İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə19/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   15   16   17   18   19   20   21   22   ...   115

 

61 


ölkələrimizin  həm  siyasi,  həm  iqtisadi  durumu  daha  da  yaxşı 

olsun  ki,  burada  yaşayan  bütün  xalqlar  özlərini    rahat  hiss 

etsinlər.  

Avropa  ilə,  böyük  dövlətlərlə  münasibətlərdə  də  bizim 

baxışlarımız  üst-üstə  düşür  və  bu  bizim  birləşməyimiz  üçün, 

birgə fəaliyyət planının olması üçün çox böyük əhəmiyyət kəsb 

edir.  

Xaricdə  yaşayan  soydaşlarımızın  fəallığı  bizi  çox  sevindirir. 



Biz buna çalışırıq və əlimizdən gələni edirik ki, bu proseslər daha 

da sürətlə getsin. Azərbaycanda iki dəfə – 2001-ci ildə və 2006-cı 

ildə  dünya  azərbaycanlılarının  qurultayları  keçirilmiş  və  bunların 

nəticəsi çox müsbət olmuşdur. Təşkilatlanma prosesi sürətlə gedir. 

Bildiyiniz  kimi,  azərbaycanlılar  başqa  ölkələrdə  əvvəllər  də 

yaşayıblar.  Amma  Sovet  İttifaqı  zamanı  xaricdə  yaşayan 

azərbaycanlılar  mədəni  dərnəklər  çərçivəsində  fəaliyyət 

göstərirdilər.  Azərbaycan  müstəqil  ölkə  olandan  sonra 

təşkilatlanma  prosesi  başlanmışdır  və  indi  sürətlə  gedir. 

Azərbaycanlılar  yaşayan  bütün  xarici  ölkələrdə  təşkilatlanma 

prosesi gedir və bu gün Azərbaycan diaspor təşkilatları artıq böyük 

bir  gücdür,  Azərbaycanla  onların  çox  sıx  əlaqələri  var.  Bütün 

fəaliyyət  planı  müzakirə  olunur,  əlaqələndirilir  və  biz  vahid 

mövqedən çıxış edirik. Ona görə xaricdə yaşayan soydaşlarımızın 

fəallığı çox önəmli bir faktdır.  

İlk  növbədə  biz,  dövlətlər  onların  rahat  yaşaması  üçün 

əlimizdən  gələni  etməliyik.  Biz  nə  qədər  güclü  olsaq,  onların  

orada  yaşaması  daha  da  rahat  olacaqdır.  Ölkələrimizin  çəkisi 

artdıqca, onlara münasibət daha yaxşı olacaqdır. Digər tərəfdən, 

onlar Azərbaycanın və Türkiyənin həqiqətlərini çatdırmalıdırlar 

və  bunu  edirlər.  Çünki  əfsuslar  olsun  ki,  bu  günə  qədər  geniş 

mənada  dünya  ictimaiyyətində  bizim  haqqımızda  tam  həqiqəti 

əks  etdirən  rəy  yoxdur.  Bunun  da  səbəbləri  var.  Bizim 

əleyhimizə  çox  güclü  erməni  lobbisi  fəaliyyət  göstərir.  O, 

Türkiyə  və  Azərbaycana  düşmənçilik  mövqeyindədir  və  bizi 

ləkələmək,  ölkələrimizdə  gedən  prosesləri  təhrif  etmək,  yalan, 

böhtan  kampaniyasını  aparmaq  onların  əsas  peşəsidir.  Biz 



 62 

bunun  qarşısına  öz  siyasətimizi,  öz  təbliğat  mexanizmimizi 

qoymalıyıq  və  qoyuruq.  Ona  görə  xaricdə  yaşayan 

soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha 

da  sürətlə  aparılmalıdır.  Onlar  yaşadıqları  ölkələrin  siyasi 

dairələrinə,    siyasi  təsisatlarına  daha  da  fəal  inteqrasiya 

etməlidirlər.  Biz  bunu  türk  diasporunun  timsalında  görürük, 

onların  çox  böyük  uğurları  var.  Türk  qardaşlarımız  artıq 

müxtəlif ölkələrin qanunvericilik orqanlarında təmsil olunurlar, 

onlardan  hökumət  nümayəndələri  var,  ictimai  təşkilatlarda 

fəaldırlar.  

Biz  də  buna  çalışırıq.  Biz  indi  ilkin  mərhələdəyik,  xaricdə 

yaşayan  azərbaycanlıların  təşkilatlanma  prosesi  hələ  davam 

edir.  Bildiyiniz  kimi,  bu  məqsədlə  2002-ci  ildə  ulu  öndər 

Heydər  Əliyev  tərəfindən  Xarici  Ölkələrdə  Yaşayan  Azər-

baycanlılarla  İş  üzrə  Dövlət  Komitəsi  yaradılıb  və  bu  komitə 

bütün  diaspor  təşkilatlarının  fəaliyyətinin  əlaqələndirilməsi  ilə 

məşğuldur.   

 

Bir sözlə, fəallıq göstərmək, siyasi proseslərdə iştirak etmək, 



biznes  aləmində  yüksək  yer  tutmaq  və  buna  nail  olmaq  üçün 

bizim  imkanlarımızdan  faydalanmaq  lazımdır.  Türkiyənin  çox 

böyük  siyasi  və  iqtisadi  potensialı  var,  Azərbaycanda 

iqtisadiyyat  çox  sürətlə  inkişaf  edir  və  qardaşlarımız  bizim 

imkanlarımızdan 

faydalanmalıdırlar. 

Onsuz 

da 


bizim 

ölkələrimizdə  xaricdən  çoxlu  iş  adamları  fəaliyyət  göstərirlər, 

çoxlu şirkətlər var. Biznes mühiti Azərbaycanda da, Türkiyədə 

də  çox  münasibdir.  Bilirsiniz  ki,  biz  bizneslə  məşğul  olmaq 

istəyənləri alqışlayırıq və onların fəaliyyətini dəstəkləyirik. Çox 

istərdim ki, onların arasında, xarici vətəndaşların arasında bizim 

soydaşlarımızın sayı çoxalsın.  

Biz bu yolla onlara dəstək verməliyik,  yaşadıqları ölkələrdə 

onların  siyasətini  gücləndirməliyik.  Müxtəlif  tədbirlər  keçirilir 

və keçirilməlidir. Konfranslar, kitabların nəşri, bizim tariximizi, 

keçmişi  və  bu  günü  əks  etdirən  həqiqətlərin  yayılması  –  bu 

daimi proses olmalıdır. Xaricdə fəaliyyət göstərən bütün qeyri-

hökumət təşkilatları ilə çox ciddi işbirliyi qurulmalıdır. Bir daha 



 

63 


demək  istəyirəm,  hökumət  üzvləri,  parlament  üzvləri  ilə  daim 

bu  iş  aparılmalıdır.  Əgər  biz  istəyiriksə  ki,  səsimiz  daha  da 

ucadan gəlsin, bizi narahat edən problemlər daha da asanlıqla öz 

həllini  tapsın,  haqq-ədalət  bərpa  olunsun,  mütləq  bunu 

etməliyik. Xaricdəki türk, Azərbaycan diasporu artıq çox böyük 

gücə  çevrilibdir.  Bugünkü  forumun  ən  böyük  önəmi  və  deyə 

bilərəm  ki,  tarixi  nailiyyəti  ondadır  ki,  artıq  biz  öz 

fəaliyyətimizi birləşdiririk. Əminəm ki, bu gündən sonra türk və 

Azərbaycan  diaspor  təşkilatları  vahid  orqanizm  kimi 

çalışacaqlar.  Bütün  işlərdə  öz  fəaliyyətini  əlaqələndirəcək, 

bizimlə,  dövlətlərlə  məsləhətləşmələr  aparacaqlar.  Xarici 

siyasət  baxımından,  ictimai  proseslərin  inkişafı  baxımından 

daim bu əlaqələr olmalıdır. Düzdür, xaricdə yaşayan insanların 

böyük əksəriyyəti yaşadıqları ölkələrin vətəndaşlarıdır və bu da 

təbiidir.  Amma  onlar  türkdürlər,  azərbaycanlıdırlar  və  bizim 

millətə  xas  olan  vətənpərvərlik,  öz  vətəninə  bağlılıq,  öz  milli-

mənəvi  dəyərlərinə  olan  hörmətin,  ənənələrin  qorunması, 

əlbəttə ki, onların milli mənsubiyyətini qoruyub saxlayacaqdır. 

Bilirik  ki,  bəzi  hallarda  assimilyasiya  prosesləri    gedir.  Buna 

imkan  vermək  olmaz.  Biz  bunun  qarşısını  necə  ala  bilərik? 

Ancaq  vətənlə  güclü  əlaqələrin  saxlanması  ilə,  Türkiyədən, 

Azərbaycandan Avropaya və başqa ölkələrə mütəmadi qaydada 

heyətlərin – iş adamlarının, siyasətçilərin, parlament üzvlərinin, 

incəsənət xadimlərinin göndərilməsi ilə. Bu əlaqələr çox güclü 

olmalıdır  ki,  xaricdə  yaşayan  soydaşlarımız  öz  vətənləri  ilə 

əlaqələrini kəsməsinlər. Onların başqa ölkələrdə dünyaya gələn, 

yaşayan övladları, uşaqları, nəvələri də bizə bağlı olsunlar. Bu  

çox  ciddi  məsələdir  və  bunun  üzərində  biz  birgə  çalışmalıyıq. 

Əminəm  ki,  birgə  səylər  nəticəsində  biz  bütün  bu  məsələlərə 

nail olacağıq.  

Bizi  narahat  edən  problemlər  də  var.  İlk  növbədə,  bir  daha 

demək  istəyirəm  ki,  bizə  –  Türkiyəyə,  Azərbaycana  qarşı  çox 

mütəşəkkil,  böyük  maliyyə  imkanlarına  malik  olan  dünya 

erməni diasporu, erməni lobbisi işləyir.    




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə