İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə2/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   2   3   4   5   6   7   8   9   ...   115

 6 

xalqı daha da yaxşı, daha da firavan yaşasın, bunun üçün lazım 

olan bütün infrastruktur obyektlər tikilib istifadəyə verilsin, özü 

də  yüksək  səviyyədə.  Ona  görə,  bildiyiniz  kimi,  xəstəxana, 

məktəb tikintisi Azərbaycanda çox geniş vüsət alıbdır və biz bu 

siyasəti  bundan  sonra  da  davam  etdirəcəyik.  Bizim  maddi 

imkanlarımız  artır. Keçən il  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri-

nin  işə  düşməsi  nəticəsində  Azərbaycana  çox  böyük  həcmdə 

valyuta axını başlamışdır. Bizim də düşünülmüş proqramlarımız 

var,  bütün  istiqamətlər  üzrə  fəaliyyət  planımız  var  və  bunları 

həyata keçiririk. 

Bir  müddət  bundan  əvvəl  Şamaxıda  çox  müasir  Olimpiya 

İdman  Kompleksi  də  tikilmişdir.  Bu  gün  xəstəxananın  təməli 

qoyuldu.  Bütövlükdə  Şamaxı  rayonunun  inkişafına  böyük 

diqqət  göstərilir.  Şamaxı  çox  gözəl  rayondur  və  Azərbaycanın 

qədim  torpağıdır.  Mən  çox  istəyirəm  ki,  burada  quruculuq-

abadlıq  işləri  daha  sürətlə  getsin.  Artıq  televizor  istehsalı 

zavodu  istifadəyə  verilmişdir.  Burada  məişət  malları  istehsalı 

zavodu tikilir. Digər iş yerləri üçün lazım olan infrastruktur və 

sənaye  müəssisələri  də  tikilməlidir.  Çünki  iş  yerləri  çox  olan 

halda,  əlbəttə  ki,  insanların  həyat  səviyyəsi    yaxşılaşır. 

Regionların  sosial-iqtisadi  inkişafı  proqramı  da  bu  məqsədi 

güdür. Bu ilin fevral ayında biz proqramın üçilliyini qeyd etdik, 

çox geniş müzakirələr, təhlillər aparıldı və gördük ki, bu son üç 

il  ərzində  proqramın  icrası  nəticəsində  çox  böyük  işlər 

görülmüşdür.  

Demək  olar  ki,  ölkəmizin  hər  bir  yerində  yenilik  var.  Yeni 

müəssisələr,  fabriklər,  yollar,  infrastruktur  obyektlər,  elektrik 

stansiyaları  –  bütün  bunlar  ölkəmizi  gücləndirir.  Əgər  hər  bir 

rayon iqtisadi cəhətdən güclü olarsa, onda ölkəmiz də güclənər. 

Buna da bütün imkanlar var.  

Bir  daha  demək  istəyirəm  ki,  Azərbaycan  nefti,  Azər-

baycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və 

bu,  əsas  məqsəddir.  Biz  bu  layihələri  başlayanda  məhz  bu 

məqsədi rəhbər tutmuşduq. Çünki əsas məqsəd bütün  imkanları 

səfərbər  edib  insanların  daha  da  yaxşı  yaşamasını  təmin 




 

etməkdir.  Bu  məqsədlə  maaşlar  da,  pensiyalar  da  artırılır. 



Bildiyiniz  kimi,  bu  yaxınlarda  minimum  əməkhaqqı  da 

artırılmışdır.  Büdcədən  maliyyələşən  təşkilatlarda  əməkhaqları 

artırılmışdır.  Bu  siyasət  ardıcıl  şəkildə  aparılır.  Neçə  illərdir 

maaşlar, pensiyalar ildə ən azı iki dəfə artırılır və gələcəkdə də 

biz  bunu  edəcəyik.  Gələcəkdə  bizim  imkanlarımız  daha  da 

geniş,  daha  da  böyük  olacaqdır.  Ona  görə  sosial  məsələlərin 

həllinə daha çox diqqət göstəriləcəkdir.  

Bütövlükdə  səhiyyə  sisteminin  inkişafına  böyük  diqqət 

göstərilir,  yeni  xəstəxanalar  tikilir.  Bildiyiniz  kimi,  bu  yaxın-

larda təcili tibbi yardım maşınlarının alınması üçün prezidentin 

ehtiyat  fondundan  vəsait  ayrılıbdır.  Ən  müasir  standartlara 

cavab verən avadanlıqlar gətiriləcəkdir. Belə olan halda, bütün 

bu sosial məsələlər asanlıqla öz həllini tapacaqdır. 

Mən çox şadam ki, bu gün biz birlikdə bu mərkəzin təməlini 

qoyduq.  Əminəm  ki,  qısa  müddət  ərzində,  maksimum  bir  il 

ərzində  biz  yenə  də  burada  görüşəcək  və  gözəl  xəstəxananın  – 

Müalicə-Diaqnostika Mərkəzinin açılışını qeyd edəcəyik. Bundan 

sonra  belə  açılışlar çox  olacaqdır.  Biz  regionların  sosial-iqtisadi 

inkişafına daha böyük vəsait ayıracağıq. Bizim büdcə gəlirlərimiz 

ildən-ilə  artır  və  bildiyiniz  kimi,  büdcə  gəlirlərinin  əsas  hissəsi 

həm  infrastruktur  layihələrə,  həm  də  sosial  məsələlərin  həllinə 

yönəldilibdir.  Belə  olan  halda,  ölkəmiz  hərtərəfli  inkişaf  edə-

cəkdir.  

Biz  neft  amilindən  çox  məharətlə  istifadə  edirik  və  Azər-

baycan  böyük  həcmdə  neft  hasil  edən  ölkəyə  çevrilir. 

Azərbaycanın beynəlxalq önəmi artır və biz regional çərçivədə 

daha  fəal rol oynayırıq. Bizim təşəbbüsümüzlə həyata keçirilən 

transmilli  layihələr  həm  ölkəmizin  iqtisadiyyatını  gücləndirir, 

həm  də  beynəlxalq  imicini,  önəmini  artırır.  Bu  halda,  bütün 

məsələlər  daha  da  asanlıqla  öz  həllini  tapacaqdır.  Həm  xarici 

siyasətdə,  həm  daxili  siyasətdə,  həm  iqtisadi  inkişafda, 

regionların 

sosial-iqtisadi 

inkişafında, 

müxtəlif 

sosial 


məsələlərin həllində – təhsil, səhiyyə, mədəniyyət, ekologiyada, 

bütün  sahələrdə  proqramlar  var  və  bunlar  ardıcıllıqla  icra 




 8 

olunur.  Mən  şübhə  etmirəm  ki,  yaxın  zamanlarda  Azərbaycan 

çox zəngin ölkəyə çevriləcək, Azərbaycan vətəndaşları daha da 

yaxşı yaşayacaqlar. Mənim məqsədim budur! Mən istəyirəm ki, 

hər  bir  insan  yaxşı  yaşasın,  hər  bir  insanın  maddi  imkanları 

artsın,  uşaqlar  yaxşı  məktəblərdə  oxusunlar,  müəllimlər  yaxşı 

məktəblərdə  dərs  desinlər.  Həkimlər  gözəl  xəstəxanalarda 

işləsinlər  və  insanlarımız  da  sağlam  olsunlar.  Sağlam  olmaq 

üçün,  əlbəttə  ki,  hər  bir  insan  vaxtaşırı  tibbi  müayinədən 

keçməlidir.  Bunu  da  biz  Azərbaycanda  tətbiq  edəcəyik.  Mən 

sizə onu da deyə bilərəm ki, yeni xəstəxanaların tikintisi məhz 

Azərbaycanın rayonlarından başlanmışdır.  

Bizim  istədiyimiz  də  odur  ki,  rayonlarda  tibbi  xidmət 

güclənsin.  Çünki  Bakıda  və  böyük  şəhərlərdə  bu  var,  düzdür, 

bizi tam qane etmir, amma var. Lakin ilk növbədə, rayonlarda 

yaşayan  insanların  sağlamlığı  bizim  üçün  vacibdir,  çünki 

rayonlarda  səhiyyənin  səviyyəsi  çox  aşağıdır.  İndi  hər  bir 

bölgədə  artıq  bu  işlər  gedir  və  gələcəkdə    biz  hər  bir  rayonda  

bunlara nail olacağıq.  

Əziz  dostlar,  mən  sizi  bir  daha  ürəkdən  salamlayıram. 

Şamaxıda  olmağımdan  çox  məmnunam.  Mən  Şamaxıda  də-

fələrlə olmuşam və həmişə şamaxılıların dəstəyini hiss etmişəm. 

Bu dəstək mənə güc verir və buna  əsaslanaraq öz işimi davam 

etdirirəm.  Prezident  kimi,  üzərimə  götürdüyüm  bütün 

öhdəlikləri yerinə yetirirəm və xalq qarşısında vaxtaşırı hesabat 

verirəm.  Görülən  işlər  də  göz  qabağındadır.  Düzdür,  prob-

lemlər, həll olunmamış məsələlər var. Amma biz bunların həlli 

yollarını bilirik, bunları həll edirik və sizin dəstəyinizlə bundan 

sonra da edəcəyik.  

Mən  sizin  hamınıza  ürəkdən  cansağlığı  arzu  edirəm.  Arzu 

edirəm ki, siz xəstələnməyəsiniz, amma işdi, əgər xəstələnsəniz, 

onu  da  bilin  ki,  bir  ildən sonra  burada  ən  yüksək  tibbi  xidmət 

almaq  mümkün  olacaqdır.  Sağ  olun,  sizə  uğurlar,  cansağlığı 

arzulayıram. 

 

 

 



 

        * * * 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə