İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə11/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   7   8   9   10   11   12   13   14   ...   115

 34 

 

 



 

PREZİDENT İLHAM ƏLİYEV  

QƏBƏLƏ RAYONUNDA  

 

2 mart 2007-ci il 

 

Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin  

tikintisi ilə tanışlıq 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  2-də  Qəbələ 



rayonunda  Müalicə-Diaqnostika  Mərkəzinin  tikintisi  ilə  tanış 

olmuşdur.  

İnşaatçılar  dövlətimizin  başçısını  və  xanımını  hərarətlə 

qarşıladılar.  

Prezidentə məlumat verildi ki, mərkəzin tikintisinə 2005-ci ildə 

başlanılıb,  bu  ilin  avqust  ayında  inşaat  işləri  tamamlanacaqdır. 

ARDNŞ-in  sifarişi  ilə  tikilən  bu  mərkəzə  4  milyon  manat,  o 

cümlədən  avadanlığın, cihazların və digər inventarların alınması 

üçün 3,5 milyon manat vəsait xərclənəcəkdir.  

Mərkəzin  layihəsi  ilə  tanış  olan  dövlətimizin  başçısı  artıq 

ölkəmizin  10  rayonunda  bu  cür  səhiyyə  ocaqlarının  yara-

dıldığını  xatırladaraq  dedi  ki,  Qəbələdə  də  belə  bir  mərkəzin 

istifadəyə  verilməsi  əhaliyə  göstərilən  səhiyyə  xidmətinin 

səviyyəsini  yüksəldəcəkdir.  Prezident  İlham  Əliyev  Lənkəran 

Müalicə-Diaqnostika Mərkəzində  açıq  ürək  üzərində əməliyyat 

aparıldığını  vurğuladı  və  bildirdi  ki,  gələcəkdə  Qəbələdən  də 

xəstələrin  Bakıya  getməsinə  ehtiyac  qalmayacaq,  burada  da 

mürəkkəb  cərrahiyyə  əməliyyatlarının  keçirilməsi  mümkün 

olacaqdır.  Dövlətimizin  başçısı  Müalicə-Diaqnostika  Mərkə-

zinin  xarici  görünüşünün  müasir  standartlara  uyğun  olması 

üçün tövsiyə və tapşırıqlarını verdi. 

Prezident  İlham  Əliyev  inşaatçılarla    görüşüb  söhbət  etdi. 

Qəbələ  rayonunda  bundan  sonra  tikinti  işlərinin  hələ  çox 

olacağını bildirdi və onlara uğurlar arzuladı. 


 

35 


 

 

«Gilan Holding» Şirkətlər Qrupunun 



konserv zavodunda 

 

 



Azərbaycan  prezidenti  İlham  Əliyev  həmin  gün  «Gilan 

Holding»  Şirkətlər  Qrupunun  Qəbələ  konserv  zavodunda  ol-

muşdur.  

Müəssisənin  kollektivi  dövlətimizin  başçısını  böyük  ehti-

ramla qarşıladı. 

Zavodun  direktoru  Rövşən  Fərhadov  prezident  İlham 

Əliyevə məlumat verdi ki, 2005-ci ilin avqust ayında dövlət baş-

çısının  xeyir-duası  ilə  təməli    qoyulmuş  və  hazırda  istifadəyə 

verilən zavod regionların sosial-iqtisadi inkişafına dair Dövlət 

Proqramının  həyata  keçirilməsinin  bəhrəsidir.  Respublika 

iqtisadiyyatında  əhəmiyyətli  yer  tutacaq  müəssisənin  istehsal 

gücü və texniki avadanlıq cəhətdən Qafqazda analoqu yoxdur. 

Ən  müasir  dünya  standartlarına  cavab  verən  avadanlıq 

İtaliyanın  «Podovan»  şirkəti  tərəfindən  quraşdırılaraq 

istifadəyə verilmişdir. İllik istehsal gücü 70 min ton olan zavod-

da 150 nəfər işləyir, orta aylıq əməkhaqqı 200 manatdır. Meyvə 

tədarükü  mövsümündə  işçilərin  sayı  300–350  nəfərə  çatır. 

Məhsul  istehsalında  istifadə  olunan  meyvə  və  giləmeyvənin 

tədarükü  kənd  əhalisinin  məşğulluğuna  kömək  edir,  pul 

gəlirlərinin artmasına əhəmiyyətli şəkildə təsir göstərir. 

Gələcəkdə  zavodun  xammala  olan  tələbatının  ödənilməsi 

məqsədilə  100  hektardan  artıq  sahədə  meyvə  bağları  sa-

lınmışdır. Zavodda müxtəlif növ meyvə püreləri, konsentratlar, 

şirələr, turşular, mürəbbələr, cemlər istehsal edilir.  

Prezident  İlham  Əliyev  müəssisənin  istehsal  sahələrini 

gəzdi, məhsulun qəbulu, təmizlənməsi, emalı və bankalara dol-

durulması prosesini izlədi, hazır məhsuldan daddı. 

Dövlətimizin  başçısı  istehsal  olunan  məhsulların  sərgisinə  

baxdı. Sərgidə 40 çeşiddə şirə, cem, mürəbbə, turşular və mar-

melad  nümayiş  etdirildi  və  bildirildi  ki,  gələcəkdə  yüz  adda 

məhsul  buraxılacaqdır.  Bu  məhsullar  yerli  və  xarici  bazarın 


 36 

tələblərinə cavab verir, HACCP və İSO standartlar sertifikatına 

layiq görülmüşdür. İstehsal olunan məhsul nümunələri bir çox 

xarici  ölkə  nümayəndələri  tərəfindən  laborator  analizindən 

keçirilərək, yüksək qiymət almış və böyük maraq doğurmuşdur. 

Bu da deməyə əsas verir ki, müəssisə məhsullarını bir çox xarici 

ölkələrdə  də  sata  biləcək,  Azərbaycanın  yüksək  keyfiyyətli 

məhsullarını dünyaya tanıdacaqdır.  

Prezident İlham Əliyev «Gilan Holding» Şirkətlər Qrupuna 

məxsus  «Aqro-Azərinvest»  Məhdud  Məsuliyyətli  Cəmiyyətin 

fəaliyyəti barədə lövhə ilə tanış oldu, Şirkətlər Qrupunun fəaliy-

yətindən bəhs edən filmə baxdı. Bildirildi ki, «Aqro-Azərinvest» 

MMC  2004-cü  ildə  yaradılmışdır.  Perspektiv  plana  müvafiq 

olaraq  yeni  üzümlüklər  salınır.  Cəmiyyətin  respublikanın 

müxtəlif rayonlarında 1200 hektardan artıq torpaq sahəsi var. 

Bunun 310 hektarı öz   mülkiyyətidir, qalanı isə uzunmüddətli – 

99 illiyə icarəyə götürülmüşdür. Xanlar, Qəbələ, Yevlax, Samux 

rayonlarında üzüm bağları salınmışdır.  

2006-cı ildə Qəbələ rayonunda istifadəyə verilmiş və istehsal 

gücü  saatda  1,5  min  qab  olan  sexdə  müxtəlif  ölçülü  bu-

tulkalarda  ağ  və  qırmızı  şərab  istehsal olunur. Burada  3 litr-

lik  plastik  qablara  doldurulmuş  şərablar  da  buraxılır.  2007-ci 

ildən  isə  üzüm  şirəsinin  istehsalı  nəzərdə  tutulur.  2008-ci  ilin 

yığım  mövsümündə  isə  eyni  vaxtda  1000  ton  süfrə  üzümünün 

saxlanması  üçün  soyuducu  anbarın  və  kişmiş  istehsal  etmək 

üçün illik gücü 1000 ton olan sexin tikintisinə  başlanacaqdır. 

 

 



Qəbələ Ticarət Kompleksi ilə tanışlıq 

 

Azərbaycan prezidenti İlham Əliyev martın 2-də «Gilan Hol-

ding» Şirkətlər Qrupunun inşa etdiyi Qəbələ Ticarət Kompleksi 

ilə tanış olmuşdur.  

İş  adamları,  ticarətçilər  dövlətimizin  başçısını  və  xanımını 

səmimiyyətlə qarşıladılar, balaca uşaqlar şeir söylədilər.  


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə