İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə26/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   22   23   24   25   26   27   28   29   ...   115

 

83 


materiallardan  istifadə  edilmişdir.  Səfirlik  inzibati,  konsulluq 

şöbəsi,  texniki  heyət  üçün  binalar,  sərgi  salonu,  qonaq  evi  və 

səfirin  iqamətgahı  olan  dörd  korpusdan  ibarət  kompleksdir. 

Kompleksin  inşasına  təqribən  6,5  milyon  dollar  vəsait  xərc-

lənmişdir.  

Prezident  İlham  Əliyev,  Baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan 

binaları gəzdilər, səfirliyin əməkdaşlarına uğurlar dilədilər.  

 

 



 

     



 84 

 

 



 

GÜRCÜSTANIN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ 

VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  

ZURAB QUMBERİDZE İLƏ  

GÖRÜŞ 

 

Prezident sarayı 



 

12 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  12-də  Prezident  sarayında  Gürcüstanın  ölkəmizdəki 

Fövqəladə və Səlahiyyətli səfiri Zurab Qumberidzeni diplomatik 

fəaliyyətinin başa satması ilə əlaqədar qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  Gürcüstan  arasında 

ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, 

ölkələrimizin qlobal enerji layihələrinin həyata keçirilməsində sıx 

əməkdaşlığını  vurğuladı.  Zurab  Qumberidzenin  ölkələrimiz 

arasında münasibətlərin gücləndirilməsi işinə töhfə verdiyini qeyd 

edən  prezident  İlham  Əliyev  Azərbaycan  və  Gürcüstanın  dostluq 

və əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə səfirin 

Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif  edildiyini 

bildirdi və ordeni ona təqdim etdi. 

Zurab  Qumberidze  Azərbaycan  Respublikasının  «Şöhrət» 

ordeni  ilə  təltif  olunmasından  qürur  hissi  keçirdiyini  qeyd  etdi. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə dəfələrlə 

görüşdüyünü  xatırladan  səfir  bundan  şərəf  duyduğunu  bildirdi. 

Diplomat  Azərbaycanda  işlədiyi  dövrdə  ona  və  səfirliyin  fəaliy-

yətinə  göstərilən  diqqətə  görə  Azərbaycan  hökumətinə  və  şəxsən 

prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Zurab Qumberidze 

gələcəkdə  harada  işləməsindən  asılı  olmayaraq,  Azərbaycan–

Gürcüstan  münasibətlərinin  inkişafı  üçün  həmişə  əlindən  gələni 

əsirgəməyəcəyini bildirdi. 


 

85 


 


 86 

 

 

 

PAKİSTAN İSLAM RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin  milli  bayramı  –  Pakistan  günü  münasibətilə 

Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan  və  Azər-

baycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Azərbaycan  ilə  Pakistan  arasındakı  dostluq  və  qardaşlıq 

münasibətləri  xalqlarımızın  iradəsindən  qaynaqlanır.  Əminəm 

ki,  qarşılıqlı  inam,  etimad  və  etibara  əsaslanan  münasi-

bətlərimizin,  istər  ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq 

qurumlar  çərçivəsində  əməkdaşlığımızın  inkişafı  üçün  birgə 

səylərimizi bundan sonra da əzmlə davam  etdirəcəyik. 

Belə  bir  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetir-

məkdən  məmnunluq  duyur,  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və rifah diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 12 mart 2007-ci il 



 


 

87 


 

 

 

YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ  

CƏNAB KAROLOS PARULİASA 

 

Hörmətli cənab Prezident! 



Yunanıstanın  milli  bayramı  –  Müstəqillik  günü  müna-

sibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. 

Əminəm  ki,  ölkələrimiz  arasındakı  dostluq  münasibətləri, 

qarşılıqlı  maraq  doğuran  əməkdaşlığımız  xalqlarımızın  mə-

nafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 

Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqına sülh 

və tərəqqi diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 12 mart 2007-ci il 



 

 

 


 88 

 

 

 

İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ  



ZATİ-ALİLƏRİ  

CƏNAB SUSİLO BAMBANQ YUDHOYONOYA 

 

Hörmətli cənab Prezident! 

Sumarta adasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı 

insan  tələfatı  və  dağıntılar  barədə  xəbər  məni  son  dərəcə 

kədərləndirdi. 

Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, zəlzələnin 

nəticələrinin 

tezliklə 

aradan 

qaldırılmasını 



arzulayır, 

yaralananlara şəfa diləyirəm. 

Bu  ağır  anlarda  Sizə,  həlak  olanların  ailələrinə  və  yaxın 

adamlarına,  bütün  İndoneziya  xalqına  dərin  hüznlə  başsağlığı 

verirəm. 

Allah rəhmət eləsin! 

 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 12 mart 2007-ci il 

 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə