İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə4/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   2   3   4   5   6   7   8   9   ...   115

 

13 


Azərbaycan  vətəndaşları  olacaqdır.  Su  kəmərinin  ümumi  uzun-

luğu 267 kilometr, diametri 2 metr, məhsuldarlığı isə saniyədə 5 

kubmetr olacaqdır.  

Dövlətimizin  başçısı  suötürücü  qovşağın  və  su  kəməri  layi-

həsi,  qazılacaq istismar  quyularının  konstruksiyası,  su  kəməri-

nin  şərti  sxemi,  təzyiqnizamlayıcı  qurğular,  Oğuz  suqəbuledici 

qurğular  kompleksinin  Baş  planı,  eləcə  də  Abşeron  qurğular 

kompleksinin Baş planı və su kəmərinin marşrutunun profili ilə 

tanış oldu. Bildirildi ki, Bakı şəhərinin içməli suya olan tələba-

tının  ödənilməsi  üçün  çəkiləcək  bu  kəmərin  təşəbbüskarı  ulu 

öndər Heydər Əliyev olmuşdur. Suyun mənbəyində, yəni başlan-

ğıc nöqtəsində hündürlük dəniz səviyyəsindən 410 metr, Bakıda 

son  nöqtədə  –  Yeni  Yasamal  ərazisində  isə  110  metrdir.  Ona 

görə  də  su  öz  təzyiqi  ilə  nəql  olunacaqdır.  Yolboyu  təzyiq-

nizamlayıcı  qurğular  quraşdırılacaq,  tutumu  10  min  kubmetr 

olan  iki  su  anbarı  tikiləcəkdir.  Hansısa  fövqəladə  hal  baş 

verərsə,  Müşfiqabad  qəsəbəsində  yerləşəcək  yolüstü  su  anba-

rından suyu subölüşdürücü qurğular vasitəsilə Ceyranbatan su 

anbarına  yönəltmək  mümkün  olacaqdır.  Bu  məqsədlə  əlavə 

boru xətti çəkiləcəkdir. Su kəmərinin marşrutu 12 çaydan keçir, 

8  yerdə  avtomobil  və  2  yerdə  dəmir  yolu  ilə  kəsişir.  Kəmərdə 

SCADA  tipli  nəzarət  sistemi  yaradılacaq,  suyun  nəqlində 

elektrik enerjisindən istifadə olunmayacaqdır.  

Prezident  İlham  Əliyev  layihə  ilə  tanışlıqdan  sonra  gilizi 

təmələ qoydu və beton qarışığını tökdü.  

Sonra bu münasibətlə təntənəli mərasim keçirildi.  

Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 

 



 14 

 

 



 

OĞUZ–QƏBƏLƏ–BAKI SU KƏMƏRİNİN 

TƏMƏLQOYMA MƏRASİMİNDƏ  NİTQ 

 

1 mart 2007-ci il 

 

Əziz oğuzlular! 

Əziz bacılar və qardaşlar! 

Mən  sizin  hamınızı  ürəkdən  salamlayıram.  Bu  gün  çox 

gözəl, çox tarixi bir gündür. Çox böyük, Azərbaycan üçün çox 

önəmli  layihə  bu  gün  həyata  keçirilməyə  başlayır.  Bu  gün  biz 

Oğuz–Qəbələ–Bakı  su  kəmərinin  təməlini  qoyduq  və  əminəm 

ki,  qısa  müddət  ərzində  bu  kəmər  inşa  olunacaq  və  Bakı 

şəhərini içməli su ilə təmin edəcəkdir.  

Bildiyiniz  kimi,  bu  kəmərin  tikintisi  üçün  əvvəllər  çox 

böyük səylər göstərilmişdir, tədqiqat işləri aparılmışdır. Ancaq 

maliyyə vəziyyəti bunu həyata keçirməyə imkan vermirdi. İndi 

isə  Azərbaycanın  iqtisadi  inkişafı  o  qədər  sürətlə  gedir  ki,  biz 

istənilən  layihəni  həyata  keçirməyə  qadirik.  İlk  növbədə,  biz 

insanları  daha  çox  narahat  edən  məsələlərə  diqqət  göstəririk, 

əsas  vəsaiti  oraya  yönəldirik.  Sosial  məsələlərin  həlli, 

infrastruktur layihələrin həyata keçirilməsi bizim üçün prioritet 

məsələdir.  O  cümlədən  su  təchizatı.  Su  sağlamlıq  deməkdir, 

həyat  deməkdir.  Bu  bölgədə  mövcud  olan  su  ən  yüksək 

keyfiyyətə  malikdir.  Deyə  bilərəm  ki,  dünyanın  ən  yüksək 

standartlarına  uyğundur  və  bəlkə  də  bu  standartlardan  da 

yüksəkdir.  Əlbəttə  ki,  bu  kəmərin  tikintisi  nəticəsində 

Azərbaycanda  xeyli  böyük  işlər  görüləcək,  yeni  iş  yerləri 

açılacaqdır. Nəticədə Bakı şəhəri içməli su ilə tam şəkildə təmin 

olunacaqdır. Bakının su təminatı bizi qane edə bilməz. Bu vaxta 

qədər  4  kəmər  tikilibdir.  Birinci  kəmər  1917-ci  ildə  Hacı 

Zeynalabdin  Tağıyev  tərəfindən  çəkilmişdir.  50-ci  illərdə  bir 

kəmər  tikilibdir.  Bundan  sonra  iki  kəmər  ulu  öndər  Heydər 




 

15 


Əliyevin təşəbbüsü ilə tikilibdir. Əminəm ki, bu beşinci kəmər 

Bakının bütün su problemlərinin həllinə imkan yaradacaqdır.  

Bunu etmək üçün, əlbəttə ki, hər bir böyük layihəni həyata 

keçirmək  üçün  ilk  növbədə  maliyyə  imkanları  lazımdır  və  biz 

bunları yaradırıq. Son illər ərzində Azərbaycanın uğurlu iqtisadi 

siyasəti, aparılan iqtisadi islahatlar imkan yaradır ki, bu gün biz 

infrastruktur  layihələrə  böyük  həcmdə  vəsait  qoyaq.  Elektrik 

stansiyaları,  məktəblər,  xəstəxanalar  tikilir,  yollar  salınır,  su 

kəmərləri çəkilir. Bu da çox böyük əhəmiyyətə malikdir ki, biz 

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində əldə 

edilmiş  gəlirləri  su  kəmərinin  tikintisinə  yönəltmişik. 

Azərbaycanın  uğurlu  neft  strategiyası  öz  konkret  nəticələrini 

verməkdədir. Biz bunu bugünkü tədbirdə də görürük. Biz bunu 

Azərbaycanda  tikilən  məktəblərin  simasında  görürük, 

maaşların,  pensiyaların  artırılmasında  görürük,  yeni  yolların 

salınmasında görürük.  

Bütün  bu  işlərin  təməli  1994-cü  ildə  qoyulmuşdur.  Ulu 

öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Azərbaycanda  başlanmış 

uğurlu  neft  strategiyamız  bu  imkanları  bizə  yaradır.  İndi 

Azərbaycanın  iqtisadiyyatı  ən  yüksək  sürətlə    inkişaf  edir. 

Ardıcıl  iki  ildir  bizim  iqtisadiyyatımız  dünyada  ən  sürətlə 

inkişaf edən iqtisadiyyatdır. 2005-ci ildə artım 26 faiz, 2006-cı 

ildə  isə  34  faiz  olmuşdur.  Yəni  bunlar  dünyada  analoqu 

olmayan  göstəricilərdir.  Bununla  bərabər,  yoxsulluğun  səviy-

yəsi kəskin şəkildə aşağı düşür, işsizlik aradan qaldırılır. 

Bilirsiniz  ki,  regionların  sosial-iqtisadi  inkişafı  bizim  üçün 

ən prioritet məsələlərdən biridir. 

Təsadüfi deyil ki, böyük layihələr, infrastruktur layihələr, ilk 

növbədə  bölgələrdə  reallaşdırılır.  Bu  yaxınlarda  beş  yeni 

elektrik  stansiyası  tikilmişdir.  Onların  dördü    bölgələrdədir. 

Bakını  bölgələrlə  birləşdirən  yollar  salınır.  Xəstəxanalar  ilk 

növbədə  bölgələrdə  tikilir.  İdman  qurğuları  da  rayonlarda 

yaradılır.  Yeni  turizm  obyektləri,  mehmanxanalar  –  bütün 

bunlar imkan yaradır ki, işsizlik aradan qaldırılsın, insanlar işlə 

təmin olunsunlar, daha da yaxşı yaşasınlar və bölgələr dirçəlsin, 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə