İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə65/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   61   62   63   64   65   66   67   68   ...   115

 

231 


digər  ölkələrdə  heç  də  həmişə  müşahidə  etmirik.  Tolerantlığın 

yüksək  səviyyəsi,  digər  millətin  nümayəndələrinə  hörmətcil 

münasibət  müstəqil  Azərbaycan  üçün  səciyyəvi  haldır.  Ona 

görə  də  belə  formatda  görüş  bizim  üçün  həm  də  təcrübə 

mübadiləsi baxımından vacibdir. Təbii ki, siz konfrans, ünsiyyət 

zamanı  təəssüratınızı  bölüşəcək,  mövcud  problemlər  barədə 

fikir  mübadiləsi  aparacaqsınız.  Ümidvaram  ki,  ölkəmizdə 

keçirəcəyiniz bu günlər sizə Azərbaycanla daha yaxından tanış 

olmağa kömək edəcəkdir. 

Azərbaycana  qarşı  təcavüz  problemi,  ölkəmizin  ərazisinin 

bir hissəsinin işğal edilməsi Cənubi Qafqazda ümumi vəziyyətə 

mənfi  təsir  göstərir.  Düşünürəm  ki,  bir  müddətdən  sonra  bu 

problem də həllini tapacaqdır.  

Bir  daha  demək  istəyirəm  ki,  millətlərarası  həmrəylik  və 

sülh  Azərbaycanın  uğurlu  inkişafının  əsasıdır.  İndi,  iqtisadi 

baxımdan,  sosial  problemlərin  həlli  baxımından  çox  böyük 

uğurlara nail olduğumuz bir vaxtda məhz açıq, demokratik ölkə 

kimi,  bütün  xalqların  özlərini  yaxşı  hiss  etdikləri  ölkə  kimi 

inkişaf  etmək  çox  vacibdir.  Prezident  kimi,  mən  də  bu 

istiqamətə  çox  böyük  əhəmiyyət  verirəm.  Gələcək  uğurlarımı-

zın  rəhni  məhz  bundadır.  Milli  azlıqların  nümayəndələrinə 

hörmətcil  münasibət  həm  də  xalqın  mədəniyyətinin  təzahürü 

deməkdir.  

Onu  da  demək  istərdim  ki,  Rusiya  ilə  Azərbaycan arasında 

ikitərəfli  münasibətlər  həmin  istiqamətdə  Azərbaycanda  gedən 

müsbət  proseslərin  mühüm  amilidir.  Bu,  təbii  olaraq,  həm 

Azərbaycanda  yaşayan  rusların  ovqatına,  həm  də  Rusiyada 

yaşayan  azərbaycanlıların  ovqatına  təsir  göstərən  mühüm 

amildir.  Son  illər  ikitərəfli  münasibətlərimizin  uğurlu  inkişafı, 

təbii  ki,  ümumən  Cənubi  Qafqazda  vəziyyətin  sabitləşməsi 

amilidir və təbii olaraq, millətlərarası əlaqələr baxımından çox 

mühüm  rol  oynayır.  Çünki  münasibətlər  gərgin  və  ya  gərilmiş 

olsaydı,  istəsək  də,  istəməsək  də  bunu  Rusiyada  yaşayan 

azərbaycanlılar  da,  Azərbaycanda  yaşayan  ruslar  da  öz 

üzərlərində  hiss  edəcəkdilər.  Ölkələrimiz  arasında  dostluq, 



 232 

mehriban qonşuluq münasibətlərinin – Rusiya prezidentinin də, 

mənim  də  strateji  tərəfdaşlıq  kimi  səciyyələndirdiyimiz 

münasibətlərin  dinamik  inkişafı  isə  cəmiyyətdə  ümumi  əhval-

ruhiyyəyə – o cümlədən millətlərarası münasibətlər baxımından 

– çox müsbət təsir göstərir. 

Ona görə də bu istiqamətin vacibliyini xüsusi vurğulamaq və 

sizə  bir  daha  demək  istərdim  ki,  Azərbaycanda  mövcud  olan 

millətlərarası  həmrəylik  və  sülh  bizim  uğurlu  inkişafımızın 

əsasıdır. Düşünürəm ki, burada keçirəcəyiniz günlərdə bunu siz 

özünüz  yəqin  edəcəksiniz.  Azərbaycanlıların  rus  xalqına,  rus 

dilinə,  ədəbiyyatına,  rus  dilində  təhsilə  necə  münasibət 

bəslədiklərini də yəqin edəcəksiniz.  

Sizi  bir  daha  salamlayaraq  demək  istərdim  ki,  öz  müşa-

hidələriniz hər cür sözlərdən daha yaxşı olacaqdır. Sizin kifayət 

qədər geniş proqramınız var. Ümidvaram ki, bu günlərdən sizdə 

yaxşı təəssürat qalacaqdır. 

M i x a i l   Z a b e l i n (Azərbaycanın rus icmasının sədri): 

Söz  yox  ki,  konfrans  iştirakçılarının  burada  keçirəcəkləri 

günlərdən  biz  tam  səmərəli  istifadə  etməyə,  Bakını,  Azər-

baycanın  nə  ilə  zəngin  olduğunu,  Azərbaycan  xalqının  yüksək 

tolerantlığını, 

respublika 

rəhbərliyinin 

bizim 


bütün 

qayğılarımıza  və  problemlərimizə  diqqətlə  yanaşdığını  onlara 

göstərməyə çalışacağıq. Çox sağ olun. 

V a l e r i   S v a r ç u k (Xaricdəki Rusiyalı Həmvətənlərin 

Əlaqələndirmə Şurasının üzvü): Mən həmkarımın minnətdarlıq 

sözlərinə  qoşulmaq  və  burada,  Azərbaycanda  çox  gözəl 

qarşılandığımıza  görə,  bizə  göstərilən  və  hiss  etdiyimiz  səmi-

miliyə və mehribanlığa görə təşəkkürümü bildirmək istərdim. 

Bizim  bir  çoxumuz  Azərbaycanda  tez-tez  oluruq,  nüma-

yəndə  heyətimizin  üzvləri  artıq  ikinci  gündür  buradadır.  Biz 

Bakıda  baş  vermiş  müsbət  dəyişikliklərə  heyranıq.  Nə  qədər 

yeni tikililər, nə qədər yaxşı işlər var! Azərbaycan rəhbərliyinin 

rus  icmasına,  rus  dili  və  mədəniyyətinə  münasibətdə  apardığı 

müdrik  siyasəti  xüsusi  vurğulamaq  istərdim.  Yaxşı  olardı  ki, 

bunu bütün ölkələrdə nəzərə alsınlar. 



 

233 


A l e k s a n d r   Ç e p u r i n (Rusiya XİN-in departament 

direktoru): Mən uzun müddət Qərbi Avropada işləmişəm və bu 

gün Bakının dənizkənarı parkından keçərkən ora mənə Neapolu 

çox  xatırlatdı.  Azərbaycanda  əvvəllər  də  olmuşam  və  təsdiq 

etmək  istəyirəm  ki,  Bakıya  ilyarım  əvvəl  olan  axırıncı 

gəlişimdən  sonra  şəhərin  simasında  böyük  dəyişikliklər  baş 

vermişdir.  Dünən  mən  Rusiyanın  Xarici  İşlər  naziri  ilə  ətraflı 

danışdım və o, konfrans iştirakçılarına təbrik məktubu göndərdi.  

Bakıda  toplaşmaq  imkanına  görə  çox  sağ  olun.  Biz  görürük 

ki,  tolerantlıq  və  millətlərarası  həmrəylik  barədə  deyilən  sözlər, 

həqiqətən  ölkə  üçün  də,  burada  yaşayan  insanlar,  o  cümlədən 

ruslar  üçün  də  çox  vacibdir.  Ona  görə  mən  də  həmkarlarıma 

qoşulmaq və ruslara, rus dilinə belə xoş münasibətə görə çox sağ 

olun  demək  istəyirəm.  Belə  münasibət  xeyli  dərəcədə  dövlətlər 

arasındakı münasibətlərlə də bağlıdır.  



İ  l  h  a m     Ə l  i  y  e  v:  Ölkəmiz  haqqında,  şəhərimiz  haq-

qında  deyilən  səmimi  sözlərə  görə  sizə  çox  təşəkkür  edirəm. 

Doğrudan  da  ölkəmizdə  çox  sürətli  inkişaf  gedir.  Hazırda  biz 

şəhərin  bütün  tarixi  binalarını  bərpa  edirik.  Onlar  təmizlənir, 

işıqlandırılır.  Çoxlu  yeni  binalar  tikilmişdir.  İqtisadi  baxımdan 

son  üç  ildə  dünyada  ən  yaxşı  göstəricilər  Azərbaycandadır. 

Birinci  rübdə  iqtisadi  artım  40  faiz  olmuşdur.  Bu,  keçən  il  35 

faizə, 2005-ci ildə 26 faizə bərabər idi. Bu çox ciddi artımdır və 

əlbəttə  ki,  təkcə  Bakının  deyil,  bütün  ölkənin  simasında  da 

özünü göstərir. Siz dəyişiklikləri Azərbaycanın rayonlarında da 

görəcəksiniz  və  insanlar  gündəlik  həyatlarında  da  bunu  hiss 

edirlər.  Başlıca  islahat  insanların  həyatını  daha  yaxşı  etmək, 

onların rifahını yüksəltməkdir. Biz bu istiqamətdə olduqca çox 

tədbirlər  görürük.  O  cümlədən  də  əməkhaqqının  qaldırılması 

sahəsində.  Bu  yaxınlarda  biz  büdcə  təşkilatlarında    əməkhaq-

qını,  pensiyaları  25  faiz  artırdıq.  Bizdə  minimum  əməkhaqqı 

artıq,  demək  olar,  60  dollar,  orta  əməkhaqqı  təxminən  200 

dollardır, ilin yekunlarına görə, təxminən 250 dollar təşkil edə-

cəkdir.  Orta  pensiya  70 dollar  olacaqdır.  Yəni bunların  hamısı 

insanlara lazım olan məsələlərdir. 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə