İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə63/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   59   60   61   62   63   64   65   66   ...   115

 222 

Prezident  İlham  Əliyev  tikinti  işlərinin  keyfiyyətlə  görül-

məsinin, binanın xarici görünüşünün  gözəl olmasının, burada 

hər bir şəraitin yaradılmasının zəruriliyini xatırlatdı.  

Bildirildi ki, rayonun Komanlı kəndində 480 şagirdlik  orta 

məktəb  binası,  Burovar  kənd  orta  məktəbi  üçün  əlavə  sinif 

otaqları  tikilib  istifadəyə  verilmişdir.  Xəlilabad,  Şiləvəngə  və 

Zopun  kəndlərinin  hər  birində  260  yerlik  orta  məktəb  bina-

larının tikintisi üçün yer ayrılmışdır.  

Bununla  da  Azərbaycan  prezidentinin Masallı  və  Cəlilabad 

rayonlarına səfəri başa çatdı. 


 

223 


 

 

 



AZƏRBAYCAN TARİXİ MUZEYİNDƏ TƏMİR-

BƏRPA İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ 

 

10 aprel 2007-ci il 

 

Prezident  İlham  Əliyev  aprelin  10-da  Milli  Elmlər  Aka-

demiyasının Azərbaycan Tarixi Muzeyində təmir-bərpa işlərinin 

gedişi ilə tanış olmuşdur. 

Dövlətimizin  başçısının  göstərişi  ilə  təmir  edilən  çoxsaylı 

tarixi binalardan biri olan Azərbaycan Tarixi Muzeyinin binası 

Bakının  ən  gözəl  memarlıq  abidələrindəndir.  Muzeydə  qədim 

dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə 

dair  qiymətli  eksponatlar  toplanmışdır.  Lakin  uzun  illər  əsaslı 

təmir  edilmədiyindən  bərbad  vəziyyətə  düşmüşdü.  2004-cü  ilin 

dekabrında  muzeydə  yaranmış  vəziyyətlə  yaxından  tanış  olan 

prezident İlham Əliyev binanın əsa

s

lı təmiri və bərpası barədə 

göstəriş  vermiş,  2005-ci  ilin  sentyabr  ayından  bu  işlərə 

başlanmışdır.  

İşlərin  gedişi  ilə  tanışlıq  zamanı  prezident  İlham  Əliyevə 

məlumat  verildi  ki,  bütövlükdə  bərpa  prosesi  son  mərhələyə 

daxil  olubdur.  Ərazilərin  Bərpası  və  Yenidən  Qurulması  üzrə 

Agentliyin  sifarişi  ilə  təmir  işlərini  yerinə  yetirən  «Azəraq-

rartikinti»  Səhmdar  Cəmiyyəti  mühəndis-texniki  qurğuların, 

kommunikasiya  sisteminin  yeniləşdirilməsini  yekunlaşdırır.  Bi-

nanın  dam  örtüyü  tamamilə  təzələnmiş,  yüksək  zövq  və 

məharətlə  bəzədilmiş  otaqlarında  və  salonlarında  bərpa  işləri 

dəqiqliklə görülür. Bu prosesə cəlb olunmuş İtaliyanın «Eleka» 

şirkəti divarlarda, arakəsmələrdə, tavan və döşəmələrdə yüz il 

əvvəlki bəzək və naxışları aşkarlayıb ilkin formada bərpa edir. 

O dövrdə quraşdırılmış qapı-pəncərələr, istilik və işıq sistemləri 

original üslubda yeniləşdirilibdir. Bütövlükdə ikinci mərtəbədə 

Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi yerləşəcəkdir. 


 224 

Prezident İlham Əliyev otaqların və salonların əvvəlki görü-

nüşdə tərtibatına xüsusi diqqət yetirilməsini tövsiyə etdi.  

Muzey  həm  də  Milli  Elmlər  Akademiyasının  strukturunda 

elmi-tədqiqat  və  mədəni-maarif  müəssisəsi  funksiyasını  yerinə 

yetirir. Binanın üçüncü mərtəbəsindəki otaqlar bu məqsəd üçün 

nəzərdə tutulmuşdur.    

Dövlətimizin  başçısı  tariximizin  tədqiqi,  öyrənilməsi  və 

təbliği  baxımından  burada  çalışan  mütəxəssislərin  üzərinə 

yüksək  məsuliyyət  düşdüyünü  xatırlatdı  və  elmi  araşdırmalar 

üçün onlara hərtərəfli şərait yaradılması ilə bağlı tapşırıqlarını 

verdi.  

Muzeyin  direktoru,  AMEA-nın  müxbir  üzvü  Nailə  Vəlixanlı 

tariximizə  və  mədəni  irsimizə  həssaslıqla  yanaşan  prezident 

İlham  Əliyevə  ölkəmizin  sürətli  inkişafına  dair  problemlərin 

həlli  ilə  yanaşı,  çoxsaylı  abidələrə  və  mədəniyyət  ocaqlarına 

ikinci həyat bəxş etdiyinə görə dərin minnətdarlığını bildirdi.  

 

 




 

225 


 

 

 



TÜRKİYƏNİN «MƏRMƏRƏ QRUPU»nun 

RƏHBƏRİ AKKAN SÜVƏR İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

10 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin  10-da  Prezident  sarayında  Türkiyənin  «Mərmərə  Qru-

pu»nun rəhbəri Akkan Süvəri qəbul etmişdir. 

Görüşdə  Azərbaycan–Türkiyə  dostluq  və  qardaşlıq  müna-

sibətlərinin  bütün  sahələrdə  uğurla inkişaf  etdiyi  vurğulanmış, 

Azərbaycan  və  Türkiyənin  müxtəlif  qurumları  arasında  əlaqə-

lərin  və  qarşılıqlı  səfərlərin  bu  münasibətlərin  möhkəmlən-

məsinə  öz  töhfəsini  verdiyi  qeyd  edilmiş,  ölkəmizlə  «Mərmərə 

Qrupu»  arasında  əməkdaşlığın  gələcəkdə  də  uğurla  inkişaf 

edəcəyinə əminlik ifadə olunmuşdur. 

 

 



 


 226 

 

 



ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ 

 

Zati-müqəddəsləri! 



Anadan  olmağınızın  80  illiyi  münasibətilə    Sizi  ürəkdən 

təbrik edirəm. 

Siz  bütün  həyat  və  fəaliyyətinizlə  ümumbəşəri  dəyərləri 

tərənnüm edərək insanlar arasında qarşılıqlı anlaşma, dostluq və 

həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan 

çalışırsınız. 

Müqəddəs  Taxt-taca  rəhbərlik  edərək  insanları  mərhəmət, 

şəfqət  və  ülfətə  çağırışlarınızla,  şəxsi  nümunə  və  fəda-

karlığınızla bütün dünyada böyük rəğbət və nüfuz qazanmısınız. 

Bu  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetirməkdən 

məmnunluq  duyur,  möhkəm  cansağlığı,  xoşbəxtlik,  humanizm 

ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 10 aprel 2007-ci il 



 

 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə