlif növ şibyə və
mamırlar nəzərə çarpır. Qayaların çatlarında yaşıl və
göy-yaşıl yosun florası üstünlük təşkil edir.
Antarktidanın qütb səhra torpaqları yay ərzində 30-
40 sm qalınlıqda buzlardan əriyirlər. Onlar üçün qırmızı-
qəhvəyi və narıncı rəng xarakterikdir ki, bu da dəmir
hidrooksidlərinin olması ilə əlaqədardır.
Arktika torpaqları Şimal Buzlu okeanı adalarında
Qrenlandiyanın şimal sahilləri, Şimali Amerika
arxipelağının şimal adaları Frans-İosif torpağı Şpisbergen
adaları, Yeni Torpaq, Şimal Torpağı, Novosibirski
adalarında, həm də Taymır yarmadasının kontinental
hissələrində yayılmışdır.
Antarktidanın qütb səhra torpaqları yay ərzində 30-
40 sm qalınlıqda buzlardan əriyirlər. Onlar üçün qırmızı-
qəhvəyi və narıncı rəng xarakterikdir ki, bu da dəmir
hidrooksidlərinin olması ilə əlaqədardır.
Arktika torpaqları Şimal Buzlu okeanı adalarında
Qrenlandiyanın şimal sahilləri, Şimali Amerika
arxipelağının şimal adaları Frans-İosif torpağı Şpisbergen
adaları, Yeni Torpaq, Şimal Torpağı, Novosibirski
adalarında, həm də Taymır yarmadasının kontinental
hissələrində yayılmışdır.
Antarktidadan fərqli olaraq Arktikada buzdan azad
sahələr daha çoxdur. Kanada-Arktika arxipelağının bəzi
adaları (Prins-Patrik, Melvill, Makkenzi-Kinq, Baterst) buz
örtüyünə malik deyillər.
3
Arktika qütb səhralarının iqlimi Antarktidaya
nisbətən az kəskindir. Antarktidada bir dənə də çiçəkli
bitki olmadığı halda, Arktikanın alçaq relyef formalarında
küləkdən qorunan sahələrdə çiçəkli bitkilərə də (çiyanotu,
drias, qütb qırtıcı və s.) inkişaf tapmışdır.
Arktikanın iqlim şəraiti çox kəskindir. Orta illik
temperatur - 10
0
C-dən - 14
0
C-ə kimidir. Yayda orta
sutkalıq temperatur 5
0
S-dən çox olmur. Nəhəng qar və
buz kütlələrinin toplanması havanın xeyli qızmasına mane
olur. Şaxtasız dövr adətən 12-14 gün davam edir. Qış,
arktik zonanın qərb hissəsində şərqə nisbətən xeyli
yumşaqdır. Frans-İosif torpağında orta fevral temperaturu
- 19
0
C olduğu halda, Şimal Torpağında - 27
0
C-dir.
Bitki örtüyü çox seyrək olub, mamırlar, taxıllar
fəsiləsi üstünlük təşkil edir. Ən kəskin soyuq rayonlarda
bitkilər ərazinin yalnız 5-10%-ni örtür. İqlim şəraitinin
yumşalması ilə torpaq səthinin bitki ilə örtülmə dərəcəsi
artıb 50-70%-ə çatır. Bitkilərin illik artımı hər hektar
sahəyə düşən quru üzvi maddənin miqdarı ilə ölçülür.
Arktika qurusunun çox hissəsi əsas süxurlar
(çöküntü-metamorfik və püskürmə süxurlar) və dördüncü
dövrün narın çöküntüləri ilə örtülmüşdür. Bu çöküntülər
su-buzlaq və dəniz mənşəlidir, qranulometrik
1
tərkibi
əsasən yüngüldür. Bəzi yerlərdə bu çöküntülərin üzərində
yuxa gillicə örtük yerləşir. Kristallik süxurların üzə çıxdığı
sahələrdə çınqıllı səpintilər yayılmışdır.
Relyefdə buzlaq abrazion və akkumulyativ
formalar mühüm əhəmiyyət kəsb edir. Arktika
1 Qranulometrik tərkib - əksər torpaqşünaslar mexaniki tərkib işlədir.
4
Dostları ilə paylaş: |