İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab


H i d a y ə t   B a b a y e v



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə62/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   58   59   60   61   62   63   64   65   ...   115

 

219 


H i d a y ə t   B a b a y e v (rayon ağsaqqalı): Qədəmləriniz 

nurlu  olsun,  bu    gəlişinizlə  üç  bayram  bir  yerə  düşür.  Sizin 

səfəriniz,  yazın  gəlişi  və  burada  bu  cür  abadlığın  aparılması. 

Buna  kim  şad  olmaz  ki?!  Bütün  cəlilabadlılar  sevinirlər. 

Ümummilli  liderimiz  Heydər  Əliyev  həmişə  cəlilabadlıları 

sevib,  bizə  həmişə  qayğı  göstəribdir.  Həmişə  deyərdi  ki,  Cəli-

labad  ictimaiyyətinə,  Cəlilabad  əhalisinə  mənim  az  xidmətim 

olmamışdır. Bu həqiqətən də belədir. Heydər Əliyevin fəaliyyəti 

həm də Cəlilabadla bağlı idi. Heydər Əliyevin və onun ailəsinin 

cəlilabadlıların  qəlbində  məhəbbəti  elə  həkk  olunub  ki  –  atalar 

demişkən,  «südlə  girib,  sümüklə  bərkiyibdir»  –  heç  bir  qüvvə, 

heç bir təsir onu bizim qəlbimizdən çıxara bilməz.  

Cənab  Prezident,  Sizin  və  xanımınızın  ingilis  dilində  çıxış-

larınız  bizi  həddindən  çox  sevindirir.  Bütün  arzularınız  çin 

olsun,  torpaqlarımız  azad  edilsin.  Ölkəmizin  iqtisadi  cəhətdən 

daha da sürətlə inkişaf etməsi, əhalinin rifah halının yüksəlməsi, 

ürəyinizdəki bütün  arzular çin olsun. 

İ l h a m   Ə l i y e v: Mənim bir arzum var ki, Azərbaycan 

möhkəm olsun, güclü olsun.  



S ə n a n   D ö v l ə t o v (rayon ağsaqqalı): Sizin bütün xa-

rici səfərlərinizi izləyirik, çıxışlarınızı diqqətlə dinləyirik. Sizin 

daxili  və  xarici  siyasətinizi  bəyənirik.  Çünki  Siz  xalqın 

qayğısına  qalırsınız.  Cəlilabad  əhalisi  Sizinlədir  və  Sizi  sevir, 

fəxr edir. Siz bizim fəxri vətəndaşımızsınız.  

İ l h a m   Ə l i y e v: Çox sağ olun, mən çox şadam.  

R ə ş i d   Ə s g ə r o v (rayon ağsaqqalı): Cənab Prezident, 

Cəlilabad  rayonunda  1971-ci  ildə  ulu  öndər  Heydər  Əliyevlə 

görüşdə  mən  də  iştirak  etmişəm.  O  həmin  vaxt  Rayon  Partiya 

Komitəsinin  binasına  daxil  olmadı,  bağa  getdi,  əlini  ağaca 

qoyub söykəndi və bütün camaat başına toplaşdı.  

Orada camaatla söhbət etdi. Söhbətin əsas mövzusu rayonda 

üzümçülüyün inkişaf etdirilməsi idi. Həqiqətən də, o bu məsələni 

ətraflı öyrəndi, müəyyən vaxtdan sonra Cəlilabad rayonunda 31 

min hektar üzüm bağları salındı və üzüm istehsalı 265 min tona 

çatdı.  Ancaq  onun  bir  nigarançılığı  var  idi.  Mən  bunu  həmişə 




 220 

demişəm, bundan sonra da deyəcəyəm. O nigarançılıq bu idi ki, 

Azərbaycan  nə  vaxt  müstəqil  olacaq  və  ona  nə  vaxt  rəhbərlik 

edəcəkdir. Allaha şükür ki, ona da nail oldu. İndi Siz onu əvəz 

edirsiniz.  Bu,  böyük  işdir.  Sizin  planlarınız  var,  qəzetdən 

oxuyuram.  Regionların sosial-iqtisadi  inkişafı  Dövlət Proqramı 

şəhərlərdə  yox,  daha  çox  kəndlərdə  həyata  keçirilir.  Görülən 

işlərin  hamısı  onun  nəticəsidir.  Azərbaycan  xalqı  nə  qədər 

əziyyət  çəkibsə,  onun  səfasını  görməlidir  və  indi  görür.  İndi 

həmin  məqamdır  və  ulu  öndərin istəklərini  həyata  keçirdiyiniz 

üçün Sizə çox sağ olun deyirik.   

İ l h a m   Ə l i y e v: 1969-cu ilə qədər Azərbaycan bütün 

sovet  respublikaları  arasında  ən  geridə  qalanlardan  idi.  Ulu 

öndər 1969-cu ildə hakimiyyətə gəldi və Azərbaycan 1982-83-

cü  illərdə  birinci  yerə  çıxdı.  Təkcə  iqtisadi  göstəricilərə  görə 

deyil,  həm  də  insanların  həyat  səviyyəsinə  görə,  xüsusilə 

kəndlərdə.  O  nədən  başladı?  Rayonların  inkişafından.  Ondan 

sonra 90-cı illərin əvvəllərində Azərbaycan çox çətin vəziyyətə 

düşdü,  faktiki  olaraq,  ölkəmiz  dağılırdı,  bizim  müstəqilliyimiz 

də  şübhə  altında  idi.  İqtisadi  tənəzzül,  hərbi-siyasi  böhran 

ölkəni  parçalayırdı  və  Azərbaycan  dünya  xəritəsindən  silinə 

bilərdi.  Yenə  ulu  öndər  90-cı  illərin  əvvəllərində  hakimiyyətə 

gəldi,  ən  çətin  vəziyyətdə  olan  Azərbaycanı  dünyanın  inkişaf 

edən ölkəsi səviyyəsinə çıxardı. Bu gün biz taleyimizi özümüz 

həll  edirik.  Neftimiz  Azərbaycan  xalqının  həyat  səviyyəsinin 

yaxşılaşmasına xidmət edir. Büdcəmiz 1 milyard dollardan 6,5 

milyard  dollara  qalxdı.  May  ayında  yenə  düzəliş  edəcəyik  və 

əlavə vəsait ayrılacaqdır.  

R ə ş i d   Ə s g ə r o v: İqtisadi artım 34,5 faiz olmuşdur. 

İ l h a m   Ə l i y e v: Bəli, siz bunları yaxşı bilirsiniz. Bu 

artım  heç  bir  başqa ölkədə  yoxdur.  Özü  də  bir il deyil, ardıcıl 

olaraq  ikinci  və  üçüncü  ildir  ki,    dünyada  lider  ölkəyik.  Biz 

bütün  abadlıq  işlərini  bunun  hesabına  görürük.  Əgər  1994-cü 

ildə  ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  «Əsrin  müqa-

viləsi» imzalanmasaydı, bunun heç birini edə bilməzdik. Məhz 

bunun hesabına indi Azərbaycan dirçəldi, bizdə güc var, maddi 



 

221 


imkanlar  var,  siyasi iradə var,  xalqın  dəstəyi  var.  Bizim  bütün 

ölkələrlə  münasibətlərimiz  qarşılıqlı  hörmət  əsasındadır.  Biz 

heç kimin qarşısında gözükölgəli deyilik.  

 

Biz  bölgədə,  bütün  işlərdə  təşəbbüskar  oluruq.  Daxili 



sabitlik,  xarici  siyasət,  iqtisadi  islahatlar,  insanların  həyat  sə-

viyyəsinin  yaxşılaşması,  məktəb,  xəstəxana,  idman  kompleks-

lərinin tikintisi, abadlıq işləri, parkların, xiyabanların salınması – 

Azərbaycanın bugünkü reallıqları budur. Mən rayonların abadlaş-

dığını, gözəlləşdiyini görəndə çox şad oluram.  

Bakıda oturub çox gözəl qərarlar vermək olar. Əgər onlar yer-

lərdə icra olunmursa, heç bir əhəmiyyəti yoxdur. Ona görə kadrlara 

–  siz  dediniz,  bu,  xüsusi  məhəbbətin  əlamətidir  –  tapşırıq 

vermişəm,  qısa müddət ərzində gözəl işlər görəcəklər.  

 

 



 

 

 



 

Prezident  İlham  Əliyev  ağsaqqallarla  xatirə  şəkli  çək-

dirdikdən sonra tikinti işləri ilə  tanış oldu. Məlumat verildi ki, 

seyrəngahda  süni  göl  də  yaradılacaq,  şəhərə  xüsusi  yaraşıq 

verəcək  yeni  mehmanxana  tikiləcək,  sakinlərin  asudə  vaxtını 

səmərəli  keçirməsi  üçün  hər  cür  şərait  yaradılacaqdır.  Bütün 

işlər təxminən üç ay ərzində başa çatdırılacaqdır. 

Dövlətimizin  başçısı  işlərin  nəzərdə  tutulan  vaxtda  key-

fiyyətlə  başa  çatdırılmasının  zəruriliyini  bildirdi,  müvafiq 

tövsiyə və tapşırıqlarını verdi.  

 

         Cəlilabad şəhər orta məktəbinin tikintisi ilə tanışlıq 

 

Prezident  İlham  Əliyev  aprelin  9-da  7  nömrəli  Cəlilabad 

şəhər orta məktəbinin tikintisi ilə tanış olmuşdur. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  1100  şagirdlik  

məktəb  binasında  son  tamamlama  işləri  aparılır.  Bu  təhsil 

ocağı  yüksək  standartlara  cavab  verəcək,  sinif  otaqlarından 

əlavə,  fənn  kabinetləri,  idman  zalı,  yeməkxana,  idman  mey-

dançası, internetə qoşulmuş kompyuter otağı da olacaqdır.  



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə