İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə31/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   27   28   29   30   31   32   33   34   ...   115

 104 

xalqı  artıq  öz  müqəddəratını  təyin  etmişdir,  onun  Ermənistan 

dövləti var. Əgər Ermənistanın məntiqini götürsək, onda hər bir 

milli  azlıq  öz  müqəddəratını  təyin  edəcək  və  bununla  da 

ölkələrin  ərazi  bütövlüyünü  pozacaqdır.  Bunun  nəyə  gətirib 

çıxaracağı yaxşı məlumdur. Bu, fəlakətə gətirib çıxaracaqdır. 

 

Ona  görə  də  Azərbaycan  münaqişənin  sülh  yolu  ilə  həllinə 



tərəfdardır,  amma  məhz  beynəlxalq  hüququn  norma  və 

prinsipləri  əsasında.  Ermənistanın  işğalçı  qüvvələri  zəbt 

olunmuş  ərazilərdən  çıxarılmalıdır,  Dağlıq  Qarabağ  erməniləri 

isə  vahid  Azərbaycan  dövləti  çərçivəsində  yüksək  özünüidarə 

və muxtariyyət statusu ala bilərlər.  

 

Biz  MDB  çərçivəsində,  digər  beynəlxalq  təşkilatlar  çər-



çivəsində forumlarda tez-tez ünsiyyətdə olur, tez-tez görüşürük, 

İmoməli  Rəhmonla  bizim  aramızda  çox  yaxın,  çox  səmimi 

münasibətlər  yaranmışdır.  Mənim  buraya  səfərim,  ümidvaram, 

Tacikistan  prezidentinin  yaxın  vaxtlarda  cavab  səfəri 

əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. 

 

Təəssüf  ki,  müstəqillik  əldə  edildikdən  sonra  Tacikistanda 



da,  Azərbaycanda  da  xalqlarımız  daxili  münaqişələrdən, 

vətəndaş  müharibəsindən  çox  əziyyət  çəkdilər.  Biz  bunu  da 

yaşadıq, amma xoşbəxtlikdən bu o qədər də uzun sürmədi. Bu 

proses  sizdə  daha  sürəkli,  daha  qanlı  oldu  və  ölkənin  bərpası 

üçün  çox  böyük  səylər  göstərməli  oldunuz.  Bunu  necə  uğurla 

etməyiniz onu göstərir ki, rəhbərliyin siyasəti düzgündür, əhali 

tərəfindən  dəstəklənir.  Dostlarınız  və  qonşularınız  uğurlarınızı 

gördükdə sevinirlər. 

 

Belə  səmimi  qəbula  görə  Sizə  bir  daha  təşəkkür  etmək 



istəyirəm.  Tacikistanda  olmağıma  çox  şadam.  Ölkənizə  bu 

mənim  nəinki  ilk  rəsmi,  həm  də,  ümumiyyətlə,  birinci  səfə-

rimdir.  Ümidvaram  ki,  bundan  sonra  tez-tez  görüşəcək  və 

ünsiyyətdə  olacağıq.  Ümumi  bayramımız  –  Novruz  bayramı 

ərəfəsində  öz  adımdan  bütün  qardaş Tacikistan  xalqına  ən xoş 

arzularımı  yetirmək istəyirəm.  

 

* * * 



 

105 


 

Martın  15-də  Dövlət  İqamətgahında  geniş  tərkibdə  görüş 

başa  çatdıqdan  sonra  Azərbaycan  və  Tacikistan  arasında 

sənədlərin imzalanma mərasimi olmuşdur.  

 

Əvvəlcə  prezidentlər  İlham  Əliyev  və  İmoməli  Rəhmon 

Azərbaycan  Respublikası  ilə  Tacikistan  Respublikası  arasında 

dostluq və əməkdaşlıq haqqında müqaviləni imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «Azərbaycan  Respublikası  və 

Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-

gəlişi haqqında» sazişi Azərbaycanın Xarici İşlər naziri Elmar 

Məmmədyarov  və  Tacikistanın  Xarici  İşlər  naziri  Xamroxon 

Zarupov imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «İnvestisiyaların  təşviqi  və 

qarşılıqlı  qorunması  haqqında»  sazişi  Azərbaycanın  İqtisadi 

İnkişaf  naziri  Heydər  Babayev  və  «Tacikistan  Respublikası 

İnvestisiyalar  və  Dövlət  Əmlakının  İdarəolunması  üzrə  Dövlət 

Komitəsinin sədri Şərif Raximov imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «Ticarət-iqtisadi  əməkdaşlıq 

haqqında»  sazişi  Azərbaycanın  İqtisadi  İnkişaf  naziri  Heydər 

Babayev  və  Tacikistanın  İqtisadi  İnkişaf  və  Ticarət  naziri  Qu-

lomjon Boboyev imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «Beynəlxalq  avtomobil 

əlaqələri sahəsində əməkdaşlıq haqqında» sazişi Azərbaycanın 

Nəqliyyat  naziri  Ziya  Məmmədov  və  Tacikistanın  Nəqliyyat  və 

Kommunikasiyalar naziri Abdulraxim Aşurov imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «Mədəniyyət  və  incəsənət  sa-

həsində əməkdaşlıq haqqında» sazişi Azərbaycanın Mədəniyyət 


 106 

və  Turizm  naziri  Əbülfəs  Qarayev  və  Tacikistanın  Mədəniyyət 

naziri Mirzoşoxrux Asrorov imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının Hökuməti arasında «Gömrük işlərində əməkdaşlıq 

və qarşılıqlı yardım haqqında» sazişi Azərbaycan Dövlət Göm-

rük Komitəsinin sədri Aydın Əliyev və Tacikistan Hökuməti ya-

nında Gömrük Xidmətinin sədri Qurez Zaripov imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının Hökuməti arasında «Turizm sahəsində əməkdaşlıq 

haqqında»  sazişi  Azərbaycanın  Mədəniyyət  və  Turizm  naziri 

Əbülfəs Qarayev və Tacikistan Hökuməti yanında Gənclərin İşi, 

İdman  və  Turizm  Komitəsinin  sədri  Davlatali  Saidov  imza-

ladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «Standartlaşdırma,  metro-

logiya, sertifikasiya və akkreditasiya sahəsində əməkdaşlıq haq-

qında»  sazişi  Azərbaycanın  Standartlaşdırma,  Metrologiya  və 

Patent  üzrə  Dövlət  Agentliyinin  Baş  direktoru  Ramiz  Həsənov 

və 

Tacikistan 

Hökuməti 

yanında 

Standartlaşdırma, 

Metrologiya,  Sertifikasiya  və  Ticarət  Müfəttişliyi  Agentliyinin 

direktoru Davlatali Hotəmov imzaladılar.  

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının Hökuməti arasında «Dəmir yol nəqliyyatı sahəsin-

də əməkdaşlıq haqqında» sazişi Azərbaycanın Nəqliyyat naziri 

Ziya  Məmmədov  və  «Roxu  Oxanu  Tacikistan»  Dövlət  unitar 

müəssisəsinin sədri İmoməli Xokimov  imzaladılar. 

Azərbaycan  Respublikasının  Hökuməti  ilə  Tacikistan  Res-

publikasının  Hökuməti  arasında  «Hava  əlaqəsi  haqqında» 

sazişi  «Azərbaycan  Hava  Yolları»  Dövlət  Konserninin  Baş 

direktoru Cahangir Əsgərov və «Tacikeyr» Dövlət unitar avia-

siya müəssisəsinin Baş direktoru Xakimşo Tulloyev imzaladılar.  

 

    Tacikistanın Milli Tarix Muzeyi ilə tanışlıq 

 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə