3
BBK 32
Ə 56 Buraxılışına məsul
akademik
RAMİZ MEHDİYEV
ƏLİYEV İLHAM
Ə 56 İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2016, səh. 416.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara
təqdim olunan «İnkişaf – məqsədimizdir» çoxcildliyinin bu cildində
Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və
2008-ci ildə qarşıda duran vəzifələrə, həmçinin regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş
konfranslardakı nitqləri yer almışdır.
Prezidentin Macarıstana dövlət səfəri zamanı bu ölkənin prezidenti
Laslo Şoyom ilə görüşləri, ikitərəfli sənədlərin imzalanması, dövlət
başçımıza Macarıstanın nüfuzlu Korvinus Universitetinin Fəxri
doktoru adının verilməsi, habelə keçirdiyi maraqlı görüşləri, çıxış və
bəyanatları öz əksini tapmışdır.
Regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə
əlaqədar Əli Bayramlı, Ağdam və Ağcabədi rayonlarına səfəri, bu
bölgənin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına
həsr olunmuş çıxışları, nitqləri və ictimaiyyət nümayəndələri ilə
görüşlərinə həsr olunmuş materiallar verilmişdir.
Həmçinin bu cilddə Müdafiə Sənayesi Nazirliyinin «Telemexa-
nika» və «Peyk» zavodlarında keçirdiyi görüşlər, Dövlət Bayrağı
Meydanının təməlqoyma mərasimi, Bakının rayonlarında yeni
yolötürücülərinin açılışı, habelə Əjdərbəy, Bibiheybət və Təzəpir
məscidlərində yenidənqurma işləri ilə tanışlığı zamanı etdiyi çıxış və
nitqləri də öz əksini tapmışdır.
İSBN 978-9952-8100-7-3
32
-
ББК
2016
651(07)
М
0801000000
Я
© Azərnəşr, 2016
4
YAPONİYANIN İMPERATORU
ƏLAHƏZRƏT AKİHİTOYA
Əlahəzrət!
Yaponiyanın milli bayramı – Təvəllüd gününüz müna-
sibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi ye-
tirməkdən məmnunluq duyuram.
Biz Azərbaycan ilə Yaponiya arasındakı dostluq müna-
sibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki,
əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın dərinləşməsi
prosesləri bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və səadət, dost
Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 dekabr 2007-ci il
5
YAPONİYANIN BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ
CƏNAB YASUO FUKUDAYA
Hörmətli cənab Baş nazir!
Milli bayramınız – İmperatorun Təvəllüd günü müna-
sibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan–Yaponiya münasibətləri ardıcıl və
dinamik inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz
arasında əlaqələrin bütün sahələrdə möhkəmlənməsi, əmək-
daşlıq sahəsində nailiyyətlərimizin daha da artması üçün
səylərimizi bundan sonra da qarşılıqlı şəkildə davam etdirə-
cəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Yaponiya xalqına sülh və
rifah diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 dekabr 2007-ci il
6
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
bp ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ
ENDRYU İNQLİS İLƏ GÖRÜŞÜ
Prezident sarayı
17 dekabr 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 17-də Prezident sarayında bp şirkətinin vitse-prezi-
denti Endryu İnqlisi qəbul etmişdir.
Endryu İnqlis yenidən ölkəmizə səfər etməkdən məmnunlu-
ğunu söylədi. O, «Şahdəniz» yatağından qaz hasilatının artma-
sını razılıq hissi ilə vurğuladı və bu sahədə işlərin bundan
sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirdi.
Prezident İlham Əliyev «Şahdəniz» yatağından çıxarılan
qazın artmasının ölkəmizin mühüm qaz hasilatçısı və ixracatçısı
kimi rolunu daha da yüksəldəcəyini vurğuladı. O, uzun illər
ərzində Azərbaycan ilə bp şirkəti arasında həyata keçirilən
uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə
ümidvar olduğunu bildirdi.