İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə47/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   43   44   45   46   47   48   49   50   ...   115

 160 

Hazırda  Azərbaycan  Respublikası  ərazisinin  20  faizi  erməni 

hərbçilərinin işğalı altındadır. 

Azərbaycan  hökuməti  və  vətəndaşları,  xaricdə  yaşayan 

soydaşlarımız    qarşısında  bu  gün  bir-biri  ilə  sıx  bağlı  olan  iki 

mühüm  vəzifə  durur:  ərazilərimizin  işğaldan  azad  olunmasına, 

məcburi  köçkünlərin  öz  doğma  yerlərinə  qaytarılmasına  nail 

olmaq  və  azərbaycanlıların  soyqırımı  haqqında  həqiqətləri 

dünya  ictimaiyyətinə  çatdırmaq,  hiyləgər  erməni  təbliğatının  

saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı 

Ermənistana  qarşı  siyasi,  hüquqi,  iqtisadi,  ideoloji  təzyiq 

vasitələrindən  istifadə  etməli,  bütün  daxili  və  xarici 

imkanlardan  bəhrələnməliyik.    Ermənistan  iqtisadi  və  hərbi 

potensial  baxımından  bizimlə  rəqabət  aparmaq  gücündə 

deyildir.  Beynəlxalq  təşkilatlarda,  dünya  parlamentlərində 

Azərbaycan  həqiqətləri  getdikcə  daha  çox  təsdiqini  tapır, 

Ermənistan  işğalçı  dövlət  adlandırılır,  ondan  qəsb  etdiyi 

əraziləri azad etmək tələb olunur. 

Lakin nəzərə almalıyıq ki, qarşımızda ideoloji təxribatlar və 

dezinformasiya sahəsində «zəngin təcrübəyə», bir sıra ölkələrdə 

təsirli lobbiyə və mütəşəkkil diaspora malik olan rəqib dayanır. 

Erməni  şovinist  millətçiləri  öz  məqsədlərinə  çatmaq  üçün  heç 

bir  çirkin  vasitədən  çəkinmir,  diqqəti  işğal  faktından 

yayındırmaq  üçün  daim  yeni  saxta  ideyalar  uydururlar. 

İnformasiya  və  əks-təbliğat  işimizi  quran  zaman  bu  amilləri 

nəzərə  almalıyıq.  Müxtəlif  ölkələrdə  soydaşlarımızın  keçirdiyi 

tədbirlər  daha  əzəmətli  və  davamlı  olmalı,  dünya 

ictimaiyyətinin  və  siyasi  dairələrin  diqqətini  cəlb  etməlidir. 

Həm  də  bu  işlər  türk  və  bizimlə  həmrəy  olan  digər  diaspor 

təşkilatlarının  fəaliyyəti  ilə  əlaqələndirilməlidir.  Bu  günlərdə 

Bakıda  keçirilən  Azərbaycan  və  türk  diaspor  təşkilatlarının  I 

forumu göstərdi ki, biz birgə  fəaliyyət göstərdikdə daha güclü 

oluruq. 

Əminəm ki, insanlarımızın vətənpərvərliyi, mütəşəkkilliyi və 

Azərbaycan rəhbərliyinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi 

sayəsində  biz  qarşımızda  duran  bütün  problemlərin  həllinə,  o 




 

161 


cümlədən  ərazi  bütövlüyü  və  suverenliyimizin  bərpasına, 

xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa 

xalqlara  düşmənçilik  və  nifrət  ideologiyasının  daşıyıcılarının 

ifşa edilməsinə nail olacağıq. 

Əziz həmvətənlər! Hörmətli soydaşlar! 

Bu  kədərli  anım  günlərində  soyqırımı  qurbanlarının  əziz 

xatirəsini  dərin  hüzn  və  ehtiramla  yad  edir,  Allahdan  onlara 

rəhmət, xalqımıza rifah və səadət diləyirəm. 

 

İLHAM ƏLİYEV 

 

Azərbaycan Respublikasının Prezidenti 



 

Bakı, 29 mart 2007-ci il 




 162 

 

 

 

POLŞA RESPUBLİKASININ PREZİDENTİ  

LEX KAÇİNSKİNİN AZƏRBAYCANA  

RƏSMİ SƏFƏRİ  

 

30 mart 2007-ci il 



 

Martın  30-da  Polşa  Respublikasının  Prezidenti  Lex 

Kaçinski Azərbaycana ikigünlük rəsmi səfərə gəlmişdir. 

Azərbaycanın  və  Polşanın  Dövlət  bayraqları  ilə  bəzədilmiş 

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanında  ali  qonağın 

şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Polşa  dövlətinin  başçısını  və  xanımını  təyyarənin  pilləkəni 

yanında  Azərbaycanın  Baş  naziri  Artur  Rasizadə,  Xarici  İşlər 

naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar. 

Milli  geyimli  uşaqlar  Polşa  prezidentinə  və  xanımına  gül 

dəstəsi təqdim etdilər. 

Prezident  Lex  Kaçinski  və  Baş  nazir  Artur  Rasizadə  hava 

limanının  ali  qonaqlar  salonunda  qısa  protokol  söhbəti  ke-

çirdilər. 

 

* * * 


 

Martın  30-da  Prezident  sarayında  Polşa  prezidenti  Lex 

Kaçinskinin rəsmi qarşılanma mərasimi olmuşdur. 

Sarayın  qarşısındakı  rəsmi  qarşılanma  mərasimlərinin  ke-

çirildiyi  və  hər  iki  ölkənin  Dövlət  bayraqlarının  dalğalandığı 

meydanda  ali  qonağın  şərəfinə  Fəxri  qarovul  dəstəsi  düzül-

müşdü. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyevə raport verdi. 

Azərbaycan dövlətinin başçısı İlham Əliyev Polşa prezidenti 

Lex Kaçinskini səmimiyyətlə qarşıladı. 


 

163 


Fəxri  qarovul  dəstəsinin  rəisi  Polşa  prezidentinə  raport 

verdi. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında 

Polşanın və Azərbaycanın Dövlət himnləri səsləndi. 

Dövlət  başçıları  Fəxri  qarovul  dəstəsinin  qarşısından  keç-

dilər. Polşa prezidenti Azərbaycan əsgərlərini salamladı. 

Azərbaycan  dövləti  və  hökumətinin  rəsmi  şəxsləri  Polşa 

prezidenti  Lex  Kaçinskiyə,  Polşa  nümayəndə  heyətinin  üzvləri 

Azərbaycan prezidenti İlham Əliyevə təqdim edildi. 

Dövlət başçıları Prezident sarayında rəsmi şəkil çəkdirdilər. 

 

* * * 


 

Polşa Respublikasının Prezidenti Lex Kaçinski martın 30-da 

Fəxri xiyabana gəlmişdir. 

Burada  ali  qonağı  və  nümayəndə  heyətinin  üzvlərini  Azər-

baycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhər 

İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi 

şəxslər qarşıladılar. 

Polşanın  dövlət  başçısı  türk  dünyasının  görkəmli  oğlu, 

ümummilli  lider    Heydər  Əliyevin  xatirəsini  ehtiramla  anaraq 

məzarı önünə əklil qoydu. 

Polşa prezidentinin xanımı Mariya Kaçinska görkəmli oftal-

moloq  alim,  akademik  Zərifə  xanım  Əliyevanın  məzarı  üstünə 

gül dəstəsi qoydu. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi. 

 

* * * 


 

 Polşa  prezidenti  Lex  Kaçinski  martın  30-da  Şəhidlər 

xiyabanını ziyarət etmişdir. 

Polşanın  dövlət  başçısını  və  nümayəndə  heyətinin  üzvlərini 

Azərbaycan  Xarici  İşlər  nazirinin  müavini  Xələf  Xələfov,  Bakı 

Şəhər İcra  Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və di-


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə