İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə18/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   14   15   16   17   18   19   20   21   ...   115

 58 

siyasi  böhran,  Azərbaycanda  gedən  xoşagəlməz  proseslər 

ölkəmizin  bütövlükdə  müqəddəratını  sual  altında  qoymuşdu.  İlk 

illərdə  qardaş  Türkiyənin  dəstəyi  bizim  üçün  həlledici  oldu. 

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə olmuşdur 

və ilk illərdən Azərbaycana öz qardaş əlini uzatdı. Buna görə mən 

Türkiyəyə,  bütün  türk  xalqına  Azərbaycan  xalqı  adından  dərin 

minnətdarlığımı bildirirəm. 

Xatırlayıram  ki,  müstəqilliyimizin  ilk  illərində  Azərbaycan 

səfirlikləri  Türkiyə  səfirliklərinin  binalarında  yerləşmişdi.  Bizim 

binalarımız  yox  idi,  imkanlarımız  yox  idi.  Ancaq  bu  gün 

Azərbaycanın  müxtəlif  ölkələrdə  51  səfirliyi  vardır.  Bu  onu 

göstərir ki, ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Əgər 1991-ci 

ildə Sovetlər Birliyində, keçmiş respublikalar arasında Azərbaycan 

axırıncı idisə, bu gün ən qabaqcıl yerlərdədir. 15 il ərzində siyasi 

proseslər normal məcraya düşdü. Azərbaycanda siyasi sabitlik tam 

şəkildə bərqərar olundu, iqtisadi inkişafa qədəm qoyduq və bu gün 

Azərbaycan  iqtisadi  artım  baxımından  dünyada  birinci  ölkədir. 

Artıq  üçüncü  ildir  ki,  Azərbaycanın  iqtisadiyyatı  dünyada  ən 

sürətlə artan iqtisadiyyatdır. 2005-ci ildə iqtisadiyyatımız 26 faiz, 

2006-cı  ildə  34  faiz  artmışdır.  Bu  il  də  təxminən  buna  oxşar 

rəqəmlər  olacaqdır.  Bu  artım,  bu  inkişaf  Azərbaycanın  hər  bir 

bölgəsində  özünü  göstərir.  Ölkəmiz  möhkəmlənir,  öz  iqtisadi 

potensialını  gücləndirir,  siyasi  imkanlarımız  artır,  bölgədə  gedən 

proseslərdə  biz  daha  da  fəal  iştirak  edir  və  onlara  təsir  edirik. 

Beləliklə, ölkəmizin güclənməsi artıq reallıqdır. Əminəm ki, bizim 

güclənməyimiz bütün türk dünyasının güclənməsinə böyük dəstək, 

böyük töhfədir. 

Türkiyəni  Azərbaycanla  birləşdirən  tarixi  əlaqələr  çox 

güclüdür.  Ancaq  indiki  zəmanədə  siyasi  proseslər,  siyasi  əla-

qələr  onu  daha  da  gücləndirir.  Həm  siyasi,  həm  də  iqtisadi, 

mədəni,  hərbi  –  bütün  sahələrdə  bizim  aramızda  ən  yüksək 

işbirliyi,  anlaşma  var.  Belə  forumların  keçirilməsi  bizim  birli-

yimizi  daha  da  gücləndirir.  Bütün  türk  dünyasının  birliyini 

gücləndirir.  Biz  böyük  qüvvəyik.  Gərək  elə  edək  ki,  maraq-

larımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər 




 

59 


aradan  qaldırılsın,  ədalət  zəfər  çalsın  və  xalqlarımız  rahat 

yaşasınlar. Biz buna layiqik və birgə səylərlə, birgə işlərlə buna 

nail  olacağıq.  Bu  gün  Azərbaycana  bütün  türk  dünyasının 

nümayəndələrinin və qonaqların gəlməsi bu gözəl birliyin əyani 

sübutudur.  Öz  maraqlarımızı  təmin  etmək  üçün  biz  güclü 

olmalıyıq. 

Bizim  gücümüz  iqtisadi  potensialımızdır.  Son  illər  ərzində 

Türkiyədə  aparılan  çox  ciddi  iqtisadi  islahatlar  ölkədə  bir  neçə  il 

bundan əvvəl yaşanan iqtisadi böhrana son qoydu. Bu gün Türkiyə ən 

sürətlə,  dinamik  inkişaf  edən  ölkələrdəndir.  Bizim  birgə  enerji 

layihələrimiz  var.  Bakı–Tbilisi–Ceyhan  və  Bakı–Tbilisi–Ərzurum 

neft və qaz kəmərlərinin uğurla inşa edilməsi bölgədə də, dünyada da 

bizim  önəmimizi  artırır.  Biz də bundan istifadə  etməliyik  və  edirik. 

Azərbaycanın  zəngin  təbii  sərvətləri  Türkiyə  ərazisi  ilə  dünya 

bazarlarına  çıxarılır.  Azərbaycan  qazı  –  «Şahdəniz»  yatağından 

çıxarılan qaz bu yaxınlarda Türkiyəyə və oradan da Avropa ölkələrinə 

nəql  ediləcəkdir.  Bu  bizim  önəmimizi  artırır,  siyasi  və  iqtisadi 

potensialımızı gücləndirir, xalqlarımızı daha da birləşdirir. Biz iqtisadi 

imkanlardan istifadə edərək, öz maraqlarımızı daha da dolğun şəkildə 

təmin etməliyik.  

Artıq  Türkiyə  və  Azərbaycanın  təşəbbüsü  ilə  ölkələrimiz  və 

bütövlükdə  bölgə  üçün  önəmli  bir  sıra  layihələr  həyata  keçirilir. 

Onlardan  biri  də  Bakı–Tbilisi–Qars  dəmir  yolunun  tikilməsidir. 

Uzun  illər  ərzində  bu  məsələ  bizim  ölkələrimizdə,  beynəlxalq 

maliyyə  qurumlarında,  sadəcə,  müzakirə  olunurdu.  Bu  önəmli 

layihə  faktiki  olaraq,  icra  edilmirdi.  Bizim  birgə  səylərimiz, 

Türkiyə,  Gürcüstan  və  Azərbaycan  rəhbərliklərinin  iradəsi 

nəticəsində biz bu məsələnin həllinə nail olmuşuq. Bu yaxınlarda 

imzalanan  önəmli  sənədlər  imkan  verəcək  ki,  yaxın  zamanlarda 

tikinti  başlansın  və  beləliklə,  Bakı–Tbilisi–Qars  dəmir  yolu 

layihəsi  uğurla  həyata  keçirilsin.  Bu  bizi  Türkiyə  ilə  dəmir  yolu 

vasitəsilə  birləşdirəcəkdir.  Türkiyəni  Orta  Asiya  ilə,  bizim 

dəhlizdən keçməklə Asiyanı Avropa ilə birləşdirəcəkdir. Şübhəsiz 

ki, bunun çox böyük, həm  iqtisadi, həm də siyasi önəmi var. Biz 

bunları edirik. 



 60 

Bu  bizim  gücümüzü  göstərir.  Onu  göstərir  ki,  bölgədə  elə 

məsələ  yoxdur  ki,  biz  onu  həll  edə  bilməyək.  Onu  göstərir  ki, 

bizim qəbul etdiyimiz qərarlar icra olunur. Baxmayaraq ki, bəzi 

hallarda  müqavimətlə,  ədalətsiz  tədbirlərlə  rastlaşırıq,  biz 

özümüzü çox inamlı hiss edirik. Bizim gücümüz ondadır ki, bir-

birimizə 

arxalanırıq. 

Müstəqilliyimizin 

ilk 


illərində 

Azərbaycanın  dəstəyə  çox  böyük  ehtiyacı  vardı  və  biz  onu 

yalnız  Türkiyədən  aldıq.  Bu  gün  isə  Azərbaycanın  artan 

imkanları,  potensialı,  siyasi  çəkisi,  bölgədə  oynadığı  rolu  və 

iqtisadi  imkanları  öz  növbəsində,  Türkiyənin  mövqelərinə  də 

dəstəkdir. Bu qarşılıqlı qardaşlıq münasibətləri, qarşılıqlı maraq 

əsasında,  dərin  tarixi  köklər  əsasında  qurulmuş  münasibətlər 

artıq beynəlxalq siyasətin amilinə çevrilibdir. Biz nə qədər güclü 

olsaq, aramızda nə qədər möhkəm birlik olsa,  maraqlarımızı da 

bir o qədər təmin edəcəyik. Maraqlarımız da üst-üstə düşür və biz 

istəyirik  ki,  xalqlarımız  rifah  içində  yaşasın.  İstəyirik  ki, 

ölkələrimizdə və bölgədə sülh, əmin-amanlıq bərqərar edilsin. Biz 

istəyirik ki, qonşularla mehribanlıq şəraitində yaşayaq və buna nail 

oluruq,  qonşu  dövlətlərlə  münasibətlərimiz  çox  uğurlu  şəkildə 

qurulur.  Beləliklə,  Azərbaycan–Türkiyə  birliyinin  güclənməsinin 

həm ölkələrimiz, xalqlarımız, bütün türk dünyası üçün və həm də 

bütövlükdə, dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti 

var. 


Bizim  ölkələrimizi  fərqləndirən  cəhət  ondadır  ki,  ölkələ-

rimizdə  çox  güclü  tolerantlıq,  dözümlülük  var.  Ölkələrimizdə 

bütün  xalqlar  bir  ailə  kimi  yaşayırlar,  nə  dini,  nə  də  etnik 

baxımdan heç bir ayrı-seçkilik yoxdur. Onu da bilirik ki, heç də 

hər  bir  ölkədə  belə  deyildir.  Hətta  dünyanın  ən  inkişaf  etmiş 

ölkələri  kimi  tanınan  dövlətlərdə    dini,  yaxud  da  ki,  etnik 

zəmində  qarşıdurmalar  var,  gərginlik  artır.  Bir  tərəfdən, 

sivilizasiya  olaraq,  dialoq  məsələsi  gündəmə  salınıb  və  geniş 

müzakirə  olunur,  digər  tərəfdən,  qarşıdurma  artır.  Bizim 

örnəyimiz  təhlil  olunmalı,  tətbiq  edilməli  və  əsas 

götürülməlidir. Bu bizim gücümüzdür və ölkələrimizdə yaşayan 

bütün  xalqlar  bizim  qardaşlarımızdır.  Biz  elə  etməliyik  ki, 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə