İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə34/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   30   31   32   33   34   35   36   37   ...   115

 114 

sənayesi  əsasən  sərmayələr,  o  cümlədən  Azərbaycanın  öz 

şirkətlərinin sərmayələri hesabına 40 faiz artmışdır. 

Hazırda  müəssisələrimizin  dünyada  yaxşı  nüfuzu  var, 

maliyyə imkanları var və sərmayə yatırımı prosesi başlanmışdır. 

Ona  görə  də  bugünkü  səfər,  imzalanmış  sənədlər,  əminəm  ki, 

fəal  dialoqun  gələcəkdə  də  davam  etdirilməsi,  nümayəndə 

heyətləri  mübadiləsi  –  o  cümlədən  iqtisadi  sahədə  – 

vəsaitimizin Tacikistan iqtisadiyyatının hansı sektoruna yatırıla 

biləcəyi  barədə daha tam təsəvvür yaradacaqdır. Biz bunu çox 

diqqətlə  nəzərdən  keçiririk  və  əminəm  ki,  hörmətli  İmoməli 

Şaripoviçin  Azərbaycana  səfərinədək  bu    istiqamətdə  birgə 

fəaliyyətimizin əsas cizgiləri artıq görünəcəkdir. 

S  u  a  l  (Fərid  İsgəndərov,  Azərbaycanın  «Space»  tele-

şirkəti): Mən prezidentləri salamlayıram. Sualım həm Azər-

baycan  prezidentinə,  həm  də  Tacikistan  prezidentinədir. 

Lütfən  deyin,  iki  ölkə  arasında  humanitar,  mədəni 

əlaqələrin inkişaf perspektivləri necədir? 

İ  m  o  m  ə  l  i      R  ə  h  m  o  n:  Bu  gün  biz  geniş  tərkibdə 

görüşümüzdə də mədəni-humanitar sahədə əlaqələrin inkişafı, o 

cümlədən  Azərbaycanda  Tacikistan  mədəniyyəti  günləri  və 

Tacikistanda  Azərbaycan  mədəniyyəti  günləri  keçirilməsi 

məsələlərini  müzakirə  etdik.  Özü  də  təkcə  mədəniyyət 

günlərinin keçirilməsini deyil. Bu gün biz sənədlər imzaladıq və 

yaxşı  bünövrə,  sanballı  hüquqi  baza  yaratdıq.  Bu  gün  biz 

qapılarımızı açırıq – viza  rejimi haqqında saziş imzaladıq. Bu, 

yaxşı  perspektiv  açır.  Bu  gün  mən  hörmətli  və  əziz  dostum 

İlham  Heydəroviçə  məlumat  verdim  ki,  respublikanın  təşək-

külünün hətta ilk illərində, hələ keçmiş Sovet İttifaqı dövründə 

Azərbaycan ziyalılarının olduqca çox nümayəndəsi bu prosesdə 

iştirak edib, rəhbər vəzifələrdə, Tacikistan KP MK-nın katibləri 

olmuşlar.  Tacikistanın  birinci  Daxili  İşlər  naziri  məhz 

Azərbaycan diasporunun nümayəndəsi idi. İndi biz çox sanballı 

hüquqi  baza  yaratmışıq  və  iqtisadiyyatdan,  siyasi,  diplomatik 

fəaliyyətdən  tutmuş,  bütün  istiqamətlərdə,  bütün  sahələrdə 

inkişaf  başlandığını  bildirmişik.  Ticarət-iqtisadi  fəaliyyət 




 

115 


xüsusilə inkişaf edir, ildən-ilə artır. İnkişaf sürəti çox yüksəkdir 

– əmtəə dövriyyəsi hər il 25–30 faiz artır. O, ötən il 140 milyon 

dollardan  artıq  olmuşdur  ki,  bu  da  2005-ci  ildəkinə  nisbətən  2 

faiz  çoxdur.  Bu  gün  hər  iki  tərəf  mədəni-humanitar  əla-

qələrimizi inkişaf etdirmək niyyətində olduğunu təsdiqlədi. 

İ l h a m   Ə l i y e v: Əlavə etmək istərdim ki, biz əməkdaş-

lığımızın  iqtisadi  və  siyasi  sahələri  kimi,  bu  istiqamətinə  də 

ciddi  yanaşırıq.  Çünki  qeyd  olunduğu  kimi,  bizi  həm  də 

mədəniyyətlərin  ümumiliyi  birləşdirir.  Sovet  İttifaqının  tərki-

bində  olduğumuz  dövrdə  də  qarşılıqlı  əlaqələr  çox  fəal  idi. 

Xalqlarımızın humanitar sahədə qarşılıqlı əlaqələr çərçivəsində 

yaratdıqları  müsbət  nə  varsa,  hamısını  bu  gün  də  həyata 

keçirmişik  və  ümid  edirik  ki,  əlaqələrimiz  möhkəmlənəcək, 

inkişaf  edəcəkdir.  Bundan  ötrü  çox  sanballı  baza  var.  Yeri 

gəlmişkən,  ikitərəfli  münasibətlərimizin  əsasını  da  başlıca 

olaraq bu baza təşkil edir. Çünki böyük mədəni ümumilik olan 

ölkələrlə, xalqlarla ümumi dil tapmaq və  münasibətlər qurmaq 

həmişə  asandır.  Bizim  ənənələrdə  də,  ədəbiyyatda  da, 

incəsənətdə  də,  bütün  başqa  sahələrdə  də  ümumiliyimiz 

mövcuddur. Hətta bayramlarımız da eynidir.  

Bu  imkandan  istifadə  edərək  qardaş  tacik  xalqını  üzümüzə 

gələn  Novruz  bayramı  münasibətilə  təbrik  etmək,  hamıya 

firavanlıq, xoşbəxtlik və ölkənizə tərəqqi arzulamaq istərdim. 



S  u  a  l: (Zarohoddin  Sirocov,  Tacikistan):  Mənim  sualım 

Azərbaycan  Respublikasının  prezidentinədir.  Hörmətli 

İlham  Heydəroviç,  Tacikistanda  bir  sıra  işlənilməmiş  neft 

və qaz yataqları var. Azərbaycan isə bu sahədə böyük təcrü-

bəyə  malikdir.  Siz  bu  sahədə  inkişafın  mümkünlüyünə  və 

perspektivliyinə necə baxırsınız?  

İ l h a m   Ə l i y e v: Mən  əvvəldə bu suala cavab verdim. 

Biz  bütün  bunları  xaricdə  gerçəkləşdirilən  ciddi  investisiya 

layihələri  çərçivəsində  nəzərdən  keçiririk.  Artıq  ötən  ilin 

axırlarından  belə  layihələr  həyata  keçirilməyə  başlanmışdır. 

Azərbaycan  Dövlət  Neft  Şirkəti  keçmiş  İttifaqın  bəzi  res-

publikalarının  infrastrukturuna  on,  yüz  milyon  dollarlarla 




 116 

sərmayə  qoymuşdur.  Bu  proses  davam  edir.  Dediyiniz  kimi, 

bizim çox böyük təcrübəmiz var. Azərbaycan dünyada neftin ilk 

dəfə  sənaye  üsulu  ilə  çıxarıldığı,  eləcə  də  dünyada  ilk  dəfə 

dəniz yataqlarından neft çıxarıldığı ölkədir. Əlbəttə, bu, böyük 

təcrübədir,  üstəlik,  indi  onun  çox  ciddi  iqtisadi  kapitalı, 

milyardlarla dollar valyuta ehtiyatları olan dünyanın aparıcı neft 

şirkətləri ilə – dünyanın bütün aparıcı neft şirkətləri investorlar 

kimi 

Azərbaycandadır 



– 

əməkdaşlıq 

təcrübəsi 

ilə 


möhkəmləndiyi  bir  vaxtda  Tacikistanda  bir  sıra  layihələrdə 

birgə iştirak bizim üçün böyük maraq doğurardı. Amma bunun 

üçün təkcə xoş məram və niyyət azdır. Zənnimcə, əgər biz bunu 

daha  ətraflı  müzakirə  etsək,  onda  vəziyyətlə  daha  ətraflı  tanış 

olmaq  və  mümkün  əməkdaşlığın  yollarını  müəyyənləşdirmək 

üçün Azərbaycan neft sənayesinin ekspertlərindən ibarət nüma-

yəndə heyətinin Tacikistana göndərilməsindən danışmaq olar. 

S u a l (Zənurə Talıbova, Azərbaycanın «ANS» teleşirkəti)

Mənim  sualım  hər  iki  prezidentədir.  Sizcə  Azərbaycan 

prezidentinin  Tacikistana  rəsmi  səfəri  ölkələrimiz  arasında 

siyasi dialoq üçün nə kimi yeni imkanlar açır? 

İ m o m ə l i   R ə h m o n: Ölkələrimiz bir çox beynəlxalq 

və regional təşkilatların üzvüdür. Əvvəla, biz BMT-nin, ATƏT-

in, MDB-nin üzvüyük. Bu beynəlxalq təşkilatlarda uyğun gələn 

baxışlarımız,  müzakirə  və  qəbul  edilən  qərarlarımız  olduqca 

çoxdur. Yəni ölkələrimiz arasında siyasi əlaqələr, siyasi dialoq 

həm  ikitərəfli  formatda,  həm  də  beynəlxalq  təşkilatlar 

çərçivəsində  inkişaf  etdiriləcəkdir.  Biz  Azərbaycanın  mərhum 

prezidenti, uzun illər tanıdığımız və birlikdə işlədiyimiz Heydər 

Əliyeviçdən  həmişə  dəstək  alırdıq.  Heydər  Əliyeviç  bütün 

beynəlxalq  və  regional  təşkilatlarda  Tacikistanın  mövqeyini 

dəstəkləyirdi.  Düşünürəm  ki,  belə  ənənə  gələcəkdə  də  davam 

etdiriləcəkdir.  Biz  bir-birimizi  hər  vasitə  ilə  dəstəkləyəcəyik. 

Hər  vasitə  ilə  buna  çalışacağıq.  Bu  gün  biz  razılığa  gəldik  və 

mən  dostum  İlham  Heydəroviçin  Azərbaycana  rəsmi  səfər 

etmək  barədə  dəvətini  qəbul  etdim.  Çox  təəssüf  ki,  bütün  bu 

illər  ərzində  mən  Azərbaycanda,  Bakıda  olmamışam.  Odur  ki, 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə