İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab


«APRA» istirahət və sağlamlıq kompleksinin



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə7/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   2   3   4   5   6   7   8   9   10   ...   115

 22 

«APRA» istirahət və sağlamlıq kompleksinin  

tikintisi ilə tanışlıq 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  1-də  Oğuz  rayonunda  «Apra»  istirahət  və  sağlamlıq 

kompleksinin tikintisi ilə tanış olmuşdur.  

Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə 2006-cı 

ilin  iyulunda  başlanan  kompleks  ilin  sonunadək  tam  istifadəyə 

veriləcəkdir.  Dövlətimizin  başçısının  sahibkarlığın,  regionların 

sosial-iqtisadi  inkişafına  diqqət  və  qayğısının  daha  bir  təzahürü 

olan bu kompleksin ərazisi 1,5 hektar təşkil edir. Tikinti sahəsinin 

ərazisi isə 4200 kvadratmetrdir. 2,2  milyon dollara başa gələcək 

kompleksə indiyədək 1,6 milyon manat xərclənmiş, bunun 400 min 

manatı işçilərə maaş kimi verilmişdir.  

Burada  31  otaqlı  beşulduzlu  mehmanxana,  4  kottec,  sağ-

lamlıq  mərkəzi,  gənclərin  istirahəti  üçün  diskoklub  olacaq, 

idmanla  məşğul  olmağa  şərait  yaradılacaqdır.  Beşmərtəbəli 

mehmanxanada  70  nəfərlik  konfrans salonu,  restoran,  internet 

otağı,  beynəlxalq  tədbirlərin  keçirilməsi  üçün  sinxron  tərcümə 

mərkəzi    fəaliyyət  göstərəcəkdir.  Burada  üçulduzlu  mehman-

xananın da tikintisi nəzərdə tutulur.  

Prezident  İlham  Əliyev  inşaatçılarla  görüşdü,  layihə  ilə 

tanış oldu, tikinti sahələrinə baxdı.  

Dövlətimizin  başçısı  binanın  yuxarı  mərtəbəsindən  ətraf 

mənzərəni, gözəl təbiəti seyr etdi və bu cür obyektlərə gələcəkdə 

tələbatın çox olacağını bildirdi. Turistlərin bu bölgəyə gəlməsi 

üçün  bütün  işlərin  yüksək  səviyyədə  görülməsinin  zəruriliyini 

söylədi.  

 

Oğuz Mərkəzi Rayon Xəstəxanasının 

tikintisi ilə tanışlıq 

 

 

Prezident  İlham  Əliyev  sonra  Səhiyyə  Nazirliyinin 



sifarişi  ilə  Oğuz  şəhərinin  Heydər  Əliyev  prospektində  inşa 

olunan mərkəzi rayon xəstəxanasının tikintisi ilə  tanış oldu.  


 

23 


Səhiyyə naziri Oqtay Şirəliyev prezidentə məlumat verdi ki, 

100 çarpayılıq bu xəstəxanada hər cür müasir şərait yaradıla-

caqdır. İnşaat işlərini «Oğuztikintimexanizasiya» Açıq Səhmdar 

Cəmiyyəti  yerinə  yetirəcəkdir.  Bura  bir  növ  səhiyyə  şəhərciyi 

olacaqdır.  Gündə  250  nəfəri  qəbul  edə  bilən  poliklinika,  təcili 

yardım  stansiyası,  infeksion  və  təsərrüfat  korpusları, 

nasosxana, qazanxana  tikiləcəkdir. 

Layihə  ilə  tanış  olan  prezident  İlham  Əliyev  dedi  ki,  bu  cür 

xəstəxanalar  ölkəmizin  bir  çox  regionlarında,  o  cümlədən  Şama-

xıda, Şəkidə, Balakəndə, Göyçayda və digər rayonlarda artıq inşa 

olunur.  Dövlətimizin  başçısı  ölkəmizdə  əhalinin  sağlamlığının 

qorunması üçün görülən tədbirlərdən danışdı və bu sahəyə bundan 

sonra da diqqət göstəriləcəyini xüsusi vurğuladı. 

 

Olimpiya kompleksinin tikintisi ilə tanışlıq 

 

Prezident  İlham  Əliyev  martın  1-də  Oğuz  şəhərində  Olim-

piya kompleksinin tikintisi ilə tanış olmuşdur.  

İnşaatçılar dövlətimizin başçısını böyük hörmət və ehtiramla 

qarşıladılar.  Prezidentə  məlumat verildi  ki,  tikintiyə 2006-cı  il 

sentyabrın 1-də başlanmışdır və kompleks 2008-ci il sentyabrın 

1-dək  tam  hazır  olacaqdır.  Obyektin  sifarişçisi  Gənclər  və 

İdman  Nazirliyi,  podratçı  təşkilat  «Rövşən  Oğuz»  inşaat 

şirkətidir.  Bu  obyektin  istifadəyə  verilməsi  regionda  idmanın 

inkişafına yeni təkan verəcək, burada respublika və beynəlxalq 

miqyaslı yarışların keçirilməsi mümkün olacaqdır. 

Prezident  İlham  Əliyev  layihə  ilə  tanış  oldu,  inşaatçılara 

təşəkkürünü  bildirdi.  Dövlətimizin  başçısı  ölkəmizin  artıq  10-

dan  çox  rayonunda  Olimpiya  İdman  Kompleksinin  tikildiyini 

xatırladaraq, bu cür tədbirlərin gələcəkdə davam etdiriləcəyini 

söylədi. 

Prezidentə  idmançılara  göstərdiyi  diqqət  və  qayğıya  görə 

təşəkkür bildirildi.  

Bununla da prezident İlham Əliyevin Oğuz rayonuna səfəri 

başa çatdı. 


 24 

 

 

 

AZƏRBAYCAN PREZİDENT İLHAM ƏLİYEVİN  

QƏBƏLƏ RAYONUNA SƏFƏRİ 

 

2 mart 2007-ci il 

 

Heydər Əliyev muzeyinin açılış mərasimi 

 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  2-də  Qəbələ 



rayonuna gəlmişdir.  

Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı rayon 

sakinləri  böyük  hörmət  və  ehtiramla,  gül-çiçəklə,  hərarətli 

alqışlarla  qarşıladılar.  Onların  əllərində  Azərbaycanın  Dövlət 

bayraqları,  ulu  öndər  Heydər  Əliyevin  və  prezident  İlham 

Əliyevin  portretləri,  xalqımızın  ümummilli  liderinin  müdrik 

kəlamları yazılmış transparantlar var idi.    

Prezident əvvəl Qəbələdə Heydər Əliyev muzeyinin təntənəli 

açılış mərasimində iştirak etdi.  

Dövlətimizin  başçısı  rəmzi  açılışı  bildirən  lenti  kəsdi,  ulu 

öndərin muzeydə qoyulmuş büstü önünə gül dəstəsi qoydu.  

200-dən  artıq  fotoşəkil,  arxiv  sənədləri  və  müxtəlif  kitablar 

toplanmış   muzey həm də Heydər Əliyev Fondunun Qəbələ fi-

lialı kimi də fəaliyyət göstərəcəkdir. Burada kitabxana, sənədli 

filmin nümayişi üçün salon var. Ekspozisiya ulu öndərin uşaqlıq 

və  gənclik  illərindən,  ailə  həyatından,    Dövlət  Təhlükəsizlik 

Komitəsində işlədiyi illərdən, Azərbaycana rəhbərliyinin hər iki 

dövründən,  Moskvada  SSRİ-nin  ali  rəhbərliyində  işlədiyi, 

habelə  sonralar  Naxçıvanda  yaşadığı  illərdən  bəhs  edir.  Eyni 

zamanda, muzeydə ümummilli liderin 1978-ci və 2002-ci illərdə 

Qəbələ  rayonuna  səfərləri  və  burada  keçirdiyi  görüşləri  əks 

etdirən fotoşəkillər toplanmışdır.  

Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü 

il  mayın  10-da  «Heydər  Əliyev  İrsi  Beynəlxalq  Elektron 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə