Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
A-faekalislə yoluxmuş hind quşlarında onların ümumi kütləsi
aşağı düşür, xüsusilə timusda, dalaqda və fabrisium kisəsində il
tihab daha çox nəzərə çarpır. İnfeksion prosesin inkişafı nəticə
sində timusun normal şəkildə formalaşması ləngiyir. Beləki,
hind quşlarının 2 həftəliyində timusda kortikal zona zəif nəzərə
çarpır, kortikal və modulyar törəmələr qarışıq şəkildə nəzərə
çarpır və timus paycıqlarının periferiya hissələrində böyük və
orta həcmdə limfositlərin formalaşması aşkar edilir. İnfeksion
proseslə əlaqədar olaraq qammaqlobulinlərin artması, albumin-
qlobulinlərin isə aşağı düşməsi qeyd olunur.
Xəstə quşlarda sağlamlardan fərqli olaraq bir sıra bakterial
və virus aqentlərinə qarşı antitellərin sintezində nəzərə çarpa-
caq dəyişilmələr müşahidə edilmir. Nəticədə leykositlərin blas-
transfonnasiyası kəskin şəkildə zəyifləyir, bu da hüceyrə immu
nitetinin funksiya pozğunluğuna səbəb olur.
G ed işi və kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
müəyyən edilmməişdir. Hind quşlarında respirator orqanların
funksiya pozğunluqlarına məxsus olan əlam ətlər qeyd olunur.
Xəstələrdə tənəffüsün çətinləşməsi, xırıltı, boğulma, göz yaşı
nın axması, başın üz hissəsində və göz qapaqlarında şişkinlik
nəzərə çarpır.
3-12 həftəlik hind quşlarında xəstəlik daha ağır formada ge
dir və yüksək dərəcədə tələfat verir. Yaşlılarda yumurta m əh
suldarlığı aşağı düşür.
Xəstəliyin son dövründə hind quşlarında bəzən hemorroji
enteritə məxsus simptomlar görünür.
Patoloji-anatom ik d əyişiliklər.
Yuxarı tənəffüs orqanlarının
selikli qişasının qalınlaşması və üzərində qan sızmalar qeyd edi
lir. Traxeyada kifayət dərəcədə selik aşkar edilir. Hava kisələri
və ağciyərdə zəif dərəcədə nəzərə çarpan iltihab qeyd edilir.
236
Diaqnoz.İnfeksion ripotraxeyitə diaqnoz qoymaq üçün kom
pleks diaqnostika üsulundan istifadə edilir və laboratoriya
müayinələrinin nəticəsi əsas hesab edilir. Bu məqsədlə patoloji
material bakterioloji müayinə metodu ilə müayinə edilir. Məlum
olmuşdur ki, xəstə quşların orqanizmində A.faecalisi spesifik
antitellər yaranır. Ona görə də xəstəliyin diaqnostikasında
aqqlütinasiya reaksiyasından da istifadə edilir.
Reaksiya mixbər şüşəsi daxilində və pleksiqlaz lövhəsi üzə
rində qoyulur. l:20-də və ondan aşağı durultmalarda mixbər
şüşəsinin və gözcüyün dib hissəsində çöküntü qeyd olunursa bu
reaksiyanın müsbət olmasını göstərir.
T əfriq i diaq n oz.
İnfeksion rinotraxeyiti respirator orqanla
rın iltihabını törədən digər infeksion xəstəliklərdən xüsusilə
qripdən, infeksion bronxitdən, infeksion larinqotraxeyitdən təf-
riq etmək lazımdır. Bütün hallarda laboratoriya müayinələrinin
nəticəsi əsas hesab edilir.
M ü alicə.
Səmərəli müalicə vasitələri yoxdur.
İm m unitet.
İnfeksion larinqotraxeyitdə immunitet tam şə
kildə öyrənilmişdir. Xəstəliyi keçirmiş quşlarda gərginlikli im
munitet yaranmır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, quş
ların bakterinlə peyvəndi zamanı antitellərin yaranması qeyd
olunmur, ancaq təkrar immunizasiya antitellərin sintezini sti
mullaşdırır və bu antitellər transovarial yolla cücələrə verilsədə
onları xəstəlikdən qoruya bilmir.
Son zamanlar xəstəliyə qarşı diri zəiflədilmiş vaksinlər ha
zırlanmışdır. Hind quşlarının cücələrinə aerozol üsulla 1 və 42
yaxud 7, 12 və 42 günlükdə, yaşlıları isə 8 və 10 həftəlikdə vak-
sinasiya etmək lazımdır.
P rfilaktika v ə m übarizə təd b irləri.
Hind quşları müvafiq
zoogigiyeniki şəraitdə saxlanmalı və yemləməsi düzgün təşkil
edilməlidir. Quşların ümumi rezistentliyini aşağı salan faktorlar,
xüsusilə m üxtəlif stresslər aradan götürülməlidir. Vaxtaşırı dez-
237
infeksiyanın aparılması xəstəliyin profilaktikasında mühüm
əhəmiyyət kəsb edir.
V ərəm
Vərəm (Tuberkuluoz) quşların xroniki gedişli infeksion x əs
təlik olub ayrı-ayrı orqanlarda tuberkulaların əm ələ gəlm əsi ilə
səciyyələnir.
Tarixi m əlum at.
Quşların vərəmi əvvəllər ayn-ayrı ölkələrdə
müxtəlif adlarla qeyd edilmişdir. 1868-ci ildə Rolof bu xəstəliyi
toyuqlarda müşahidə etmiş və bunu limfosarkoma adlandırmışdır.
1872-ci ildə Pauliki, 1895-ci ildə Mozqalevski, 1896-cı ildə Brey
xəstəliyi qeyd etmiş və onun bəzi xüsusiyyətlərini öyrənmişlər.
Onu da qeyd etmək lazımdır ki, «tuberkulez» sözünü 1819-cu ildə
fransız alimi Lennek elmi ədəbiyyata daxil etmiş və 1865-ci ildə
Villemen xəstəliyin infeksion xüsusiyyətini göstərmişdir.
Xəstəliyin törədicisini 1882-ci ildə R.Kox əldə etmiş və
1890-cı ildə tuberkulin hazırlanmışdır.
Rusiyada quşların vərəmi ilk dəfə 1911-ci ildə M.R.Tartakov-
ski tərəfindən qeyd edilmiş, daha sonra R.V.Sizov, P.P.Vişnevski,
R.V.Tuzova və s. tərəfindən ətraflı şəkildə öyrənilmişdir.
X ə stə liy in
tö rə d ic isi.
Quşlarda
vərəm in
törədicisi
Mucobakterium cinsinin M.avium növüdür. Bu nazik, düz və çox
vaxt azca əyilmiş şəkildə görünməklə obliqat aerobdur, eni 0,2-
0,5 mkm, uzunu isə 0,8-5,5 mkm-dir. Bundan əlavə bunun sap-
vari, budaqlanmış və kokkvari formaları da nəzərə çarpır. Mik-
rob sərbəst hərəkətə malik deyil, hüceyrə qişası üzərində yağlı-
mumlu maddə, protoplazmasında isə dənəvərlik qeyd edilir.
Mikobakteriyalar spor və kapsula yaratmır, turşu və spirtə
davamlıdır, Tsil-Nilsen üsulu ilə parlaq qırmızı rəngdə boyanır.
Qida mühitlərinə tələbkardır. Onun laboratoriya şəraitində ye
tişdirilməsi üçün qliserinli ƏPA, ƏRB, kartof və yumurtalı qida
mühitləri, həmçinin sintetik qida mühitlərindən istifadə edilir.
238
Qida mühitlərində amil 11-15 günə boy verir. Mikobakteriyala-
rın quş tipini digər tiplərdən təfriq etmək üçün hind donuzları,
ada dovşanları və toyuqlar üzərində bioloji sınaq qoyulur.
D a v am lılığı.
Quşların vərəminin törədicisi müxtəlif fiziki və
cədvəl
7
.
Bioloji sınaq əsasında vərəmin törədicisinin növüniin təfriqi
V ə r ə m i n t ö r ə d i c i
l ə r i n n ö v l ə r i
P a t o g e n l i k
H i n d d o n u z l a r ı
A d a d o v ş a n l a r ı
T o y u q l a r
İ n s a n n ö v ü
Y a y ı l m ı ş v ə r ə m
Y e r l i p r o s e s
-
Ö k ü z n ö v ü
Y a y ı l m ı ş v ə r ə m
Y a y ı l m ı ş v ə r ə m
-
Q u ş n ö v ü
Y a y ı l m ı ş v ə r ə m
V ə r ə m s e p s i s i b ə
z ə n m ə h t u t s a h ə l i
z ə d ə l ə n m ə
Y a y ı l m ı ş p r o s e s
v ə y a m ə h t u t s a
h ə l i z ə d ə l ə n m ə
kimyəvi vasitələrin təsirinə kifayət qədər davamlıdır. Bu mikrob
hüceyrəsinin qılafı üzərində yağlı-mumlu maddənin olması ilə
əlaqədardır. Amil xüsusilə qaranlıq və nəmli yerlərdə uzun
müddət sağ qalaraq öz patogenliyini itirmir. Amil peyində 7 ay,
torpaqda 2 ildən çox, çay sularında 3-7 ay, basdırılmış quş cəsəd
lərində 2-3 ay müddətində sağ qalır. Günəşin düz şüalarının təsi
rindən mikobakteriyalar 50 dəqiqədən sonra, səpələnmiş şüala
rın təsirindən isə 8-10 gündən sonra inaktivləşir. 800S tempera
turda amil 20 dəqiqəyə, qaynatmaya isə 5 dəqiqə davamlılıq gös
tərir. Amil turşuların, qələvilərin, spirtin təsirinə davamlıdır.
3%-li xloramin məhlulu, 3%-li formaldehid məhlulu, 5%-li
xlorlu əhəng məhlulu, 10%-li birxlorlu yod məhlulu mikobakteri-
yaları məhv etmək üçün əlverişli dezinfeksiya vasitələri hesab
edilir.
E p izootoloji m əlum atlar.
Vərəmə 25 növdər çox quşlar
həssaslıq göstərir. İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar
dır. Bunlar əsasən kal vasitəsilə amili xarici mühitə ixrac edir və
xarici mühit obyektlərini mikrobla çirkləndirir. Təbii halda quş
lar alimentar yolla yoluxur, ancaq transovarial yoluxma da qeyd
239
Dostları ilə paylaş: |