İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə46/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   42   43   44   45   46   47   48   49   ...   115

 156 

 

 



 

ABŞ-ın ATƏT-dəki SƏFİRİ CULİ FİNLİNİN 

RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı 

 

29 mart 2007-ci il   

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın 29-da Prezident sarayında ABŞ-ın ATƏT-dəki səfiri Culi 

Finlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.    

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  ATƏT  arasındakı 

əməkdaşlığın  səviyyəsindən  razı  qaldığını  bildirdi.  Prezident 

İlham  Əliyev  bu  səfərin  ölkəmizlə  təşkilat  arasında  əlaqələrin 

gələcək  perspektivlərini  müzakirə  etmək  üçün  yaxşı  imkan 

yaratdığını qeyd etdi.  

Culi  Finli  ölkəmizə  ilk  dəfə  səfər  etməkdən  böyük  məm-

nunluq duyduğunu bildirdi. O, səfərində məqsədin Azərbaycan–

ATƏT  əməkdaşlığına  dair  geniş  məlumat  almaqdan  və  bu 

əməkdaşlıqla  bağlı  Azərbaycan  prezidenti  ilə  fikir  mübadiləsi 

aparmaqdan  ibarət  olduğunu  söylədi.  Qonaq  Azərbaycanın 

ATƏT  ilə əməkdaşlığın  bir  sıra  sahələrində,  o  cümlədən  insan 

alverinə  qarşı  mübarizə  sahəsində  böyük  uğurlar  əldə  etdiyini 

vurğuladı.  


 

157 


 

 

 



QIRĞIZISTANIN MÜDAFİƏ NAZİRİ  

İSMAİL İSAKOVUN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

29 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın 29-da Prezident sarayında Qırğızıstanın Müdafiə naziri 

İsmail  İsakovun  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Azərbaycan–Qırğızıstan  münasibətlərinin  uğurla  inkişaf 

etdiyini  vurğulayan  dövlətimizin  başçısı  ölkələrimiz  arasında 

bütün istiqamətlərdə əlaqələrin genişlənməsi zərurətini bildirdi. 

Prezident  İlham  Əliyev  Qırğızıstanın  Müdafiə  nazirinin 

Azərbaycana  səfərinin  ikitərəfli  münasibətlərin,  o  cümlədən 

müdafiə sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcə-

yinə əminliyini ifadə etdi.  

Qırğızıstanın  Müdafiə  naziri  İsmail  İsakov  prezident  İlham 

Əliyevə  Qırğızıstan  prezidenti  Kurmanbek  Bakiyevin  salam-

larını  çatdırdı.  O,  Azərbaycana  səfəri  zamanı  ölkələrimizin 

Müdafiə  nazirlikləri  arasında  əlaqələrin  perspektivlərinin 

müzakirə edildiyini vurğuladı.  

Prezident  İlham  Əliyev  Qırğızıstan  prezidenti  Kurmanbek 

Bakiyevin  salamlarına  görə  minnətdarlığını  bildirdi  və  özünün 

də salamlarının ona çatdırılmasını xahiş etdi.  


 158 

 

 



 

ABŞ-ın «BECHTEL CORPORATİON» 

ŞİRKƏTİNİN BAŞ VİTSE-PREZİDENTİ VƏ 

AVROPA, AFRİKA, YAXIN ŞƏRQ, CƏNUB-QƏRBİ 

ASİYA REGİONLARI ÜZRƏ 

PREZİDENTİ ÇARLZ REDMAN  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

29 mart  2007-ci il 

  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  29-da  Prezident  sarayında  ABŞ-ın  «Bechtel  Cor-

poration» şirkətinin Baş vitse-prezidenti və Avropa, Afrika, Ya-

xın  Şərq,  Cənub-Qərbi  Asiya  regionları  üzrə  prezidenti  Çarlz 

Redmanı qəbul etmişdir.   

Çarlz  Redman  Azərbaycanda  iqtisadi  sahədə  çox  böyük 

uğurların  əldə  edildiyini  vurğulayaraq,  təmsil  etdiyi  şirkətin 

ölkəmizlə  əməkdaşlığa  böyük  maraq  göstərdiyini  bildirdi.  O, 

səfəri zamanı bu əməkdaşlığın gələcək perspektivlərinin konkret 

istiqamətləri barədə səmərəli müzakirələr apardığını söylədi.  

Dövlətimizin  başçısı  Azərbaycanın  bütün  digər  sahələrlə 

yanaşı,  iqtisadi  sahədə  də  sürətli  inkişafa  nail  olduğunu  bil-

dirdi.  Prezident  İlham  Əliyev  xarici  şirkətlərin  Azərbaycanda 

səmərəli  fəaliyyəti  üçün  hər  cür  şəraitin  yaradıldığını  və 

ölkəmizin bu sahədə yaxşı təcrübəyə malik olduğunu vurğuladı.  


 

159 


 

 

 



31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI 

GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN 

XALQINA MÜRACİƏT 

 

Əziz həmvətənlər! 



Hörmətli soydaşlar! 

31  Mart  –  Azərbaycanlıların  soyqırımı  günü  ümummilli 

liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə  1998-ci  ildən  bəri 

Azərbaycan  Respublikasında  hər  il    dövlət  səviyyəsində  qeyd 

edilir.  Bu  tarix  bilavasitə  1918-ci  il  martın  sonunda  erməni 

silahlı  birləşmələrinin  azərbaycanlılara  qarşı  törətdiyi  qırğınlar 

və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki 

yüz  ilə  yaxın  bir  müddətdə  erməni  millətçilərinin  xalqımıza 

qarşı  hərbi,  siyasi,  ideoloji  və  başqa  vasitələrlə  yürütdüyü 

siyasətin  məqsədi  azərbaycanlıları  öz  doğma  torpaqlarından 

sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər 

ələ  keçirmək,  mifik  «böyük  Ermənistan»  dövləti  yaratmaq  idi. 

XIX  əsrin  əvvəllərində  Qarabağa  və  Zəngəzura  İrandan  və 

Osmanlı  imperiyasından  çoxlu  sayda  erməni  ailələrinin 

köçürülməsi,  1905-ci  və  1918-ci  illərdə  erməni  hərbi 

dəstələrinin  Qafqazın  müxtəlif  bölgələrində  həyata  keçirdiyi 

kütləvi  qətllər  və  talanlar,  1948–53-cü  illərdə  soydaşlarımızın 

Ermənistan  Respublikası  ərazisindəki  ata-baba  yurdlarından 

deportasiya edilməsi, 1988-ci ildən  başlayaraq Dağlıq Qarabağı 

Azərbaycandan  qoparmaq  məqsədi  güdən  genişmiqyaslı 

müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci 

ilin  Xocalı  faciəsi  –  bunlar  təcavüzkar  erməni  millətçilərinin 

azərbaycanlılara qarşı planlı surətdə  həyata keçirdiyi soyqırımı 

siyasətinin  qanlı  səhifələridir.  Bu  məkrli  siyasət  nəticəsində 

tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən 

qəsb  edilmiş,  yüz  minlərlə  soydaşımız  qaçqın  və  məcburi 

köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur. 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə