İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə41/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   37   38   39   40   41   42   43   44   ...   115

 138 

bayram  kimi  bu,  son  15  il  ərzində  qeyd  olunur.  Amma  bütün 

ailələrdə  əsrlər  boyu  bu  bayram  qeyd  olunub  və  beləliklə, 

bayram,  bizim  milli  mənəvi  dəyərlərimiz,  ənənələrimiz 

Azərbaycan  xalqının  inkişafında  çox  böyük  rol  oynamışdır. 

Azərbaycan  xalqını  bir  xalq  kimi  qorumuşdur,  möhkəm-

ləndirmişdir.  Baxmayaraq  ki,    müstəqillikdən  məhrum  idik, 

ancaq  bizim  ənənələrimiz,  mədəniyyətimiz,  milli  mənəvi 

dəyərlərə  bağlılığımız  bizi  bir  millət  kimi  qorudu  və  möh-

kəmləndirdi.  

Bu  gün  müstəqillik  şəraitində  Azərbaycan  çox  uğurla,  çox 

inamla addımlayır. Qarşıda duran bütün vəzifələr – istər iqtisadi 

sahədə,  istərsə  də  başqa  sahələrdə  –  öz  həllini  tapır.  Son  üç  il 

ərzində  Azərbaycan  iqtisadi  inkişaf  sürətinə  görə  dünyada 

birinci  ölkədir.  Bu  liderliyi  əldə  etmək  çox  çətin  məsələ  idi. 

Onu  qoruyub  saxlamaq  isə  bundan  da  çətin  məsələdir.  Çünki 

ildən-ilə  artan  iqtisadi  potensialı  yüksək  səviyyədə  saxlamaq, 

əlbəttə  ki,  çox  böyük  fədakarlıq  tələb  edir.  Bu  inkişaf  bizim 

üçün  çox  böyük  imkanlar  açır.  Azərbaycan  xalqı  bu  gözəl 

imkanlardan  artıq  bəhrələnir.  İqtisadi  artım  hər  sahədə  özünü 

göstərir.  Aparılan  geniş  quruculuq-abadlıq  işləri  ölkəmizi 

hərtərəfli  inkişaf  etdirir.  Regionların  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramı  uğurla  icra  olunur.  Azərbaycanda  yoxsulluq 

kəskin  şəkildə  aşağı  düşübdür,  işsizlik  azalıbdır.  Vəzifə  isə 

ondan  ibarətdir  ki,  Azərbaycanda  yoxsulluq    tamamilə  aradan  

götürülsün və biz bunu edəcəyik. Üç il bundan əvvəl bu vəzifə 

qarşıya qoyulub və bu üç il ərzində görülən işlər göstərir ki, biz 

düzgün istiqamətdə inkişaf edirik. 

Azərbaycanda  siyasi  proseslər  çox  müsbət  istiqamətdə 

inkişaf edir. 

B

ərqərar olunmuş ictimai



-

siyasi sabitlik ölkəmizin 

inkişafı  üçün  başlıca  şərtdir.  Ölkəmizdə  qayda-qanun  var, 

nizam-intizam  var,  eyni  zamanda,  hüquqi  dövlət  qurulur. 

Demokratikləşmə  prosesləri  çox  sürətlə  gedir.  Azərbaycan 

dünya birliyinə çox sürətlə inteqrasiya edir və dünyada mövcud 

olan ən mütərəqqi təcrübəni tətbiq edir. Bu bizə imkan verəcək 

ki,  dünya  iqtisadiyyatına  daha  da  sürətlə  inteqrasiya  edək, 




 

139 


Azərbaycanda  açıq  cəmiyyət  möhkəmlənsin,  demokratik 

proseslər daha da sürətlə getsin. Bütün azadlıqlar təmin olunsun 

və qanunun aliliyi tam şəkildə təmin edilsin. 

İqtisadi  islahatlarla  bərabər,  siyasi  islahatların  da  böyük 

önəmi  var.  Azərbaycanın  müsbət  təcrübəsi  onu  göstərir  ki, 

bütün  istiqamətlərdə  addımlar  vaxtında  və  düzgün  atılmışdır. 

Bütövlükdə,  ölkəmizin  gələcəyi  üçün  çox  gözəl  şərait  var. 

İqtisadi  gücümüz  artır,  siyasi  sabitlik  bizə  əlavə  güc  verir. 

Bölgədəki layihələrdə Azərbaycan fəal rol oynayır və bölgədəki 

imkanlarımız  genişlənir.  Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin 

işə  düşməsi  bizim  önəmimizi  xeyli  dərəcədə  artırıbdır.  Bu  il 

Bakı–Tbilisi–Ərzurum  qaz  kəmərinin  işə  düşməsi  nəzərdə 

tutulub  və  biz  Azərbaycan  üçün,  bütün  bölgə  üçün  çox  böyük 

önəm  daşıyan  Bakı–Tbilisi–Qars  dəmir  yolunun  tikintisinə  də 

başlayacağıq.  Uzun  illər  ərzində  müzakirə  olunan  bu  layihə 

artıq  reallığa  çevrilir.  Bu  bizim  iradəmizin,  bizimlə  qonşu 

ölkələrin  birgə  səylərinin  nəticəsidir.  Azərbaycan  xalqının 

iradəsinin nəticəsidir. Bu bir daha göstərir ki, bizim qarşımızda 

duran hər bir məsələ, hər bir vəzifə öz həllini tapır. Elə məsələ 

yoxdur  ki,  biz  onu  həll  etmək  istəyək,  fəqət  nail  olmayaq.  Bu 

bizim  gücümüzü,  Azərbaycanın  müstəqil  ölkə  kimi  möhkəm 

olduğunu  göstərir.  Biz  müstəqil  siyasət  aparırıq.  Bizim 

siyasətimiz  yalnız  və  yalnız  Azərbaycan  xalqının  milli 

maraqlarına söykənir və Azərbaycan xalqının milli maraqlarının 

təmin edilməsi üçün aparılır.  

Bizim şəhərimiz, paytaxtımız Bakı da gözəlləşir. Bir müddət 

bundan  əvvəl  Bakının  qəsəbələrinin  inkişaf  proqramı  qəbul 

edilibdir.  Bu  proqram  uğurla  icra  olunur.  Çoxlu  məktəblər, 

xəstəxanalar  tikilir,  bütün  lazımi  infrastruktur  layihələr  həyata 

keçirilir. O cümlədən şəhərimiz də gözəlləşir. Şəhər infrastruk-

turuna    böyük  investisiyalar  qoyulur.  Bildiyiniz  kimi,  dünən 

Bakının  nəqliyyat  probleminin  həlli  üçün  yeni  iki  gözəl  körpü 

və  tunel  istismara  verilibdir.  Bu,  insanlara  daha  çox  rahatlıq 

verəcəkdir.  Bundan  əvvəl  iki  körpü  istismara  verilmişdir  və 

növbəti  aylarda  beş  yerdə  yeni  körpülərin  açılması  nəzərdə 



 140 

tutulur.  Biz  bütün  bunları  insanların  rahatlığı  üçün,  yaxşı 

yaşaması  üçün  edirik.  Bu  məsələlərə  çox  böyük  vəsait  sərf 

olunur.  Bildiyiniz  kimi,  bu  vəsait  gəlir  gətirən  investisiyalar 

deyildir.  Sadəcə  olaraq,  bakılıların  rahatlığı  üçündür.  Bu 

məqsədlə  bir  müddət  bundan  əvvəl  Bakını  içməli  su  ilə  təmin 

etmək üçün böyük su kəməri tikilməyə başlanmışdır. Bu da çox 

böyük layihədir. Uzun illər, bəlkə də onilliklər ərzində müzakirə 

olunan  bu  layihəni  artıq  biz  öz  vəsaitimizlə  həyata  keçiririk. 

Beləliklə,  2008-ci  ilin  sonuna  qədər  Bakının  su  problemi 

tamamilə  aradan  qaldırılacaqdır.  Biz  böyük  neft  layihələrini 

həyata  keçirdik  və  o  layihələrdən,  neft  kəmərlərindən  əldə 

olunan  gəlirləri  məhz  su  kəmərinin  tikintisinə  yönəldirik. 

Bunun  da  çox  böyük  rəmzi  mənası  var.  Yəni  Azərbaycanın 

milli  sərvətləri  Azərbaycan  xalqının  yaxşı  yaşamasına  yö-

nəldilir. Elə etmək istəyirik ki, Azərbaycanda insanları narahat 

edən heç bir məsələ qalmasın.  

İndi  Bakıda  çox  böyük,  geniş  quruculuq,  abadlıq  işləri 

aparılır.  Tarixi  binalar  təmir  olunur.  Vəzifə  qoymuşam  ki, 

Bakının  bütün  tarixi  binaları  yüksək  səviyyədə  təmir  olunsun, 

ən  müasir  standartlara  cavab  versin.  Bununla  bərabər,  bütün 

muzeylərdə  təmir  işləri  aparılır,  onların  həm  daxili,  həm  də 

xarici  görünüşü  yeniləşir.  Teatrlarda  təmir  işləri  gedir.  İndi 

Bakıda  Yaşıl  Teatrın  təmir-bərpa  işləri  sona  çatır.  On  ildən 

artıqdır  ki,  Yaşıl  Teatr,  bakılıların  sevimli  yeri  yararsız, 

dağılmış  vəziyyətdə  idi.  Biz  onu  ən  yüksək  səviyyədə  bərpa 

edirik. Bakıda Muğam Teatrının tikintisinə başlanmışdır. Xalça 

muzeyi üçün çox möhtəşəm, əzəmətli və milli ənənələrə uyğun 

olan  yeni  binanın  tikintisi  nəzərdə  tutulubdur.  Başqa  layihələr 

də var. Yəni bizim gözəl şəhərimiz daha da gözəlləşməlidir. Biz 

bunu edirik və edəcəyik, çünki imkanlarımız artır.  

Bildiyiniz kimi, biz bütün imkanları Azərbaycanın dünyada 

mövqelərinin  möhkəmlənməsinə  yönəldirik,  daxili  məsələlərin 

həllinə  və  insanların  gündəlik  tələbatlarının  ödənilməsinə 

yönəldirik.  Bu  baxımdan  sosial  məsələlərin  həlli  də  çox 

önəmlidir.  Maaşlar  və  pensiyalar  ildə  ən  azı  iki  dəfə  artırılır. 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə