İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə21/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   17   18   19   20   21   22   23   24   ...   115

 

67 


əməyi keçən, başda hörmətli prezident Əliyev olmaqla, hər kəsə 

bir daha təşəkkür edirəm. 

Türkiyə  ilə Azərbaycan arasındakı müstəsna əlaqələr siyasi, 

hərbi,  iqtisadi,  ticari,  sosial  və  bütün  digər  sahələrdə  özünü 

büruzə  verməkdə,  bölgənin  və  dünyanın  digər  dövlətlərinə  də 

örnək  olmaqdadır.  Mənbəyini  ortaq  keçmiş,  din  və  dil 

birliyindən  alan  dərin  əlaqələrimiz  günlər  keçdikcə 

ölkələrimizin beynəlxalq aləmdə daha güclü, regional inkişafda 

daha  çox  söz  sahibi  olmasına  gətirməkdədir.  Bir  millətin  iki 

dövləti  olan  Türkiyə  və  Azərbaycan  arasındakı  əlaqələrin 

memarlarından  olan  böyük  dövlət  və  siyasət  adamı  mərhum 

Heydər Əliyevi qarşınızda bir daha hörmət, ehtiram və rəhmətlə 

anıram. 

Hörmətli iştirakçılar! 

Dünyanın 118 ölkəsində 5 milyon Türkiyə vətəndaşı vardır. 

Bunların  böyük  hissəsi  60-cı  illərdə  işləmək  üçün  Avropa 

ölkələrinə  gedən  vətəndaşlarımızdan  və  onların    ailələrindən 

ibarətdir.  İlk  dəfə  işçi  statusu  ilə  əlaqədar  bu  ölkələrə  gedən 

türklərin  vəziyyəti    80-ci  illərdə  xüsusilə  fərqli  bir  şəkil 

almışdır.  Vətəndaşlarımız  getdikləri  yerlərdə  fəal  olmuş,  işçi 

olmaqdan  işverən  vəziyyətə  gəlmişlər.  Üçüncü  nəsil  isə  bu 

ölkələrdə doğulmuşlar. 

Yaşanan  sosial,  iqtisadi  və  siyasi  proseslər  nəticəsində 

«avropalı  türk»  adı  ortaya  çıxmışdır.  Artıq  bu  gün  yaşadıqları 

torpaqların  ayrılmaz  bir  parçası  halına  gələn,  bayaq  dediyim 

kimi,  işçi  statusundan  isverən  vəziyyətinə  qovuşan  türklər  çox 

önəmli  layihələri  uğurla  həyata  keçirirlər.  Avropada  80  min 

işverən  türk  30  milyard  avro  məbləğində  vəsaitlə  ümumilikdə 

420 min insanın dolanışığını təmin etməkdədir. Artıq yaşadıqları 

ölkələrin  vətəndaşlıqlarını  qazanan,  parlamentlərində  yer  alan 

türklər Avropanın qərarvermə mexanizmlərində önəmli mövqelərə 

sahib  olmaqdadırlar.  Yaşadıqları  ölkələrdə  siyasi,  iqtisadi  və 

mədəni  həyatda  getdikcə  fəal  iştirak  edən  türklər  Avropa  ilə 

Türkiyəni  bir-birinə  bağlayan  sağlam  dostluq  körpüsünü  təmsil 

etməklə, nəzərə alınan bir komandanı və önəmli bir potensialı əks 



 68 

etdirməkdədir.  Qabiliyyətinə  və  əzminə  böyük  inam  duyduğum 

türk  insanı  bütün  dünyada  əldə  etdiyi  uğurlarla,  sadəcə,  özlərinə  

deyil,  müştərək  məqsədlərimizin  gerçəkləşdirilməsinə  də  kömək 

göstərməkdədir. 

Dəyərli iştirakçılar! 

Azərbaycanın müstəqilliyə qovuşması ilə 70 illik həsrətimiz 

sona  çatmış,  iki  qardaş  dövlət  bir-biri  ilə  qucaqlaşmışdır.  Bu 

gün  iştirak  etdiyimiz  bu  forumun  sayəsində  isə  dünyanın 

müxtəlif ölkələrində  yaşayan  eyni  millətin övladları həmrəylik 

ruhu ilə bir araya gəlmiş və fəaliyyətlərində bir-birilərinə dəstək 

olmaq  yolunda  böyük  bir  addım  atmışlar.  Zamanımız 

həmrəylik,  əməkdaşlıq  dövrüdür.  Ortaq  dəyərlərimizin 

tanıdılmasında,  iqtisadi,  siyasi  potensiallarımızın  aşkara 

çıxarılmasında,  millətimizə  qarşı  yönəldilmiş  haqsızlıqların  və 

iftiraların  aradan  qaldırılması  işində  xalqlarımızın  üzərinə 

böyük rollar düşür. 

Türkiyə və Azərbaycan tarixlərinin ən çətin dövrlərində bir-

birinə  dəstək  olmağın  ən  gözəl  nümunələrini  göstərmişlər. 

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam 

Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını 

xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Eynilə 

Anadoluda qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan 

milli  mücadilə  həm  də  azərbaycanlı  qardaşlarımızdan  gələn 

maddi  və  mənəvi  yardımlar  nəticəsində  müvəffəqiyyət 

qazanmışdır.  Bunu  xüsusi  vurğulayıram.  Həm  də  qarşılıqlı 

olaraq  bu  yardım  və  dəstək,  sadəcə,  qardaşın  qardaşa  borc 

verməsi  kimi  yox,  yalnız  yardım  etmək  düşüncəsi  ilə 

göstərilmişdir.  Burada  Atatürkün  əlaqələrimizin  nümunəsini 

göstərən  sözlərini  bir  daha  təkrar  etmək  istəyirəm.  Az  öncə, 

dəyərli  qardaşım,  hörmətli  İlham  Əliyev  əslində  mənim 

düşündüklərimin  bir  çoxunu  söylədiyi  üçün  onları  təkrar 

etmirəm.  Ancaq  bəzilərini  təkrarlamaq,  yəni  Azərbaycan 

türkcəsindən 

Türkiyə 

türkcəsinə 

tərcümə 

etmək 


məcburiyyətindəyəm:  «Azəri  türklərinin  dərdləri  bizim 

dərdimiz,  sevincləri  bizim  sevincimiz  olduğu  üçün  onların 




 

69 


arzularına  çatmaları,  özgür  və  müstəqil  yaşamaları  bizi  çox 

sevindirir».  Bu  sözlər  bu  gün  də  eyni  gerçəkliyini  saxlayır. 

Böyük lider Heydər Əliyevin dediyi kimi, Türkiyə–Azərbaycan 

qardaşlığı əbədidir, sarsılmazdır! 

Azərbaycan  torpaqlarının  hələ  də  işğal  altında  qalması,  bir 

milyon  vətəndaşın  torpaqlarından  didərgin  düşməsi,  qaçqın  və 

məcburi köçkün vəziyyətində yaşaması Türkiyə xalqının qan axan 

yarasıdır. Keçən il ermənilər guya «referendum» keçirdilər. Dünya 

bunu qəbul etdimi?! Etmədi! Niyə? Ona görə ki, görülən iş saxta, 

yanlış,  yalan,  uydurma  idi  və  qəbulu  mümkün  deyildi.  Haqq, 

ədalət  nə  vaxtsa  öz  yerini  tapacaqdır.  Biz  buna  inanırıq. 

Ermənistanın  xüsusiyyəti  və  təəssüf  ki,  erməni  xalqının  da  bir 

qisminin, diasporunun xüsusiyyəti budur. Hazırda bunu bizə qarşı 

edirlər. Dünyada «erməni soyqırımı» kampaniyalarını harda keçi-

rirlər?!  Əlaqəsi  olmayan  ölkələrdə  lobbilər  yaradırlar,  oradakı 

parlamentdə tez-tələsik, yalandan «erməni soyqırımı» ilə  bağlı bir 

qərar çıxarırlar. Bunu kimsə qəbul etməz! Türkiyə və türklər heç 

vaxt  bunu  qəbul  etməz!  Beynəlxalq  hüququn  ən  təməl  prinsipləri 

olan  ölkələrin  ərazi  bütövlüyünün,  sərhədlərin  zorla  dəyişdiril-

məsinin  yolverilməzliyi  prinsiplərini  Ermənistanın  açıqca  poz-

masına  dünyanın  diqqətsizlik  göstərməsi  daha  üzüntülüdür.  Biz 

bunu görürük. Türkiyə və Azərbaycan bu günə qədər yaxşı və pis 

günlərində daim necə bir-birinin yanında olubsa, bundan sonra da 

bir-birinin yanında olacaqdır.  

Dəyərli  qardaşlarım,  bunu  açıqca  demək  istəyirəm  ki,  biz 

tarixi əks etdirən arxivlərimizi açdıq. Ermənistana dedik ki, siz 

də açın. Ücüncü ölkələrə müraciət etdik ki, siz də açın. Bu iş, 

birinci növbədə, siyasətçilərin işi deyildir. Tarixçilər araşdırsın, 

siyasət biliciləri, arxeoloqlar, hüquqşünaslar araşdırsınlar. Əgər 

burada  bir  haqsızlıq  varsa,  biz  lazım  olanı  edərik.  Amma  siz 

bunu  etməyə  hazırsınızmı?!  Hələ  də  cavab  yoxdur.  Çünki 

qarşılarına  Xocalı  qətliamı  çıxarılacaqdır.  Nə  deyəcəklər? 

Xocalı  qətliamı  dünənki  hadisədir.  Onlar  Osmanlı  dövrünü 

qarşımıza çıxarmağa çalışırlar. Olmayan hadisələri həqiqət kimi 

göstərməyə  cəhd  edirlər.  Ancaq  bunu  bizə  sübut  edə  bilmirlər 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə