İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə38/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   34   35   36   37   38   39   40   41   ...   115

 128 

 

 



 

BAKIDA NÖVBƏTİ YOL QOVŞAĞININ 

İSTİFADƏYƏ VERİLMƏSİ  

MƏRASİMİNDƏ  

 

Bakı 

 

19 mart 2007-ci il 

 

Azərbaycan  Respublikası  prezidentinin  «Bakı  şəhərində 

nəqliyyat  sisteminin  təkmilləşdirilməsi  üzrə  2006–2007-ci  illər 

üçün Tədbirlər Planının  təsdiq  edilməsi haqqında» 2006-cı il 

1 fevral tarixli sərəncamına uyğun olaraq, paytaxtda inşa edi-

ləcək  9  yol  qovşağından  daha  biri    martın  19-da  istifadəyə 

verilmişdir.  

Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində işti-

rak etmişdir.  

Paytaxtın 20 Yanvar dairəsində – Tbilisi prospekti ilə Həsən 

bəy  Zərdabi  küçəsinin  kəsişməsində  tikilmiş  müxtəlif  səviyyəli 

yol qovşağının açılışına toplaşan inşaatçılar və şəhər sakinləri 

prezident  İlham  Əliyevi  hörmət  və  ehtiramla  qarşıladılar. 

Dövlətimizin başçısına gül dəstəsi təqdim olundu.  

Prezident  İlham  Əliyev  yol  qovşağının  layihəsinə,  tikinti 

prosesini əks etdirən şəkillərə baxdı, habelə Tbilisi prospekti ilə 

Cavad xan küçəsinin kəsişməsində tikilən müxtəlif səviyyəli yol 

qovşağının sxemi ilə tanış oldu.  

Nəqliyyat  naziri  Ziya  Məmmədov  «Azərkörpü»  Səhmdar 

Cəmiyyətinin  tikdiyi  yol  qovşağının  göstəriciləri  barədə 

məlumat verdi. O bildirdi ki, mürəkkəb mühəndis-texniki qurğu 

olan yol qovşağının təməli 2006-cı ilin aprelində qoyulmuşdur. 

Bura  8  dairəli  müxtəlif  səviyyəli  yol  qovşağı  –  körpü  və 

tuneldən  ibarətdir.  İşlər  iki  mərhələdə  həyata  keçirilmişdir. 

Birinci  mərhələdə  inşa  olunan  körpü-keçidin  uzunluğu  1,12 


 

129 


kilometr,  o  cümlədən  yolötürücü  290  metr,  yanaşmalar  830 

metr,  istinad  divarları  523  metr  təşkil  edir.  Körpü-keçidin 

smeta  dəyəri  24,1  milyon  manatdır.  O  cümlədən  yolötürü-

cüsünün tikintisinə 11,5 milyon, yanaşma yollarına 6,7 milyon, 

abadlaşdırma və işıqlandırma işlərinə 1,1 milyon, kommunika-

siyalar  üçün  2,3  milyon    və  digər  işlərə  2,5  milyon  manat 

xərclənmişdir.  Bütövlükdə  yol  qovşağının  smeta  dəyəri  31,5 

milyon  manatdır.  İkinci  mərhələdə  görülən  işlərə  7,4  milyon 

manat sərf olunmuşdur. Monolit dəmir-beton işlərinin həcmi 23  

290, yığma dəmir-beton işlərinin həcmi 4 995 kubmetrdir.  

Ziya  Məmmədov  vurğuladı  ki,  Rusiyanın  Nəqliyyat  Akade-

miyasının  mütəxəssisləri  körpünün  davamlılığını  yoxlamışlar. 

Bütün  işləri  yerli  mütəxəssislər  yerinə  yetirmişlər.  Xarici 

şirkətlərə  ehtiyac  qalmamışdır.  Əgər  bu  işi  Avropa  şirkətləri 

görsəydilər, tikinti üç dəfə baha başa gələcəkdi. Aparılan xüsusi 

araşdırma  göstərdi  ki,  körpü  müasir  standartlara  cavab  verir, 

çox  davamlıdır,  yükgötürmə  qabiliyyəti  layihədə  nəzərdə 

tutulduğundan çoxdur. Layihədə müəyyən dəyişikliklər edilmiş, 

yeni  qovşaqlar  yaradılmış,  yolların  uzunluğu,  hündürlüyü  ilə 

bağlı əlavə düzəlişlər olmuşdur. Burada təhlükəsizlik zolağı da 

nəzərə  alınmışdır.  Nazir  nəqliyyat  problemlərinin  həllinə 

göstərdiyi  diqqət  və  qayğıya  görə  prezidentə  minnətdarlığını 

bildirdi  və  qarşıdan  gələn  Novruz  bayramı  münasibətilə 

nəqliyyatçılar adından təbrik etdi.  

Dövlətimizin  başçısına  aeroport  istiqamətində  çəkiləcək 

körpünün maketi hədiyyə olundu.  

Prezident  İlham  Əliyev  körpünün  ümumi  görünüşünün, 

işıqlandırma  sisteminin  gözəl  və  müasir  olduğunu  bildirdi.  O, 

rəmzi açılışı bildirən lenti kəsdi və buraya toplaşan inşaatçılara 

və sakinlərə müraciətlə dedi: 

Sizi  bu  körpünün  açılışı  münasibətilə  təbrik  edirəm.  Çox 

gözəl körpüdür. Siz bunu çox qısa müddətdə inşa etmisiniz və 

Bakının  nəqliyyat  probleminin  həlli  üçün  böyük  işlər 

görmüsünüz. Həm xarici görünüşü gözəldir, həm də bütövlükdə 

keyfiyyəti  çox  yüksək  səviyyədədir.  Çox  sevindiricidir  ki,  bu 




 130 

gözəl işi yerli şirkət görübdür. Bakıda bir-iki yerdə yox, doqquz 

yerdə belə gözəl körpülərin tikintisinə başlanmışdı. İkisi bundan 

əvvəl, ikisi də bu gün, bayram ərəfəsində istismara verildi. Ona 

görə mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ 

olun.  Çox  yaxşı  işləmisiniz.  Bundan  sonra  da  Bakıda  və 

Azərbaycanda  çox  işlər  –  tikinti,  quruculuq,  abadlıq  işləri 

görüləcəkdir. Ona görə artıq sizin şirkətinizin böyük imkanları 

var, gələcəkdə böyük layihələrdə iştirak edəcəkdir. 

Sizi  qarşıdan  gələn  Novruz  bayramı  münasibətilə  təbrik 

edirəm, cansağlığı, uğurlar arzulayıram. Sağ olun.  

İnçaatçılar və sakinlər dövlətimizin başçısını Bahar bayramı  

münasibətilə  təbrik  etdilər,  Bakının  müasirləşdirilməsinə 

göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirdilər.   

 

* * * 


 

Sonra prezident İlham Əliyev körpünü gəzdi və tunelin yer-

ləşdiyi əraziyə gəldi. Tunelin divarına «Yolötürücü Azərbaycan 

Respublikasının  Prezidenti  cənab    İlham  Əliyevin  sərəncamı 

əsasında  2006–2007-ci  ildə  inşa  edilmişdir»  sözləri  yazılmış 

xüsusi lövhə vurulmuşdur.   

Dövlətimizin  başçısına  paytaxtımızın  Tbilisi  prospektində 

inşa  olunmuş  tunelin  göstəriciləri  barədə  məlumat  verildi. 

Bildirildi  ki,  burada  1280  metrlik  yolun  332  metri  tuneldən 

keçir.  Yolötürücünün  tamamlanması  ölkəmizin  şimal  istiqa-

mətində  nəqliyyatın  şəhərə  giriş-çıxışının  asanlaşmasında, 

nəqliyyat  axınının  intensiv  olduğu  bu  ərazidə  hərəkətin 

tənzimlənməsində  və  bütövlükdə  paytaxtın  nəqliyyat  prob-

leminin  həllində  mühüm  rol  oynayacaqdır.  Bu  layihədə  nəq-

liyyatın  hərəkəti  tunelə  salınaraq,  fasiləsizlik  təmin  olunmuş, 

tunelin  üzərində  qurulmuş  qovşaq  nəqliyyat  vasitələrinin 

hərəkətini  asanlaşdırmışdır.  Bağlantı  qollar  sayəsində  nəqliy-

yatın hər tərəfə sərbəst hərəkəti təmin olunmuşdur.  

Tunel  ikitərəfli  hərəkət  üçün  nəzərdə  tutulmuşdur.  Hər  tə-

rəfdə üç hərəkət zolağı vardır. Uzunluğu 332 metr, eni 30 metr, 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə