İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə13/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   9   10   11   12   13   14   15   16   ...   115

 40 

rayonda  sovet  dövründə  görülən  işlərdən  qat-qat  artıq  işlər 

görülür.  Qəbələdə  altı  mindən  çox  iş  yeri  yaradılıbdır.  Bu  in-

kişafı, bu gözəlliyi görəndə  insanlarda yaşamaq həvəsi daha da 

artır.  

İ l h a m   Ə l i y e v: Mən də görəndə ki, insanların əhval-

ruhiyyəsi yaxşıdır, üzü gülür, mənə daha çox güc gəlir.  



F ə t t a h   H e y d ə r o v (Milli Məclisin deputatı): Həqi-

qətən  də  ulu  öndərimizin  ayağı  haraya  dəyibsə,  ora  dirçəlib, 

yeni həyat qazanıbdır. Qəbələ tamamilə dəyişibdir, inkişaf edir. 

Ağsaqqalların hamısı sanki cavanlaşıblar.  



N a z i m   M u s t a f a y e v: Cənab Prezident, ağsaqqallar 

Sizdən  çox  razıdırlar.  Sağ  olun  ki,  pensiyaları  vaxtaşırı 

artırırsınız.  

İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Pensiyalar,  minimum  əməkhaqqı 

artırılıbdır. Bu hələ başlanğıcdır. İmkanlarımız genişlənir, daha 

da çox artıracağıq.  

N u r u   C a b b a r o v (ağsaqqal): Hörmətli Prezidenti-

miz,  bu  gün  bizə  ən  yüksək,  əvəzolunmaz  mükafat  verirsiniz. 

Allah  Sizə  cansağlığı  versin,  atanıza  da  rəhmət  diləyirik. 

Görülən bu işlərə görə, bu gözəlliyi, imkanları bizlərə verdiyi-

nizə görə olduqca minnətdarıq.  

İ l h a m   Ə l i y e v: Çox sağ olun. Həm iqtisadi, həm də 

sosial  sahədə  inkişaf  var,  sosial  məsələləri  həll  edirik.  İndi 

böyük xəstəxana tikirik.  

N a z i m   M u s t a f a y e v: İstəyirik  Siz uzun illər – on, 

iyirmi,  otuz  il  Azərbaycana  rəhbərlik  edəsiniz.  Siz  hamımızın 

prezidentisiniz.  

S ü l e y m a n   M e h d i y e v (ağsaqqal): Apardığınız 

siyasəti biz çox böyük ruh yüksəkliyi ilə dəstəkləyirik. Həmişə 

Sizin  yanınızdayıq.  Yaratdığınız  şəraitə  görə  də  minnətdarıq. 

İndi Qəbələ rayonu qələbə rayonuna çevrilibdir.  



İ l h a m   Ə l i y e v: Görəndə ki, həyat yaxşılaşır, sevi-

nirəm. Yeni binalar tikilir, insanlar daha da yaxşı yaşayır, əhval-

ruhiyyə  yaxşıdır.  Qəbələ  indi  ən  sürətlə  inkişaf  edən 

rayonlardan biridir.  




 

41 


N u r u   C a b b a r o v: Rayonumuzdan seçilən deputatı-

mız  da,  icra  hakimiyyətinin  başçısı  da  yorulmaq  bilmədən 

çalışırlar.  

İ l h a m   Ə l i y e v: Deputatlar öz seçiciləri üçün işləməli-

dir. Deputat belə olmalıdır.  



N a z i m   M u s t a f a y e v: Səhər işə gedib, axşam evinə 

dönən  adam  xoşbəxtdir.  Siz  bu  xoşbəxtliyi  insanlara  bəxş 

etmisiniz. Dediyiniz 600 min iş yeri açılır, insanlar işlə məşğul 

olur,  axşam  ailəsi  üçün  çörək  aparır  –  bunların  hamısı  çox 

gözəldir. Hazırda 520 min iş yeri yaradılıbdır.  

İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Sosial  məsələlərə  diqqət  yetirilir. 

Məsələn,  məktəb  tikilir.  Nə  üçün?  Çünki  uşaqlar  yaxşı  mək-

təbdə oxusunlar, internet olsun, bilsinlər dünyada nə baş verir. 

Yəni  bilikli  olsunlar.  İndi  bizim  iqtisadi  potensialımız 

möhkəmlənir. Əsas istəyimiz odur ki, gənc nəsil savadlı olsun. 

Xəstəxanalar da tikilir. Qəbələdə Müalicə-Diaqnostika Mərkəzi 

tikilir.  Sizdən  xahiş  edirəm  ki,  hazır  olanda  vaxtaşırı  oraya 

gedin,  müayinədən  keçin.  Düzdür,  görürəm  siz  sağlamsınız, 

gümrahsınız.  Amma  yenə  də  tibbi  nəzarət  olmalıdır.  Əvvəllər, 

Sovet İttifaqı zamanı belə təşəbbüs irəli sürmüşdülər ki, insanlar 

ümumi  dispanser  müayinəsindən  keçməlidirlər.  Amma  onu 

təmin edə bilmədilər, çünki imkan yox idi. Biz indi bölgələrdə 

müalicə-diaqnostika kompleksləri yaradırıq. Əsas məqsəd odur 

ki,  bütün  insanlar  ildə  bir  dəfə  orada  müayinədən  keçsinlər. 

Orada həm rentgen müayinəsi, həm qan, həm də digər analizlər 

aparılır  və  s.  İnsanlar  bilir  ki,  xəstəliyi  nədir  və  necə  müalicə 

olunmalıdır.  Ondan  sonra  müalicə  alır,  rahat  yaşayır.  Mən 

istəyirəm  bölgələrdə  bu  yeniliklər  kök  salsın  ki,  yaşından  asılı 

olmayaraq,  bütün  insanlar  öz  sağlamlıqlarını  qorusunlar,  çox 

yaşasınlar.  Ağsaqqallar  həmişə  qabaqcıl  mövqelərdə  olsunlar. 

Siz həmişə fəal olmusunuz.  

F ə t t a h   H e y d ə r o v: Burada müdrik insanlar var. 

Ağsaqqallar  Sizin  dayağınızdır,  bütün  məsələlərdə  öndədirlər, 

çevikdirlər,  gənclərə  düz  yol  göstərir,  məsləhətlər  verirlər, 



 42 

görülən  işlərə  sevinirlər.  Problemlərin  həllində  səbir  nümayiş 

etdirirlər.  

İ l h a m   Ə l i y e v: Bu, gənclər üçün lazımdır. Biz gənc-

ləri  vətənpərvər,  peşəkar  böyütməliyik.  Onlar  sizə  baxıb  nü-

munə  götürürlər.  Çox  şadam  ki,  sizinlə  görüşdüm.  Sizə  can-

sağlığı, uğurlar arzulayıram. 



Dövlətimizin başçısı ağsaqqallarla nərd oynadı, çay süfrəsi 

arxasında söhbət etdi.  

 

* * * 


 

Prezident  İlham  Əliyev  «Zopzopu»  özfəaliyyət  folklor 

ansamblının nümunəvi çıxışına maraqla tamaşa etdi. Bildirildi 

ki,  ansambl  Fransada,  Rusiyada  və  digər  ölkələrdə  keçirilən 

folklor musiqi  festivallarında uğurla çıxış edir.  

 

 



 

 

 



 

 

 



 

Nohurqışlaq kənd orta məktəbi ilə tanışlıq 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  2-də  İlham 

Abdulkərimov  adına  Nohurqışlaq  kənd  orta  məktəbi  ilə  tanış 

olmuşdur. 

Direktor  Səfər  Səfərov  prezident  İlham  Əliyevə  məlumat 

verdi  ki,  məktəbin  əvvəlki  binası  1936-cı  ildə  inşa  olunmuşdu. 

Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  çərçi-

vəsində  yeni  binanın  tikintisinə  2004-cü  ilin  ikinci  yarısında 

başlanmış,  2006-cı  il  sentyabrın  1-də  istifadəyə  verilmişdir. 

Üçmərtəbəli, 24 sinif otağından ibarət məktəbdə tədrisi yüksək 

səviyyədə  aparmaq  üçün  hərtərəfli  şərait  yaradılmışdır. 

Komyuterlərlə  təchiz  edilən,  laboratoriyaları  olan  məktəbdə 

500-dən çox şagird təhsil alır, 72 müəllim çalışır.  

Prezident  İlham  Əliyev  ayrı-ayrı  sinif  otaqlarına,  fənn 

kabinetlərinə  baxdı,  ingilis  dili  dərsində  iştirak  etdi.  Məktəbin 

ingilis və fransız dili müəllimi Fazil Atakişiyev prezident İlham 

Əliyevə müraciətlə dedi ki,  şagirdlərimizin  belə gözəl, müasir 

məktəbdə  təhsil  almasına  görə  Sizə  və  Azərbaycanın  birinci 

xanımına  səmimi  təşəkkürümüzü  bildiririk.  Sizin  gərgin  əmə-


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə