İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə24/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   20   21   22   23   24   25   26   27   ...   115

 

77 


 

 

 

BAKIDA TÜRKİYƏ SƏFİRLİYİNİN YENİ 

BİNASININ AÇILIŞI MƏRASİMİNDƏ  

NİTQ



 



 

Bakı, Nəsimi rayonu 

 

9 mart 2007-ci il 

 

Martın  9-da  Bakının  Nəsimi  rayonunda  Türkiyə  Cüm-

huriyyətinin  ölkəmizdəki  səfirliyinin  yeni  binasının  təntənəli 

açılışı olmuşdur. 

Mərasimə toplaşanlar Azərbaycan prezidenti İlham Əliyevi, 

Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğanı,  Şimali  Kiprin 

lideri  Mehmet  Əli  Tələti  və  onların  xanımlarını  hərarətli 

alqışlarla qarşıladılar. 

Türkiyə  ilə  Azərbaycan  arasında  diplomatik  əlaqələr  ilk 

dəfə  Xalq  Cümhuriyyəti  dövründə  qurulmuş  və  səfirliklər 

fəaliyyət  göstərmişdir.  Azərbaycan  1991-ci  ildə  müstəqilliyini 

bərpa  etdikdən  sonra  onu  tanıyan  ilk  dövlət  Türkiyə  olmuş, 

Bakının  mərkəzində,  Xaqani  küçəsində  qardaş  ölkənin  səfirliyi 

fəaliyyətə başlamışdır. 2005-ci il iyunun 30-da prezident İlham 

Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə 

səfirliyinin yeni binasının təməli qoyulmuşdu. 

Mərasimin əvvəlində türk dünyasının görkəmli şəxsiyyətləri 

Mustafa  Kamal  Atatürkün  və  Heydər  Əliyevin,  şəhidlərin  əziz 

xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 

Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. 

 

 



--------------------------------- 

        


 

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu  mərasimdə 



çıxış etdi. 


 78 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi  

 

Əziz dostlar! 



Bacılar və qardaşlar! 

Bu  gün  çox  gözəl  bir  gündür.  Bu  gün  səhər  biz  birlikdə 

Türkiyə  və  Azərbaycan  diaspor  təşkilatlarının  I  forumunu 

keçirdik.  Forum  bizim  biliyimizin,  qardaşlığımızın  təntənəsi 

olmuşdur.  Forumda  səslənən  fikirlər,  deyilən  sözlər  hamısı 

ürəkdən  deyilən  səmimi  sözlərdir.  Əminəm  ki,  belə  tədbirin 

Bakıda  keçirilməsi  və  onun  nəticələri  bizim  aramızda  olan 

dostluq, qardaşlıq münasibətlərinin inkişafına çox böyük xidmət 

edəcəkdir.  

Türkiyə və Azərbaycan iki dost, qardaş ölkədir. Azərbaycan 

dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə bizi tanıyan 

ilk  dövlət  olmuşdur  və  bu  addımla  digər  ölkələrə  də  yol 

göstərdi.  Məhz  Türkiyə  dövlətinin  birinci  addımından  sonra 

Azərbaycanın  beynəlxalq  səviyyədə  tanınması  sürətlə  getdi. 

Azərbaycan xalqı bunu həmişə qiymətləndirir və həmişə yadda 

saxlayır.  

Mən  bu  gün  forumda  çıxış  edərkən  bir  məsələyə  də  to-

xundum və yada saldım. Bizim xaricdəki ilk nümayəndələrimiz 

məhz  xaricdə  fəaliyyət  göstərən  türk  səfirliklərində  işə 

başlamışdılar.  Başqa  hansı  ölkə  öz  səfirliyini  digər  ölkənin 

səfirliyinin  üzünə  açdı?!  Heç  bir  ölkə  bunu  etməzdi.  Yalnız 

qardaş ölkə, yalnız dost ölkə edərdi. Bu gün artıq Azərbaycanın 

onlarca müxtəlif ölkədə səfirlikləri fəaliyyət göstərir. Xaricdəki 

Türkiyə və Azərbaycan səfirlikləri də birgə fəaliyyət göstərirlər. 

Biz  xarici  ölkələrdə  olarkən  həmişə  bütün  tədbirlərdə  qardaş 

ölkənin  diplomatları  ilə  görüşürük.  Onlar  həmişə  bizim 

tədbirlərimizə gəlirlər və bizə dəstək verirlər.  

Yaranan yeni durum, əlbəttə ki, bizim ölkələrimizin iqtisadi 

və  siyasi  potensialının  təzahürüdür,  onu  göstərir.  Biz çox  şeyə 

qadirik və qısa müddət ərzində, cəmi 15 il ərzində iki ölkə bir-

birinə  çox  yaxın  oldu.  Bizim  xalqlarımız  əsrlər  boyu  birgə 

yaşamışlar,  əsrlər  boyu  bir-birinə  qardaş  demişlər.  Müstəqil 




 

79 


ölkə  kimi,  biz  sadəcə  15  ildir  fəaliyyət  göstəririk  və  tarix 

baxımından  çox  qısa  müddət  ərzində  böyük  uğurlar  əldə 

etmişik. Bizim təşəbbüsümüzlə bölgədə gedən nəhəng layihələr 

artıq reallığa çevrilibdir. Bizim siyasi iradəmiz əsasında Avropa 

üçün, bölgə üçün çox böyük əhəmiyyət kəsb edən məsələlər öz 

həllini  tapır.  Bizim  hərtərəfli  əməkdaşlığımız  xalqlarımız, 

ölkələrimiz üçün və bütün türk dünyasının inkişafı və birləşməsi 

üçün önəmlidir.   

Bugünkü  forumda  müxtəlif  ölkələrin  nümayəndələri,  o 

cümlədən  türk  dünyasının  nümayəndələri  iştirak  edirdilər.  Bu 

forum  bizi  daha  da  birləşdirir.  Belə  tədbirlərin  keçirilməsi  çox 

önəmlidir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri, 

türk  cəmiyyətlərinin  qurultayı,  dünya  azərbaycanlılarının 

qurultayları, Türkiyə, Azərbaycan diaspor təşkilatlarının forumu 

–  bütün  bu  hadisələr,  bütün  bu  tədbirlər çox  böyük  əhəmiyyət 

kəsb  edir.  Bizi  birləşdirir,  aramızda  olan  qardaşlığı  daha  da 

möhkəmləndirir. Bizim də arzumuz budur, istəyirik ki, Türkiyə 

ilə Azərbaycan bir-birinə  daha da yaxın olsunlar. Xalqlarımız 

daha da sıx əlaqədə olsunlar və bunu görəndə ürəyimiz sevinir.  

Bu  gün  gözəl  mərasimdə,  səfirliyin  gözəl  binasının  açılı-

şında  ürək  sözlərimi  sizinlə  paylaşmaq  istəyirəm.  Mən  çox 

xoşbəxtəm ki, bu səfirliyin açılışında əziz qardaşım, Türkiyənin 

Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğan  xanımı  ilə,  ailəsi  ilə  iştirak 

edir.  Biz  bir  ailəyik.  Xalqlarımız  da  bir  ailədir.  Xalqlara 

rəhbərlik  edən  insanlar  da  bir-birinə  qardaşdır,  dostdur.  Bu  da 

ölkələrimizin  inkişafında,  bütün  türk  dünyasının  birləşməsində 

çox  önəmli  rol  oynayır.  Əgər  son  illərin  hadisələrini  bir  daha 

təhlil  etsək  görərik  ki,  məhz  Türkiyə  və  Azərbaycan 

dövlətlərinin  təşəbbüsü  ilə  bütün  türk  dünyasının  birləşməsi 

prosesi  sürətlə  gedir.  Təşəbbüskarlar  məhz  bizik.  Bu 

təşəbbüsləri  biz  irəli  sürürük  və  beləliklə,  başqa  ölkələrdə 

yaşayan qardaşlarımızı da bu tədbirlərə dəvət edirik.  

Bu  gün  mənim  əziz  dostum,  qardaşım  Tayyib  bəy  bu 

səfirliyin yaranmasının tarixinə toxundu. Bunun çox gözəl tarixi 

var.  Mənim  atam,  ulu  öndər  Heydər  Əliyevin  tapşırığı  ilə  bu 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə