145
ZƏMANƏMİZİN GÖRKƏMLİ MUSİQİÇİSİ VƏ
İCTİMAİ XADİMİ MSTİSLAV LEOPOLDOVİÇ
ROSTROPOVİÇƏ
Hörmətli Mstislav Leopoldoviç!
Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə
xoşbəxtlik, cansağlığı və bənzərsiz fəaliyyətinizdə uğurlar
arzulayıram.
Sizin sənətiniz violonçel ifaçılığı tarixində yeni bir dövr
açmışdır. Yaradıcılığınızı tədqiq edənlər xüsusi vurğulayırlar ki,
ifanızda nəinki bütünlüklə dünya violonçel musiqisinin
repertuarı, eləcə də Sizin üçün bəstələnmiş yüzdən artıq əsər
səslənmişdir. Hazırda dünyanın müxtəlif guşələrindəki istedadlı
və gənc violonçelçalanları bir araya gətirən ən nüfuzlu
müsabiqənin şərəfinizə keçirilməsi vurğunu olduğunuz çalğı
aləti haqqında mövcud təsəvvürləri dəyişə bilməyinizin bariz
göstəricisidir.
Dirijor kimi fəaliyyətiniz müasir musiqi sənətini özünə-
məxsus duyumunuzun təzahürüdür. Dünyanın ən tanınmış
simfonik orkestrləri ilə çıxışlarınızla Siz incəsənət xəzinəsinə
dəyərli töhfələr bəxş etmisiniz. Mötəbər teatrlarda klassik və
müasir musiqi incilərinin səhnə təcəssümü ilə bağlı layihələriniz
də Sizə böyük şöhrət qazandırmışdır.
Totalitarizmə qarşı atdığınız addımlar, Berlin divarı və
Moskvada parlament binası önündəki çıxışlarınız siyasi fəaliy-
yətinizin yaddaqalan nümunəsi olmuş və XX əsrin tarixinə aid
dərsliklərə daxil edilmişdir. Əldə etdiyiniz uğurları bəşər
övladının mənafeyi naminə yönəltməyiniz yalnız Sizə xas olan
xüsusiyyətlərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanda
mədəniyyət, təhsil və səhiyyə sahələrində gördüyünüz
xeyriyyəçilik işləri bunu bir daha təsdiq edir.
146
İnanıram ki, yaradıcılığınızı səciyyələndirmək cəhdi bütün
hallarda ifadəsi qeyri-mümkün olan ucsuz-bucaqsız bir aləmi
anlatmaq istəyindən başqa heç nə olmayacaqdır. Sizin
fəaliyyətiniz, şübhəsiz, elə bir fenomendir ki, onu həm musi-
qiçilər, həm də siyasətçilər zaman keçdikcə dərk edəcəklər.
Yalnız onu deyə bilərəm ki, şəxsən mənim üçün Sizinlə hər
ünsiyyətim hamını təkrarsız şəxsiyyəti, müdrikliyi, cazibəsi və
iti zəkası ilə heyran edən qeyri-adi bir insanın dünyasına nüfuz
etmək imkanıdır. Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr
edilmiş Bakı festivalı günlərindəki son görüşümüz zamanı mən
buna bir daha əmin oldum.
Azərbaycanda musiqi mədəniyyətinin inkişafı naminə
etdiklərinizi olduqca yüksək qiymətləndirirlər. Bakıda Sizinlə
görüşmək fürsəti tapan hər kəs qeyd edir ki, musiqiləriniz
müxtəlif səs yazılarında nə qədər gözəl səslənsə də, canlı ifanız
onun təsir gücünü daha da artırır. Bütün həmyerliləriniz
əmindirlər ki, konsertlərinizdə, ustad dərslərinizdə və ya Sizinlə
istənilən görüşdə yaratdığınız heyrətamiz ab-hava hər şeyi
kökündən dəyişdirməyə qadirdir.
Unudulmaz Heydər Əliyevlə Sizi dərin dostluq telləri
bağlayırdı. Filarmoniyada onun xatirəsinə ithaf etdiyiniz
musiqinin səsləndiyi konsert bizim yaddaşımızdan heç zaman
silinməyəcəkdir.
Siz tərcümeyi-halı, həyat yolu Bakı şəhərindən başlayan bir
dünya vətəndaşısınız. Bu gün ev-muzeyinizin yerləşdiyi bu
şəhər həm də sadəcə olaraq, Sizin evinizdir. Bu doğma evinizdə
gözəl insan kimi daim yolunuzu gözləyir, dahi musiqiçi kimi
Sizi sevir və görkəmli ustad-müəllim kimi şəxsiyyətinizə
pərəstiş edirlər.
Ən səmimi və xoş arzularla, Sizin
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 mart 2007-ci il
147
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN
MSTİSLAV ROSTROPOVİÇİN
80 İLLİYİ ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ
RƏSMİ QƏBULDA İŞTİRAK ETMƏK
ÜÇÜN MOSKVAYA SƏFƏRİ
27 mart 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dünya şöhrətli musiqiçi və dirijor, maestro Mstislav Rostro-
poviçin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək
üçün martın 27-də Moskvaya yola düşmüşdür.
Azərbaycan prezidentini Heydər Əliyev adına Beynəlxalq
Hava Limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra
Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Ha-
kimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
* * *
Azərbaycan prezidenti İlham Əliyev həmin gün Moskvaya
gəlmişdir.
Vnukovo hava limanında Azərbaycan dövlətinin başçısını və
xanımını Rusiya XİN-in yüksək vəzifəli nümayəndələri və digər
rəsmi şəxslər qarşıladılar.
* * *
Martın 27-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva zəmanəmizin görkəmli musiqiçisi və dirijoru,
həmyerlimiz Mstislav Rostropoviçin 80 illiyi şərəfinə Rusiya
prezidenti Vladimir Putin tərəfindən Dövlət Kreml sarayında
təşkil olunmuş rəsmi qəbulda iştirak etmişlər.