50
naqlar üçün nəzərdə tutulan giriş hissədə, eləcə də VİP otaqlarda
dəyişiklik ediləcəkdir. Sənətçilər üçün yer müasirləşdiriləcəkdir.
Burada ulu öndərin büstü də qoyulacaqdır.
C ə l a l Ö z k a n: Xüsusi şüşələrin üzərindən ekran kimi
istifadə oluna bilər.
İ l h a m Ə l i y e v: Bu şüşələrdən içəridə gedən tədbir
göstərilə bilərmi?
C ə l a l Ö z k a n: Bəli, lazım olduqda göstərilir.
İ l h a m Ə l i y e v: Yəni insanlar bayırdan da tamaşa edə
bilərlər.
C ə l a l Ö z k a n: Bəli, xüsusilə mərhum prezidenti anma
günlərində, eləcə də xüsusi əhəmiyyət daşıyan tədbirlər zamanı
insanlar salonu bayırdan seyr edə bilərlər.
İ l h a m Ə l i y e v: O zaman yollar bağlanacaq, insanlar
buradan keçirilən tədbirə baxacaqlar.
C ə l a l Ö z k a n: Hər bir işimizdə yenilik olacaqdır.
Foyedə lazer fəvvarələr yaradılacaqdır.
İ l h a m Ə l i y e v: Burada döşəmə, divarlar, tavan – hər
şey dəyişir.
C ə l a l Ö z k a n: Foyelərdə nəzərəçarpacaq dəyişikliklər
ediləcəkdir. Saatlar, videoekranlar quraşdırılacaq ki, insanlar
içəridə olanları seyr edə bilsinlər. Burada xüsusi oturacaqlar
qoyulacaq, dizayna uyğun olaraq paltarların asılması üçün işıqlı
qarderoblar quraşdırılacaqdır.
İ l h a m Ə l i y e v: Hər yer işıqlı olmalıdır.
C ə l a l Ö z k a n: Cənab Prezident, Milli Məclisdə yeni sistem
quraşdırılmışdır. Burada da həmin sistem tətbiq olunacaqdır. Qapılar
mərmər döşəmələrə uyğun olacaq, sarayin kassaları təmir ediləcək,
binanın ümumi görünüşünə uyğunlaşdırılacaq və müasir vəziyyətə
salınacaqdır. Səhnənin akustikasının daha da yaxşılaşdırılması üçün
hazırda Türkiyənin Ortadoğu Texniki Universitetinin mütəxəssisləri
bu istiqamətdə işləri tamamlamışlar. İndikindən yaxşı olacaqdır.
Ə b ü l f ə s Q a r a y e v: Cənab Prezident, mütəxəssis-
lərlə görüş keçirmişik. Oturacaqlar eyni rəngdə olacaq, əlavə
51
15-ə yaxın yer artırılacaqdır. Əvvəllər səhnədə yerləşdirilmiş
səs qurğuları üçün xüsusi otaqlar ayrılmışdır.
İ l h a m Ə l i y e v: İndi burada nə qədər oturacaq var və
nə qədər olacaqdır?
Ə b ü l f ə s Q a r a y e v: 2150 oturacaq var və 2165-ə
çatdırılacaqdır.
C ə l a l Ö z k a n: Oturacaqlarda tamaşaçılara xüsusi qulaqcıqlar
veriləcəkdir. Bütün dünyada bu sistemdən istifadə olunur. Onlar
danışıqları tərcümə vasitəsilə istədikləri dildə dinləyə biləcəklər.
Binanın bayır divarlarına üzlüklər xüsusi texnologiya əsasında
vurulacaq və zəlzələyə davamlı, uzunömürlü olacaqdır.
Prezident İlham Əliyev sarayın giriş və daxili qapılarının for-
masına, ABŞ, Yaponiya, Almaniya, İtaliya və Avstriyada istehsal
olunan materialların nümunələrinə, binanın daxilində, xaricində, ön
və arxa girişlərdə istifadə olunacaq qranit və mərmərin çeşidlərinə,
akustika üçün nəzərdə tutulan vasitələrə baxdı. Binanın sütunlarının
yoxlanılması üçün müvafiq tapşırıqlar verərək dedi ki, bu bina 30
ildən artıqdır tikilibdir. Düzdür, təməli möhkəmdir, amma yenə də
yoxlamalıyıq. Çünki bu daşlar əlavə ağırlıq verəcəkdir.
Sonra prezident İlham Əliyev sarayın xarici və gecə
görünüşünü əks etdirən videokadrlara baxdı, səhnəni, foyeləri
gəzdi, səhnənin dizaynı, quraşdırılacaq işıqlandırma, isitmə və
soyutma sistemi ilə maraqlandı. Dövlətimizin başçısına burada
aparılacaq dəyişikliklərlə bağlı məlumat verildi, yeni ekskala-
torların quraşdırılacağı da bildirildi.
Prezident İlham Əliyev digər işlərlə bağlı əlavə tövsiyə və tapşı-
rıqlar verərək dedi ki, görüləcək bütün işlərdə dünyada mövcud olan
ən müasir texnologiyalar istifadə olunmalıdır. Biz ilk növbədə, bu
parkı abadlaşdırdıq, ulu öndərin abidəsi qoyuldu. Əvvəllər park çox
bərbad vəziyyətdə idi. İndi çox gözəl olubdur. Biz gərək ətrafdakı
binaları da təmir edək. Bura möhtəşəm bir kompleks olacaqdır. Ulu
öndər bu binanı 1974-cü ildə tikdiribdir. Biz də buna yeni müasir
həyat veririk. Biz sarayı 2008-ci ilin payızınadək hazır etməliyik.
52
QƏMƏR ALMASZADƏNİN XATİRƏSİNİN
ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikasi Prezidentinin sərəncamı
Azərbaycanın Xalq artisti Qəmər Hacı Ağa qızı Almas-
zadənin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Qəmər Hacı Ağa qızı Almas-
zadənin yaşadığı binaya (Xaqani küçəsi, 19/13) xatirə
lövhəsinin vurulmasını təmin etsin.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 mart 2007-ci il