İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə16/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   12   13   14   15   16   17   18   19   ...   115

 50 

naqlar üçün nəzərdə tutulan giriş hissədə, eləcə də VİP otaqlarda 

dəyişiklik ediləcəkdir. Sənətçilər üçün yer müasirləşdiriləcəkdir. 

Burada ulu öndərin büstü də qoyulacaqdır.   



C ə l a l   Ö z k a n: Xüsusi şüşələrin üzərindən ekran kimi 

istifadə oluna bilər.  



İ l h a m   Ə l i y e v: Bu şüşələrdən içəridə gedən tədbir 

göstərilə bilərmi?  



C ə l a l   Ö z k a n: Bəli, lazım olduqda göstərilir.  

İ l h a m   Ə l i y e v: Yəni insanlar bayırdan da tamaşa edə 

bilərlər.  



C ə l a l   Ö z k a n: Bəli, xüsusilə mərhum prezidenti anma 

günlərində, eləcə də xüsusi əhəmiyyət daşıyan tədbirlər zamanı 

insanlar salonu bayırdan seyr edə bilərlər.  

İ l h a m   Ə l i y e v: O zaman yollar bağlanacaq, insanlar 

buradan keçirilən tədbirə baxacaqlar.  



C  ə  l  a  l      Ö  z  k  a  n:  Hər  bir  işimizdə  yenilik  olacaqdır. 

Foyedə lazer fəvvarələr  yaradılacaqdır.  



İ l h a m   Ə l i y e v: Burada döşəmə, divarlar, tavan – hər 

şey dəyişir.  



C ə l a l   Ö z k a n: Foyelərdə nəzərəçarpacaq dəyişikliklər 

ediləcəkdir.  Saatlar,  videoekranlar  quraşdırılacaq  ki,  insanlar 

içəridə  olanları  seyr  edə  bilsinlər.  Burada  xüsusi  oturacaqlar 

qoyulacaq, dizayna uyğun olaraq paltarların asılması üçün işıqlı 

qarderoblar quraşdırılacaqdır.   

İ l h a m   Ə l i y e v: Hər yer işıqlı olmalıdır.  

C ə l a l   Ö z k a n: Cənab Prezident, Milli Məclisdə  yeni sistem 

quraşdırılmışdır. Burada da həmin sistem tətbiq olunacaqdır. Qapılar 

mərmər döşəmələrə uyğun olacaq, sarayin kassaları  təmir ediləcək, 

binanın  ümumi  görünüşünə  uyğunlaşdırılacaq  və  müasir  vəziyyətə 

salınacaqdır.  Səhnənin  akustikasının  daha  da  yaxşılaşdırılması  üçün 

hazırda  Türkiyənin  Ortadoğu  Texniki  Universitetinin  mütəxəssisləri 

bu istiqamətdə işləri tamamlamışlar. İndikindən yaxşı olacaqdır.  

Ə b ü l f ə s   Q a r a y e v: Cənab Prezident, mütəxəssis-

lərlə  görüş  keçirmişik.  Oturacaqlar  eyni  rəngdə  olacaq,  əlavə 




 

51 


15-ə  yaxın  yer  artırılacaqdır.  Əvvəllər  səhnədə  yerləşdirilmiş 

səs qurğuları üçün xüsusi otaqlar ayrılmışdır.  



İ l h a m   Ə l i y e v: İndi burada nə qədər oturacaq var və 

nə qədər olacaqdır?  



Ə b ü l f ə s   Q a r a y e v: 2150 oturacaq var və 2165-ə 

çatdırılacaqdır.  



C ə l a l   Ö z k a n: Oturacaqlarda tamaşaçılara xüsusi qulaqcıqlar 

veriləcəkdir.  Bütün  dünyada  bu  sistemdən  istifadə  olunur.  Onlar 

danışıqları  tərcümə  vasitəsilə  istədikləri  dildə  dinləyə  biləcəklər. 

Binanın  bayır  divarlarına  üzlüklər  xüsusi  texnologiya  əsasında 

vurulacaq və zəlzələyə davamlı, uzunömürlü olacaqdır.    

 

Prezident  İlham  Əliyev  sarayın  giriş  və  daxili  qapılarının  for-



masına,  ABŞ,  Yaponiya,  Almaniya,  İtaliya  və  Avstriyada  istehsal 

olunan materialların nümunələrinə, binanın daxilində, xaricində, ön 

və arxa girişlərdə istifadə olunacaq qranit və mərmərin çeşidlərinə, 

akustika üçün nəzərdə tutulan vasitələrə baxdı. Binanın sütunlarının 

yoxlanılması üçün  müvafiq tapşırıqlar verərək dedi ki, bu bina 30 

ildən artıqdır tikilibdir. Düzdür, təməli möhkəmdir, amma yenə də 

yoxlamalıyıq. Çünki bu daşlar əlavə ağırlıq verəcəkdir.  

Sonra  prezident  İlham  Əliyev  sarayın  xarici  və  gecə 

görünüşünü  əks  etdirən  videokadrlara  baxdı,  səhnəni,  foyeləri 

gəzdi, səhnənin dizaynı, quraşdırılacaq işıqlandırma, isitmə və 

soyutma sistemi ilə maraqlandı. Dövlətimizin başçısına burada 

aparılacaq  dəyişikliklərlə  bağlı  məlumat  verildi,  yeni  ekskala-

torların quraşdırılacağı da bildirildi.  

Prezident İlham Əliyev  digər işlərlə bağlı əlavə tövsiyə və tapşı-

rıqlar verərək dedi ki, görüləcək bütün işlərdə dünyada mövcud olan 

ən  müasir  texnologiyalar  istifadə  olunmalıdır.  Biz  ilk  növbədə,  bu 

parkı abadlaşdırdıq, ulu öndərin abidəsi qoyuldu. Əvvəllər park çox 

bərbad  vəziyyətdə  idi.  İndi  çox  gözəl  olubdur.  Biz  gərək  ətrafdakı 

binaları da təmir edək. Bura möhtəşəm bir kompleks olacaqdır. Ulu 

öndər  bu binanı 1974-cü ildə tikdiribdir. Biz də buna yeni müasir 

həyat veririk. Biz sarayı 2008-ci ilin payızınadək hazır etməliyik.  


 52 

 

 

 



QƏMƏR ALMASZADƏNİN XATİRƏSİNİN  

ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA  

 

Azərbaycan Respublikasi Prezidentinin  sərəncamı 

 

 

Azərbaycanın  Xalq  artisti  Qəmər  Hacı  Ağa  qızı  Almas-



zadənin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram: 

Bakı  Şəhər  İcra  Hakimiyyəti  Qəmər  Hacı  Ağa  qızı  Almas-

zadənin  yaşadığı  binaya  (Xaqani  küçəsi,  19/13)  xatirə 

lövhəsinin vurulmasını təmin etsin. 

 

 

 



 

 

 



       İLHAM ƏLİYEV

 

 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 5 mart 2007-ci il 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə