İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə70/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   66   67   68   69   70   71   72   73   ...   115

 248 

YEKUN  NİTQİ 

 

Xatırlayıram, 2006-cı ilin yekunlarına həsr olunmuş iclasdakı 

çıxışımda  mən bütün nailiyyətlərlə yanaşı,  bizi  narahat  edən  

məsələlərə  də  toxundum  və  bir  daha  bu  barədə  danışmaq  

istəyirəm.    Xüsusilə  Azərbaycanda  müşahidə  olunan  iqtisadi 

artım,  büdcənin  artımı,  maaşların  və  pensiyaların  artması  istər-

istəməz  inflyasiyanın  da  artmasına  təsir  göstərir.  Burada  qeyd 

olundu,  2007-ci  ilin  birinci  rübündə  inflyasiya  16  faiz  təşkil 

etmişdir.  Bu  çox  böyük  rəqəmdir  və  biz  çalışmalıyıq  ki,  ikinci 

rübdə  və  ilin  sonuna  qədər  inflyasiyanı  maksimum  dərəcədə 

aşağı  salaq.  Əminəm  ki,  biz  buna  nail  olacağıq.  Hər  bir  sürətlə 

inkişaf  edən  ölkədə  istər-istəməz  qiymətlər  artır.  Bu,  bazar 

iqtisadiyyatının  qanunudur.  Azərbaycan  da  bazar  iqtisadiyyatına 

tam  şəkilldə  öz  sadiqliyini  göstəribdir.  Bizim  uğurlu  iqtisadi 

islahatlarımız və iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məhz 

buna əsaslanır. 

Bazar  iqtisadiyyatı  bütün  inkişaf  etmiş  ölkələrdə  uzun  illər 

ərzində mövcud olan prinsipdir və əks yanaşmanın,  yəni planlı 

iqtisadiyyatın nə ilə nəticələnəcəyini də biz  yaxşı bilirik.  Sovet 

İttifaqının  dağılmasının  səbəblərindən  biri  də  o  idi  ki,  planlı 

iqtisadiyyat  dünyada  gedən rəqabətə  artıq  dözə  bilmirdi.  Məhz 

bazar iqtisadiyyatı prinsipləri hər bir ölkənin iqtisadi tərəqqisini 

təmin  edir.  Azərbaycan  da  artıq  dünya  birliyinin  bir hissəsidir. 

Biz    dünya  iqtisadiyyatına  çox  sürətlə  inteqrasiya    edirik  və 

əlbəttə  ki,   dünyada  gedən  proseslər, xüsusilə  iqtisadi sahədə 

gedən  proseslər,  neftin  qiymətinin  kəskin  şəkildə  artması  bizə 

də  öz  təsirini  göstərir,  çünki  hələ  ki,  bizim  istehlak  bazarımız 

xeyli dərəcədə idxaldan asılıdır. 

Bizim    bütün    səylərimiz  yerli  istehsalın  gücləndirilməsinə 

yönəldilmişdir. Sahibkarlığın inkişaf etdirilməsinin, Dövlət İnves-

tisiya Şirkətinin  yaradılmasının  da  əsas  səbəbi odur  ki,  Azər-

baycanda    istehlak  olunan  mallar,  məhsullar  daxildə  istehsal 

edilsin. Belə olan halda, biz xüsusilə dünyada neftin qiymətinin 

artması ilə müşahidə  olunan ümumi bahalaşmaya davam gətirə 




 

249 


biləcəyik. Çünki son 2-3 il ərzində neftin qiyməti 3 dəfə qalxıbdır 

və  beləliklə,  bütün  malların  qiyməti  artıbdır  və  bu  bizə  təsir 

göstərir. Bunlar təbii səbəblərdir. 

Eyni  zamanda,  süni  səbəblər  də  var.  Heç  cür  başa  düşmək  

mümkün  deyil  ki,  nə  üçün  məhz Azərbaycanda istehsal olunan 

məhsulların qiyməti kəskin şəkildə artır. Bunun heç bir təbii izahı 

yoxdur.  Sadəcə  olaraq,  burada  qeyri-sağlam  rəqabətdən, 

inhisarlardan  söhbət  gedir  və  möhtəkirlikdən  söhbət  gedir.  Bu 

məsələyə  biz  çox  ciddi  diqqət  verməliyik.  Çünki  qiymətlərin 

artımı məni çox narahat edir. 

Bizim  bütün  sahələrdə  çox  gözəl  iqtisadi  uğurlarımız  var: 

makroiqtisadi  göstəricilər,  ümumi  daxili  məhsulun  artımı, 

əməkhaqlarının,  pensiyaların,  sosial  müavinətlərin  artırılması, 

eyni  zamanda,  investisiya  proqramlarımız,  regionların  abad-

laşması, məktəb, xəstəxana tikintisi. Yəni haraya baxsan, hər bir 

sahədə  bizdə  çox    ciddi  irəliləyiş    var.  İqtisadiyyatda  yeganə  

yaralı    yerimiz    qiymətlərin  artımıdır.    Biz  bununla    mübarizə 

aparırıq. 

Yarmarkaların  təşkil  olunması,  əlbəttə  ki,  bu  istiqamətdə 

atılan  çox  mühüm  addımdır.  Ancaq  başqa  addımlar  da  atıl-

malıdır. 

Mən  yenə  də  demək  istəyirəm  ki,  bizim  inzibati  im-

kanlarımız  bir  qədər  məhduddur.  Çünki  bizdə,  ümumiyyətlə, 

iqtisadiyyatın,  demək  olar  ki,  80  faizi  özəl  sektorda  for-

malaşır.  Ticarətə  gəldikdə  isə,  100  faiz özəl sektordadır. Bütün 

dükanlar,  bazarlar,  bütün  məişət  xidməti  obyektləri  özəl 

mülkiyyətdədir.  Ona  görə  dövlətin  buna  təsiri  məhduddur. 

Ancaq  imkanlardan  da  istifadə  etməliyik,  o  cümlədən 

inzibati  amillərdən  istifadə  etməliyik.  Qanunsuz  əməllərə  yol 

verən  sahibkarları  cəzalandırmalıyıq.  Süni  şəkildə  qiyməti 

qaldıran  firmalara,  şəxslərə  qarşı  ciddi  təzyiq  göstərilməlidir, 

onlar  cəzalandırılmalıdırlar.  Yoxsa  belə  çıxır  ki,  biz  bütün  bu 

işləri  görürük,  3-4  il  ərzində  icmal  büdcəni  1  milyard 

dollardan  8  milyard  dollara  çatdırmışıq.  Əməkhaqları, 

pensiyalar kəskin şəkildə artıbdır. Ancaq bundan da möhtəkirlər 



 250 

faydalanır,  onlar  bu  gözəl  imkanlardan  istifadə  edir,  daha  da 

varlanırlar.  Ona  görə  biz  buna  yol  verə  bilmərik,  həm 

makroiqtisadi  sahədə  ciddi  tədbirlər  görülməlidir,  eyni 

zamanda, inzibati addımlar da atılmalıdır. 

Biz büdcə artımlarını dayandıra bilmərik. Yəqin ki, gələn ay 

büdcəyə  yenidən  baxılacaq,  dürüstləşdirmə  aparılacaqdır. 

Büdcənin  artımı  da  olacaqdır  və  bu,  istər-istəməz,  yenə  də 

inflyasiyanın artmasına təsir göstərəcəkdir. 

Digər  tərəfdən,  o  da  var  ki,  bazar  hər  şeyi  özü  tənzimləyir. 

Məndə  olan  məlumata  görə,  bazarda  məhsul  qalmır,  hər  şey 

satılır.  Bu  onu  göstərir  ki,  Azərbaycanda  alıcılıq  qabiliyyəti 

yüksəkdir. Amma o da faktdır ki, hər kəs bunu ala bilmir. Yəni 

orta  təbəqə  formalaşıbdır,  yaxud  da  zəngin  təbəqə  var  və 

qiymətlərin  artımı  onlara  o  qədər  də  böyük  təsir  göstərmir. 

Amma kasıblar da var. Onlar o məhsulları, ərzaq məhsullarını ala 

bilmirlər. Biz onların haqqında fikirləşməliyik. 

Ona  görə  bir  də  deyirəm  ki,  bazarın  bu  işləri  tənzimlə-

məsi  bizi  arxayın  etməməlidir  ki, bazar iqtisadiyyatı şəraitində 

yaşayırıq, bazarda hər şey satılır, deməli, tələblə təklif uzlaşır. Bu 

belədir.  Amma  biz    fikirləşməlyik  ki,  yoxsul  təbəqə    bu 

qiymətlərə necə dözsün. 

Şübhəsiz    ki,    biz    bundan    sonra    da    sosial    proqramları  

daha    ciddi    reallaşdıracağıq    və    inflyasiyanın  qalxması  bizi 

əməkhaqlarının,  pensiyaların  artırılmasından  çəkindirməyə-

cəkdir.  Çünki  bu,  təbii  prosesdir  və  Azərbaycan  xalqının  rifah 

halı yaxşılaşır.  Mənim giriş sözümdə gətirdiyim rəqəmlər bunu 

bir  daha  göstərir.  Baxmayaraq  ki,  birinci  rübdə  16  faiz 

inflyasiya  var,  ancaq  əhalinin  pul  gəlirləri  33  faiz  artmışdır. 

Növbəti  aylarda  biz  inflyasiyanı  aşağı  salacağıq.  Ancaq  bu 

məsələ  barədə  biz  çox  ciddi  fikirləşməli  və  lazımi  işlər 

görməliyik. Ona görə mən xüsusilə bu məsələyə bir daha diqqət 

yönəltmək  istəyirəm,  çünki  bizi  ən  çox  narahat  edən 

məsələlərdən biri də budur. 

O  ki  qaldı  başqa  istiqamətlərə,  bütün  işlər  proqramlar 

üzrə  gedir.  Bütün  sahələri  əhatə  edən  –  istər iqtisadi sahədə, 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə