İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə10/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   6   7   8   9   10   11   12   13   ...   115

 

31 


görə  Dövlət  İnvestisiya  Şirkəti  vasitəsilə  Azərbaycan  Hökuməti 

özü  müəyyən  edəcək  ki,  bu  investisiyaları  hansı  rayona,  hansı 

sahəyə, hansı sənaye sahəsinin inkişafına yönəldək.  

Üçüncü  tərəfdən,  kənd  təsərrüfatının  inkişafı  üçün  «Aqro-

lizinq»  Səhmdar  Cəmiyyəti  yaradılıbdır  və  onun  xətti  ilə  artıq 

üçüncü ildir ki, çoxlu kənd təsərrüfatı texnikası gətirilir, icarəyə 

verilir. Bu il enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə 

əlaqədar  kəndlilərə  80  milyon  manat  məbləğində    subsidiya 

veriləcəkdir.  O  subsidiya  gübrənin,  eyni  zamanda,  yanacağın 

alınmasına  yönəldiləcəkdir.  Yəni  dövlət  öz  tərəfindən  çalışır 

bütün imkanları yaratsın ki, insanlar yaxşı yaşasınlar.  

Amma o da var ki, biz bu gün bazar iqtisadiyyatı şəraitində 

yaşayırıq.  Bazar  iqtisadiyyatı  bizim  üçün  təzə,  müasir  bir 

yoldur.  Tarix  də,  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  də  onu 

göstərir ki, başqa yol yoxdur. Bəzi hallarda bu yolda, xüsusilə 

iqtisadi  islahatlar  aparılarkən  insanların  həyat  səviyyəsi  aşağı 

düşür.  Biz  bunu  başqa  ölkələrin  timsalında  görmüşük.  Hətta 

Sovet  İttifaqının  dağılması  da  məhz  elə  onun  nəticəsi  idi  ki, 

islahatlar  düşünülmədən,  sosial  məsələlər  həll  olunmadan 

aparılmışdır.  

Bizdə isə həm bazar iqtisadiyyatı inkişaf edir, həm də sosial 

məsələlər  həll  olunur.  Minimum  əməkhaqqı  ildə  iki  dəfə 

artırılır,  büdcədən  maliyyələşən  təşkilatlarda  insanların 

əməkhaqları  mütəmadi  qaydada  artırılır.  Eyni  zamanda,  güclü 

iqtisadi  islahatlar  aparılır  və  bölgələrin  inkişafına  diqqət 

yetirilir:  sosial  sahə,  infrastruktur,  yollar,  su  kəmərləri,  qaz 

kəmərləri,  elektrik  xətləri,  elektrik  stansiyaları,  körpülər  və 

abadlıq  işləri.  Əgər  biz  bütün  bu  istiqamətlərdə  indiki  kimi 

uğurla inkişaf etsək, qısa müddət ərzində Azərbaycanda əsaslı, 

yəni  insanları  narahat  edən  problemlər  qalmayacaqdır.  Mənim 

də  məqsədim  bundan  ibarətdir  ki,  hər  kəs  üçün  gözəl  şərait 

yaradılsın.  Büdcə  təşkilatlarında  işləyənlərin  yaxşı  maaşı 

olmalıdır  ki,  onlar  yaxşı  yaşasınlar.  Özəl  sektorda  işləyənlərin 

də  imkanı  olmalıdır  ki,  yaxşı  dolansınlar.  Bütün  sosial 

infrastruktur  yeniləşməlidir.  Məktəb  tikintisi,  xəstəxanaların 



 32 

tikintisi,  insanların  gündəlik  təmasda  olduqları  bütün  sahələrə 

biz gərək yenilikləri gətirək və ölkəmizi müasirləşdirək. Tarixi, 

milli  dəyərlərə  söykənərək  ölkəmizi  irəliyə  aparmalıyıq, 

müasirləşdirməliyik, 

dünya 


iqtisadiyyatına 

inteqrasiya 

etməliyik.  

Biz artıq bölgədə lider ölkəyə çevrilmişik. Bunu hamı etiraf 

edir. Bizim iştirakımız olmadan bölgədə istər enerji sahəsində, 

istərsə də nəqliyyat sahəsində heç bir layihə icra oluna bilməz. 

Əgər 1994-cü ildə biz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 

xarici şirkətlərlə neft müqaviləsi imzalamasaydıq, bunların heç 

biri mümkün olmayacaqdı. Ancaq biz bunları reallığa çevirdik. 

Bakı–Tbilisi–Ceyhan  neft  kəməri  Azərbaycan  xalqının 

uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcəkdir. Ondan 

sonrakı  layihələr,  dəmir  yolunun  tikintisi  çox  böyük  tarixi 

hadisədir. Biz Türkiyəni Azərbaycanla birləşdirən, Orta Asiyanı 

Azərbaycan  vasitəsilə  Avropa  ilə  birləşdirən  dəmir  yolunun 

üzərində işləyirik. Uzun illərdir çalışırdıq ki, bu dəmir yolunun 

layihəsini  ölü  nöqtədən  tərpədək.  İmkan  yox  idi.  Nəyə  görə? 

Çünki  heç  kim  buna  vəsait  qoymaq  istəmirdi.  Beynəlxalq 

banklara, beynəlxalq təşkilatlara, müxtəlif maliyyə qurumlarına 

müraciət  etmişdik,  heç  bir  cavab  yox  idi.  Nə  vaxt  biz  bunu 

etdik?  O  vaxt  ki,  bizim  özümüzün  imkanı  oldu.  Azərbaycan 

dövləti  üzərinə  200  milyon  dollar  həcmində  maliyyə  öhdəliyi 

götürdü. Biz artıq bir müddət bundan əvvəl o dəmir yolunun hə-

yata  keçirilməsinin  təməlini  qoyduq  və  bunu  icra  edəcəyik. 

Ölkə  daxilində  və  ölkə  xaricində  Azərbaycanın  milli  maraq-

larına  uyğun  nə  varsa,  biz  onu  edəcəyik.  Regionda  bizim 

rolumuz  artdıqca,  əlbəttə  ki,  imkanlarımız  artır.  Bizim  təsir 

imkanlarımız  artır  və  ölkədə  proseslər  daha  da  sürətlə  gedə-

cəkdir: güclü iqtisadiyyat, güclü sosial siyasət, xarici siyasət və 

bölgələrin inkişafı. Bir daha demək istəyirəm ki, bu yeniliklər ki 

var  –  yəni  xəstəxana,  məktəb  tikintisi  –  biz  bunları  ən  ucqar 

rayonlardan  başlamışıq,  yolların  çəkilməsinə  ən  ucqar 

kəndlərdən  başlamışıq.  Nə  üçün?  Çünki  orada  yaşayan 

insanların buna ehtiyacı şəhərdə yaşayan insanlarla müqayisədə 



 

33 


daha    çoxdur.  Ona  görə  indi  hansı  rayona,  hansı  bölgəyə 

baxsan,  orada  olimpiya  kompleksi,  xəstəxana  və  məktəblər 

tikilir. Ölkəmiz beləcə inkişaf edəcək, gözəl binalar tikiləcəkdir. 

Mən indi görürəm ki, Qəbələ rayonunda da gözəl abadlıq işləri 

görülür,  binalar,  divarlar  çox  səliqə  ilə  rənglənir,  çox  gözəl 

quruculuq işləri aparılır. 

Buranın gözəl təbiəti var. Bu təbiət, bu dağlar özlüyündə hər 

bir  yerə  yaraşıqdır.  Əgər  biz  bunu  müasir  binalarla,  müasir 

görkəmi olan memarlıq abidələri ilə tamamlasaq, daha da gözəl 

olacaqdır.  Mən  bunu  istəyirəm,  bunu  arzu  edirəm  və  bu 

məramla da sizinlə görüşə gəlmişəm.  

Əziz  dostlar,  mən  sizə  bir  daha  öz  salamlarımı,  hörmət  və 

məhəbbətimi  çatdırıram.  Arzu  edirəm  ki,  sizin  həyatınızda, 

ailənizdə hər şey yaxşı olsun, sağlam olasınız və Azərbaycanın 

inkişafında, ölkəmizin möhkəmlənməsində biz birlikdə işləyək. 

Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun. 

 

* * * 


 

 

Sonra  prezident  İlham  Əliyev  sakinlərlə  səmimiyyətlə  görüşüb 



hal-əhval  tutdu.  Qəbələlilər  dövlətimizin  başçısına  tə-

şəkkürlərini bildirərək, ölkənin sosial-iqtisadi inkişafı sahəsində 

görülən  işlərdən  razılıqlarını  ifadə  etdilər,  ulu  öndərin  tarixi 

xidmətlərini  xatırladılar,  onun  arzularının  həyata  keçirilməsi 

istiqamətində dövlətimizin başçısının rəhbərliyi ilə daha böyük 

uğurlar qazanılacağına əminliklərini söylədilər. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə