İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə49/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   45   46   47   48   49   50   51   52   ...   115

 

169 


çox  böyük  rolu  olmuşdur  və  buna  görə  biz  sizə  öz 

minnətdarlığımızı bildirmək istəyirik. 

Bu  gün  bizim  aramızda  çox  açıq,  səmimi  diskussiya, 

müzakirələr olmuşdur. İkitərəfli münasibətlər təhlil olunmuş və 

gələcək  əməkdaşlıq  haqqında  fikir  mübadiləsi  aparılmışdır. 

Xüsusilə  bizim  regionda  mövcud  olan  vəziyyət,  perspektivlər, 

təhlükələr,  regionda  gərginlik  yaradan  münaqişələr  və  onların 

həlli yolları geniş müzakirə olunmuşdur. Mən cənab Prezidentə 

Ermənistan–Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsinin 

tarixini  çatdırdım,  eyni  zamanda,  danışıqlar  prosesində  əldə 

olunan nailiyyətlər və problemlər haqqında geniş söhbət açıldı. 

Polşa  Azərbaycanın  ərazi  bütövlüyünü  həmişə  dəstəklə-

mişdir və bu bizim üçün çox önəmlidir, vacibdir. 

Energetika  sahəsində  mümkün  olan  əməkdaşlıq  haqqında  

danışdıq və bildiyiniz kimi, Azərbaycan bu sahədə öz siyasətini 

uğurla  aparır.  Bizim  neft  strategiyamız  Azərbaycan  xalqının 

rifah  halının  yaxşılaşdırılmasına  yönəldilibdir.  Eyni  zamanda, 

regional  məsələlərə  də  öz  təsirini  göstərir.  Bizim  siyasətimiz 

müstəqil  siyasətdir  və  Azərbaycan  xalqının  milli  maraqlarının 

üstündə qurulubdur və bütün dost ölkələrlə bütün sahələrdə, o 

cümlədən  bu  sahədə  də  əməkdaşlıq  etmək  fikrindəyik. 

Azərbaycanın 

artan 


enerjidaşıyıcıları 

dünya, 


Avropa 

bazarlarına  çıxarılır  və  Polşa  ilə  bu  sahədə  əməkdaşlıq  çox 

uğurlu  ola  bilər.  Biz  bu  sahəyə  böyük  əhəmiyyət  veririk  və 

ümid  edirəm  ki,  gələcəkdə  bizim  əməkdaşlığımızın  yeni 

formaları yaranacaqdır. 

Eyni  zamanda,  Avropa  İttifaqı–Azərbaycan  münasibətləri 

müzakirə olundu və bu sahədə də bizim aramızda fikir ayrılığı 

yoxdur.  Əksinə,  bizim  fikirlərimiz  üst-üstə  düşür  və  bir  daha 

demək istəyirəm ki, Azərbaycanın «Yeni qonşuluq siyasəti»nə 

qoşulması,  eyni  zamanda,  Avropa  İttifaqı  ilə  energetika 

sahəsində 

strateji 

tərəfdaşlıq 

haqqında 

memorandum 

imzalanması  bizim  niyyətimizi  açıq  şəkildə  ifadə  edir.  Bu 

bizim  üçün  çox  önəmli  istiqamətdir  və  əminəm  ki,  bu  vaxta 

qədər  olduğu  kimi,  Polşa  bundan  sonra  da  Azərbaycanı  bu 




 170 

işlərdə dəstəkləyəcəkdir. 

Bütövlükdə  deyə  bilərəm  ki,  bizim  söhbətimiz  çox  səmimi 

şəkildə  keçmişdir.  Biz  bir-birimizi  tanıyırıq,  əvvəllər  də 

görüşmüşük  və  bu  söhbətlər  əvvəlki  illərdə  yaranmış  səmimi 

münasibətlərin  davamıdır.  Eyni  zamanda,  ölkələrimizin  ara-

sında  münasibətlər  çox  səmimidir,  çox  açıqdır  və  biz  bundan 

çox məmnunuq. 

Beləliklə, artıq indidən demək olar ki, səfərin nəticələri çox 

uğurludur. İmzalanmış birgə sənəd bizim siyasi niyyətimizi əks 

etdirir. Əminəm ki, nümayəndə heyətinin üzvləri burada bütün 

sahələrdə  öz  həmkarları  ilə  geniş  fikir  mübadiləsi  aparacaqlar 

və 

beləliklə, 



bizim 

dostluğumuz 

davam 

edəcək, 


əməkdaşlığımız daha da möhkəmlənəcəkdir. 

Əziz  qonaqlar,  mən  sizi  Azərbaycanda  bir  daha  salamla-

yıram. Əminəm ki, sizin Azərbaycana səfəriniz xoş keçəcək və 

vətəninizə xoş təəssüratlarla gedəcəksiniz. Sağ olun. 



 

Polşa prezidenti Lex Kaçinskinin bəyanatı 

 

Hörmətli cənab Prezident! 



Sizə  bir  daha  öz  minnətdarlığımı  bildirmək  istəyirəm  ki, 

məni  bu  səfərə  dəvət  etmisiniz.  Cənab  Prezident,  əminəm  ki, 

Sizi yenidən Polşada görəcəyik. 

Bizim uzun çəkən təkbətək görüşümüz oldu və mən heç də 

gizlətmirəm  ki,  bu  görüşdən  sox  məmnunam.  Biz  siyasi  mə-

sələləri,  Azərbaycan  Respublikasını  maraqlandıran  məsələləri, 

Avropa  İttifaqına  aid  olan  və  digər  məsələləri  müzakirə  etdik. 

Öz regionumuzda olan vəziyyəti, Avropa İttifaqının mövqeyini  

müzakirə  etdik.  Avropa  İttifaqının  enerji  siyasətini  müzakirə 

etdik  və  bu  baxımdan  bizim  əməkdaşlıq  imkanlarımızdan 

danışdıq. Bu əməkdaşlıq daha da inkişaf etdirilə bilər. 

İkitərəfli  münasibətlərin  səviyyəsini  yüksəltmək  üçün  mən 

cənab  Prezidenti  Varşavaya  dəvət  etdim.  Hesab  edirəm  ki, 

Varşavada keçirəcəyimiz görüşdə biz çox məsələləri müzakirə 

edəcəyik.  Onu  da  deməliyəm  ki,  mən  öz  səlahiyyətlərimi  icra 

etdiyim  vaxtla  müqayisədə  daha  çox  təcrübə  toplayacağam  və 




 

171 


cənab  prezident  Əliyevlə  keçirdiyim  görüşdə  aldığım 

məlumatları öz işimdə istifadə edəcəyəm. 

 

* * * 


 

Sonra  dövlət  başçıları  jurnalistlərin  suallarına  cavab 

verdilər. 

 

S  u  a  l  (Polşa  televiziyası):  Mənim  sualım  cənab 

prezident  Əliyevədir.  Siz  bildirdiniz  ki,  Polşa  Azərbaycan 

nefti  və  qazının  Avropa  və  dünya  bazarlarına 

çatdırılmasında  böyük  rol  oynaya  bilər.  Qaz  məsələsində, 

hər hansı nəqletmə layihələrində Polşa şirkətlərinin iştirakı 

barədə konkret təkliflər varmı? 

İ l h a m  Ə l i y e v: Azərbaycan qədim neft ölkəsidir və 

deyə  bilərəm  ki,  istər  quruda,  istərsə  də  dənizdə  sənaye  üsulu 

ilə ilk neft Azərbaycanda hasil edilmişdir. İndi Azərbaycan öz 

neft  potensialını  çox  sürətlə  artırır.  Azərbaycanda  son  13  il 

ərzində  həyata  keçirilən  neft  strategiyası  bizə  imkan  verib  ki, 

neft hasilatını kəskin şəkildə artıraq. Bu il Azərbaycanda hasil 

olunacaq  neftin  həcmi  təxminən  42-43  milyon  ton  təşkil 

edəcəkdir. Növbəti illərdə, iki-üç ildən sonra isə Azərbaycanda 

təxminən  60  milyon  ton  neft  hasil  olunacaqdır.  Neftin  ixracı 

üçün  üç  boru  kəməri  tikilmişdir.  Artıq  Azərbaycanın  nefti 

Avropa və dünya bazarlarına çox rahat şəkildə çatdırılır. 

O  ki  qaldı  qaz  hasilatına,  bu  vaxta  qədər  Azərbaycanda 

hasil  olunan  qaz  bizim  öz  tələbatımızı  ödəmirdi  və  bu  ilin 

əvvəlinə  qədər  xaricdən  qaz  alırdıq.  Ancaq  Azərbaycanda 

böyük «Şahdəniz» qaz yatağının istismara verilməsi nəticəsin-

də  yaxın  illərdə  qaz  hasilatının  artımı  gözlənilir.  Əminəm  ki, 

bir  neçə  ildən  sonra  Azərbaycanda  kifayət  qədər  qaz 

çıxarılacaq  ki,  Avropa  bazarına  çatdırılsın.  Biz  hətta  ümid 

edirik  ki,  «Şahdəniz»  yatağından  çıxarılacaq  müəyyən  miq-

darda  Azərbaycan  qazı  bu  ilin  sonuna  qədər  Avropa  İttifaqı 

bazarına çatdırılsın. Bu sahədə biz işləyirik. 

Əlbəttə ki, qaz hasilatının artması nəticəsində imkanlarımız 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə