İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə40/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   36   37   38   39   40   41   42   43   ...   115

 134 

bronxoskopiya 

kabinetləri,  mərkəzi  kliniki  diaqnostika 

laboratoriyası  və  aptek  olacaqdır.  Kompleksin  gələn  il  isti-

fadəyə verilməsi nəzərdə tutulmuşdur. 

Prezident İlham Əliyev hospitalın maketinə baxdı, gələcəkdə 

onun ən müasir avadanlıqla təmin olunacağını söylədi. 

Dövlətimizin başçısı dəmir gilizi binanın təməlinə qoydu və 

beton qarışığı tökdü. 

Səhiyyə sahəsində göstərilən diqqət və qayğıya görə minnət-

darlıq edən tibb işçiləri prezident İlham Əliyevi alqışlarla yola 

saldılar. 

 



 

135 


 

 

 



RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ 

CƏNAB VLADİMİR PUTİNƏ 

 

 

Hörmətli Vladimir Vladimiroviç! 



Krasnodar  diyarında  ahıllar  evindəki  yanğın  və  Ke-

merovo  vilayətində  «Ulyanovskaya»  şaxtasındakı  partlayış 

nəticəsində  çoxsaylı  insan  tələfatı  haqqında  xəbər  məni  son 

dərəcə kədərləndirdi. 

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak 

olanların  doğmalarına  və  yaxınlarına,  bütün  Rusiya  xalqına 

dərin hüznlə başsağlığı verirəm. 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 20 mart 2007-ci il 




 136 

 

 



 

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ  

ÜMUMXALQ ŞƏNLİYİNDƏ NİTQ 

 

21 mart 2007-ci il 

    

 

Doğma  Azərbaycanımızın  hər  yerində  xalqımız  qədim  el 



bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə 

qarşılayır.  Azərbaycan  prezidentinin  Novruz  bayramı  mü-

nasibətilə  xalqımıza  təbrikində  deyildiyi  kimi,  bu  əziz  bayramı 

müstəqil  Azərbaycanın  vətəndaşları  ilə  birlikdə  müxtəlif  xarici 

ölkələrdə  yaşayan  soydaşlarımız  da  böyük  sevinc  və  fərəhlə 

qeyd edirlər. Dünya azərbaycanlılarının həqiqi həmrəylik rəmzi 

kimi, bu bayram olduqca böyük rol oynayır, onların ana Vətənə 

qırılmaz tellərlə bağlılıqlarını daha da gücləndirir.  

Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə 

ən  izdihamlı  bayram  şənlikləri  ölkəmizin  paytaxtı  Bakıda  ke-

çirilmişdir.  Martın  20-də  qədim  İçərişəhərin  darvazaları  qar-

şısında – Gənclər meydanında bayram münasibətilə böyük mə-

rasim təşkil olunmuşdu. Ətrafdakı binaları, əsrlərin şahidi olan 

qədim qala divarlarını al-əlvan plakatlar bəzəyirdi. 

Azərbaycan  prezidenti  İlham  Əliyev,  xanımı  Mehriban  Əli-

yeva Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanı-

na  gəldilər.  Meydana  toplaşmış  minlərlə  şəhər  sakini  dövlə-

timizin  başçısını,  onun  xanımını  hərarətlə,  sürəkli  alqışlarla 

qarşıladı, onlara bahar ətirli gül-çiçək dəstələri, Bahar qız isə 

el  adətincə  səməni  və  xonça  təqdim  etdi.  Dövlətimizin  başçısı 

Novruz tonqalını alovlandırdı.  

Qədim  tariximizi  əks  etdirən  səhnələr  –  İçərişəhərin  qala 

divarları üstündə dayanmış qılınc və qalxanlı döyüşçülər, Dədə 

Qorqudun xalqa xitabı, öyüd-nəsihəti, igidləri düşmən üzərində 

qələbəyə  səsləməsi,  Bahar  bayramının  millətimizə  ruzi-bərəkət 


 

137 


gətirməsi  üçün  xeyir-dua  verməsi  qəhrəmanlıqla  dolu 

keçmişimizin mənzərəsini canlandırırdı.     

Şən,  oynaq  musiqi sədaları  ətrafı  bürümüşdü. Milli  geyimli 

uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, 

Azərbaycanı  tərənnüm  edən  mahnıları  dalğa-dalğa  hər  tərəfə 

yayılır,  bayram  mərasiminin  iştirakçılarında  daha  xoş  ovqat 

doğururdu.  

Prezident  İlham  Əliyev  şənliyə  toplaşmış  paytaxt  sakinləri 

ilə  səmimiyyətlə  salamlaşdı,  onları  Novruz  bayramı  müna-

sibətilə təbrik etdi.  

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.  

 

Əziz həmvətənlər!   



Əziz bacılar və qardaşlar!  

Mən  sizin  hamınızı  Azərbaycan  xalqının  ən  sevimli 

bayramlarından  biri  –  Novruz  bayramı  münasibətilə  ürəkdən 

təbrik  edirəm,  bütün  Azərbaycan  xalqına  xoşbəxtlik,  yeni-yeni 

uğurlar arzulayıram.  

Azərbaycan xalqı bu gözəl bayramı əsrlər boyu öz qəlbində 

yaşatmışdır.  Ancaq  biz  müstəqillik  əldə  edəndən  sonra  bu 

bayram Azərbaycanda rəsmi bayram kimi qeyd olunur. Bu il bu 

bayram Azərbaycanda beş gün qeyd ediləcəkdir. Əgər şənbə və 

bazar  günlərini  də  əlavə  etsək,  belə  çıxır  ki,  bir  həftə  ərzində 

Azərbaycanda  bu  bayram  geniş  şəkildə  qeyd  olunacaqdır. 

Birinci növbədə, bu onu göstərir ki, Novruz bayramı bizim üçün 

ən  əziz,  ən  sevimli  bayramdır.  İkinci  tərəfdən,  bu  bayramın 

yeddi  gün  ərzində  qeyd  olunması  hər  bir  ailəyə  imkan  yaradır 

ki,  məzuniyyətdən  başqa,  ildə  bir  dəfə  ailə  birlikdə  olsun, 

istirahət  etsin  və  dincəlsin.  Hesab  edirəm  ki,  Azərbaycanın 

indiki şəraiti bizə bu imkanları yaradır. Ölkəmiz sürətlə inkişaf 

edir, iqtisadi artım çox sürətlidir və belə olan halda, əlbəttə ki, 

gözəl bayramları qeyd etmək insanlara daha da xoşdur.  

Novruz  bayramı  qeyd  etdiyim  kimi,  bizim  ən  sevimli,  ən 

əziz  bayramımızdır  və  Azərbaycan  xalqı  bütün  dövrlərdə  bu 

bayramı  çox  geniş  şəkildə  qeyd  edib.  Sadəcə  olaraq,  rəsmi 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə