İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə39/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   35   36   37   38   39   40   41   42   ...   115

 

131 


hərəkət zolağının eni 25,5 metr (hər birinin eni 12,75 metr olan 

ikiistiqamətli yol), hündürlüyü 5,5 metrdir. Ayırıcı zolağın eni 3 

metr, hər iki tərəfdə səkilərin eni 0,75 metrdir. Kənar yollar və 

digər yollarla 3 120 metr uzunluğunda bağlantılar inşa edilmiş-

dir. Tunelin istinad divarları ilə birlikdə uzunluğu 986 metrdir. 

Tikinti-quraşdırma işləri zamanı uzunluğu 16,20 metr olan 398 

ədəd  yığma  dəmir-beton  tirlər  quraşdırılmış,  1133  ədəd  dirək 

vurulmuşdur.  25  685  kubmetr  optimal  çınqıl  qarışığı,  18  115 

kubmetr  fraksiyalı  qırmadaş,  35  500  ton  asfalt-beton  və  12,1 

min  kubmetr  betondan  istifadə  edilmişdir.  Tunel  və  köməkçi 

yollarda  işıqlandırma,  ventilyasiya,  yanğından  təhlükəsizlik, 

siqnalizasiya,  rabitə  və  kamera  sistemləri  quraşdırılmışdır. 

Tikinti işləri zamanı 8 müxtəlif mühəndis-kommunikasiya xətləri 

köçürülmüşdür.  30  illik  inşaat  təcrübəsi  olan  Türkiyənin 

«Kolin» şirkəti tunelin tikintisini 10 aya başa çatdırmışdır.  

Azərbaycan  prezidenti  tunelin  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi, xatirə şəkli çəkdirdi və piyada gəzərək tunellə tanış oldu.  

* * * 


 

Sonra  prezident  İlham  Əliyev  tunelin  üzərində  salınmış 

parkla tanış oldu.  

Paytaxt  sakinlərinin  asudə  vaxtlarını  səmərəli  keçirməsi 

üçün  yaradılmış  istirahət  guşəsi  şəhərimizə  xüsusi  yaraşıq  ve-

rir. Burada hər cür rahatlıqla yanaşı, texniki təhlükəsizliyə nə-

zarət  etmək  üçün  bütün  imkanlar  yaradılmışdır.  Belə  ki,  hərə-

kətə və tunelin fəaliyyətinə daimi nəzarət kameraları, fövqəladə 

hallarda  polis,  yanğından  mühafizə  və  səhiyyə  xidmətləri  ilə 

dərhal  əlaqə  yaratmaq  üçün  xüsusi  qurğular  quraşdırılmış  və 

nəzarət otağı tikilmişdir. İşıqlandırma sistemləri, əkilmiş ağac-

lar və dekorativ bitkilər buraya gözəl görkəm vermişdir.  

Paytaxtın  şimal  qapısında  salınan  parkın,  yol  qovşağının 

istifadəyə  verilməsi  Novruz  ərəfəsində  gözəl  bayram  hədiy-

yəsidir.  

 

* * * 



 


 132 

Prezident  İlham  Əliyev  Tbilisi  prospekti  ilə  Cavad  xan 

küçəsinin  kəsişməsində,  metronun  «20  Yanvar»  stansiyasının 

yaxınlığında inşa olunacaq tunelin sxemi ilə tanış oldu.  

Nəqliyyat  naziri  Ziya  Məmmədov,  «Azəryolservis»  Açıq 

Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verdilər ki, 

burada nəqliyyatın gediş-gəlişinin asanlaşdırılması üçün tədbirlər 

görülür.  Artıq  körpü  tikilmişdir,  tunel  də  çəkiləcəkdir.  Mətbuat 

prospektindən  mikrorayonlara hərəkət edən nəqliyyat vasitələri bu 

tuneldən  keçəcəkdir.  Layihədə  müəyyən  dəyişiklik  edilmiş, 

piyadalar  üçün  keçidlər  planlaşdırılmışdır.  İşlər  bayramdan 

dərhal sonra başlanacaq,  ümumi yol qovşağının tikintisinin ikinci 

mərhələsi  çərçivəsində  yerinə  yetiriləcəkdir.  Tbilisi  prospekti  və 

Cavad  xan  küçəsindəki  müxtəlif  səviyyəli  yol  qovşağı    ikinci 

mərhələdə inşa olunacaq və bütövlükdə, ölkəmizdə ən uzun qovşaq 

olacaqdır. 

Bu ərazidə metrodan istifadə edənlərin və digər sərnişinlərin 

rahatlığı 

üçün 

mikroavtobusların 

xüsusi 

dayanacağı 

yaradılacaqdır.  Tunel  bu  ilin  oktyabrında  istismara  hazır 

olacaq və beləliklə, bu ərazidə tıxac problemi tamamilə aradan 

qaldırılacaqdır.     

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, 

bu əzəmətli yol qovşağının müasir standartlara cavab verdiyini, 

ən  yüksək  texnologiyanın  tətbiq  edildiyini,  görünüşünün  çox 

gözəl  olduğunu  vurğuladı.  Dövlətimizin  başçısı  tikinti  işlərini 

yüksək  səviyyədə  apardıqlarına  görə  inşaatçılara  və 

sifarişçilərə  təşəkkürünü  bildirdi,  müxtəlif  istiqamətlərdə 

salınan  yeni  yolların  sxemlərinə  baxdı,  nəqliyyat  vasitələrinin 

hərəkətinin  asanlaşdırılması,  tıxacların  aradan  qaldırılması 

məqsədi  ilə  bundan  sonra  da  tədbirlərin  görüləcəyini  söylədi, 

lazımi tövsiyə və tapşırıqlarını verdi.  


 

133 


 

 

 



DAXİLİ İŞLƏR NAZİRLİYİNİN HOSPİTALININ 

YENİ BİNASININ TƏMƏLQOYMA 

MƏRASİMİNDƏ 

 

Bakı, Nərimanov rayonu 

 

19 mart 2007-ci il 

 

Martın  19-da  Bakının  Nərimanov  rayonu  ərazisində, 



Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına 

hospitalının  yeni  binasının  təməlinin  qoyulması  münasibətilə 

mərasim keçirilmişdir. 

Azərbaycan  prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyev 

mərasimdə iştirak etmişdir. 

Daxili  İşlər  naziri,  general-polkovnik  Ramil  Usubov  dövlə-

timizin  başçısına  raport  verdi.  Hospitalın  kollektivi  prezident 

İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladı. 

Dövlətimizin başçısı inşa olunacaq yeni binanın layihəsi ilə 

tanış oldu. 

Məlumat  verildi  ki,  ərazinin  ümumi  sahəsi  3  hektar,  tikin-

tinin  sahəsi  isə  2602  kvadratmetrdir.  Beşmərtəbəli  binanın 

sahəsi  14920  kvadratmetr  olacaqdır.  İnşaat  işlərini  «Vayzer 

Konstrukşion» tikinti şirkəti yerinə yetirəcəkdir. 320 çarpayılıq 

hospitalda  50  çarpayılıq  terapiya  şöbəsi,  50  çarpayılıq 

kardiologiya  şöbəsi,  stomatoloji  cərrahiyyə  bölməsi  və  ümumi 

cərrahiyyə,  nevrologiya  şöbələri,  ümumi  travmalar  bölməsi  və 

travmatologiya,  uronefroloji,  hemodializ,  endokrinologiya, 

oftalmologiya  və  otolorinqologiya  şöbələri  fəaliyyət  göstərə-

cəkdir.  Hospitalda ortopedik travmatoloji,  ixtisaslaşdırılmış və 

endoskopik  əməliyyat  otaqları,  reanimasiya,  intensiv  terapiya, 

reabilitasiya  və  fizioterapiya  müalicə  şöbələri,  şüa  diaqnos-

tikası, endoskopiya şöbələri, ultrasəs müayinəsi, qastroskopiya, 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə