İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə57/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   53   54   55   56   57   58   59   60   ...   115

 

201 


 

 

 



AZƏRBAYCAN  PREZİDENTİ  

İLHAM ƏLİYEVİN  

MASALLI VƏ CƏLİLABAD  

RAYONLARINA SƏFƏRİ 

 

9 aprel 2007-ci il 



 

Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Masallı 

rayonuna  gəlmişdir.  Prezident İlham Əliyev Masallı şəhərinin 

girəcəyində tikilmiş alaqapı ilə tanış oldu. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  yaraşıqlı  ala-

qapıdan  şəhərin  mərkəzinə  doğru  uzanan  2,5  kilometrlik  Hey-

dər  Əliyev  prospekti  başlayır.  Təzə  asfalt  döşənmiş,  abadlaş-

dırılmış  prospekt  boyunca  yeni  yaşayış  binaları  tikiləcəkdir. 

Burada  200  ədəd  palma  əkilmişdir.  Nəzərdə  tutulan  başqa 

layihələr də vardır. İlin sonuna qədər Heydər Əliyev adına par-

kın salınması, Heydər Əliyev muzeyinin, mebel salonunun tikin-

tisi  başa  çatdırılacaqdır.  Masallıda  qədim  dövrlərdə  fəaliyyət 

göstərmiş Qalabazarı  yenidən qurulacaqdır. 

Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uy-

ğun  olaraq,  rayonda  ənənəvi  istehsal  sahələri  bərpa  olunur, 

turizm inkişaf etdirilir və bunun da sayəsində insanların sosial 

rifahı  yaxşılaşır.  Təkcə  son  3  ayda    442  yeni  iş  yeri  açılıb  ki, 

bunun  da  232-si  daimidir.  Bakı–Astara  yolunun  Masallı  his-

səsində 7 min ağac və kol əkilmişdir. İlin sonunadək yüzlərlə iş 

yeri  yaradılacaq,  Azərbaycan  Beynəlxalq  Bankının  Masallı 

filialı üçün bina  inşa olunacaqdır. 

Prezident İlham Əliyev yeni yaradılacaq obyektlərin gələcək 

görünüşünü əks etdirən fotoşəkillərə baxdı, müvafiq tapşırıq və 

tövsiyələrini  verdi,  qısa  müddət  ərzində  rayonda  görülən 

işlərdən  razılığını  bildirdi,  nəzərdə  tutulan  işlərin  yüksək 


 202 

səviyyədə,  keyfiyyətlə  yerinə  yetirilməsinin  vacibliyini  söylədi.

 

 



 

Masallı Olimpiya İdman Kompleksinin  

təntənəli açılışı 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  ap-



relin  9-da  Masallı  şəhərində   Olimpiya   İdman  Kompleksinin  

təntənəli   açılış   mərasimində   iştirak etmişdir. 

Mərasimə toplaşan masallılılar, o cümlədən gənc idmançılar 

Azərbaycan  prezidenti  İlham  Əliyevi,  Avropa  Olimpiya  Komitə-

sinin prezidenti Patrik Hikeyi və onun xanımını böyük hörmətlə 

və  hərarətli  alqışlarla  qarşıladılar.  Onların  əllərində  Azərbay-

canın  Dövlət  bayraqları,  idmana  həmişə  diqqət  və  qayğı 

göstərmiş  ümummilli  lider  Heydər  Əliyevin  müdrik  kəlamları 

yazılmış  transparantlar,  dövlətimizin  başçısını  salamlayan 

şüarlar  var  idi.  Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Pro-

qramına uyğun inşa olunan bu kompleksə idman oyunları, güləş, 

boks,  ağır  atletika  və  gimnastika  salonları,  örtülü  üzgüçülük 

hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis 

kortu,  mini-futbol  meydançası  daxildir.  Olimpiya  kompleksində 

avtomobil  dayanacaqları  və  digər  xidmət  obyektləri  də  tikilmiş, 

idmançılar  üçün  hər  cür  şərait  yaradılmışdır.  Dördulduzlu 

mehmanxana  səviyyəsində  10-dan  çox  kottec  tikilmişdir.  60 

nəfərlik  yeməkxana  müasir  tələblərə  cavab  verən  mətbəx  ava-

danlığı ilə təchiz edilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi 

tərəfindən obyektin inşasına 1,5  milyon  manat vəsait ayrılmışdır. 

Kompleksin layihəsini «S.Modus» şirkəti vermiş, podratçı təşkilat 

isə «EL» tikinti şirkətidir. 

Masallı  Olimpiya  İdman  Kompleksinin  təməli  2004-cü  il 

noyabrın  9-da  prezident  İlham  Əliyev  tərəfindən  qoyulmuşdur. 

Dövlətimizin  başçısı  2005-ci  ilin  sentyabr  və  oktyabr  aylarında 

tikintinin gedişi ilə  yaxından  tanış  olmuş,  işlərin  sürətləndiril-

məsi  və  keyfiyyətlə  aparılması  üçün  müvafiq  tövsiyə  və tap-

şırıqlarını  vermişdir.  Bütün  tövsiyə  və  tapşırıqlara  əməl 


 

203 


olunmuş  və  məhz  bunun  sayəsində  bu  idman  obyekti  istifadəyə 

bu  ilin  mayında  yox,  aprelində  hazır  olmuş  və  hazırda  idman-

çıların ixtiyarına verilir. 

Kompleksdə  700-dən  çox  tamaşaçı  yeri  olan  böyük  salonda 

bütün  əl  oyunları,  mini-futbol,  güləş  və  digər  idman  növləri  üzrə 

beynəlxalq  səviyyəli  yarışlar  keçirmək  mümkündür.  Uzunluğu  25 

metr olan üzgüçülük hovuzu  Avropa  ölkələri  layihəsi  əsasında  

inşa  olunmuşdur  və  beynəlxalq  standartlara  uyğundur. Respub-

likamızda  sayca  11-ci  olan  bu  kompleksdən  cənub  zonasında 

yerləşən digər rayonların idmançıları da istifadə edə biləcəklər. 

Ölkəmizdə  gənclərə  göstərilən  qayğının,  idmanın  və  bədən 

tərbiyəsinin  inkişafı  istiqamətində  həyata  keçirilən  dövlət  siya-

sətinin  –  ümummilli  lider  Heydər  Əliyevin  dövründə  əsası  qo-

yulan siyasətin prezident İlham Əliyev tərəfindən davam etdiril-

məsinin  daha    bir  təzahürü  olan  yeni  kompleks    Azərbaycanın 

müasir  idman    qurğuları    sırasında    layiqli    yerini    tutacaqdır.  

Azərbaycanın  gözəl  guşələrindən  biri  olan  Masallının müla-

yim iqlimi, əlverişli coğrafi mövqeyi burada respublikanın müx-

təlif idman növləri üzrə yığma komandalarının təlim-məşq topla-

nışlarının,  beynəlxalq  yarışların  keçirilməsinə  əlverişli  imkan 

yaradacaqdır. Kompleksin ərazisinin ümumi sahəsi 3,5 hektardır. 

Burada  park  salınmış,  su  təchizatı  üçün  artezian  quyusu 

qazılmışdır.  10  kilovoltluq  yüksək  gərginlikli  elektrik  xətti  çə-

kilmiş və 160 kilovatlıq transformator quraşdırılmışdır. Elektrik 

enerjisinin  verilməsində  fasiləsizliyi  təmin  etmək  üçün  əlavə 

olaraq 160 kilovatlıq dizel generatoru və 250 kilovatlıq gərginlik 

tənzimləyicisi    qoyulmuşdur.  İstilik  təchizatı  üçün  ərazidə 

qazanxana tikilmiş, Türkiyədən müvafiq avadanlıq gətirilmişdir. 

Polşa,  Çexiya  və  Türkiyə  istehsalı  olan  avadanlıqdan  istifadə 

olunmaqla, ventilyasiya sistemi quraşdırılmışdır. 

Kompleksin  ümumi  sahəsi  6  230  kvadratmetr  olan  üçmər-

təbəli  binasının  tikintisində  yerli  xammal  və  materiallardan  

istifadə edilmişdir. 

İdmançıların həkim yardımından istifadə etməsi üçün lazımi 

avadanlıqla təchiz olunmuş tibb məntəqəsi yaradılmışdır. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə