İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə64/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   60   61   62   63   64   65   66   67   ...   115

 

227 


 

 

HİNDİSTANIN TİCARƏT ÜZRƏ DÖVLƏT NAZİRİ 



CAİRAM RAMEŞİN RƏHBƏRLİK ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

11 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

aprelin  11-də  Prezident  sarayında  Hindistanın  ticarət  üzrə 

Dövlət  naziri  Cairam  Rameşin  rəhbərlik  etdiyi  nümayəndə 

heyətini qəbul etmişdir.    

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  Hindistan  arasında 

müxtəlif  sahələrdə  əməkdaşlığın  genişləndirilməsi  üçün  yaxşı 

imkanların olduğunu qeyd etdi. İqtisadi əlaqələrin ölkələrimizin 

potensialına  uyğun  gəlmədiyini  deyən  prezident  İlham  Əliyev 

Dövlət  nazirinin  səfərinin  bu  əlaqələrin  gələcək  inkişafına  öz 

töhfəsini verəcəyinə ümid etdiyini bildirdi.  

Cairam  Rameş  ölkəmizə  səfərindən  böyük  məmnunluq 

duyduğunu  söylədi.  Bakıda  keçirəcəyi  görüşlər  və  müzakirə 

edəcəyi məsələlər barədə dövlətimizin başçısına məlumat verən 

qonaq  səfərinin  iki  ölkə  arasında  iqtisadi  sahədə  əlaqələrin 

genişləndirilməsi işinə kömək edəcəyinə əminliyini ifadə etdi.  

 

 


 228 

 

 



 

RUSİYA FEDERASİYASI KURQAN 

VİLAYƏTİNİN  QUBERNATORU  

OLEQ BOQOMOLOV  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

12 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti İlham  Əliyev ap-



relin  12-də  Prezident  sarayında  Rusiya  Federasiyası  Kurqan 

vilayətinin qubernatoru Oleq Boqomolovu qəbul etmişdir. 

Qubernator  Oleq  Boqomolov  ölkəmizə  ötən  səfərlərini  və 

xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevlə  görüşlərini  məm-

nunluqla  xatırladı.  O,  ümummilli  lider  Heydər  Əliyevin  rəh-

bərliyi ilə 1985-ci ildə Kurqan vilayətində keçirilən tədbiri yada 

salaraq,  bunun  vilayətin  iqtisadi  həyatında  əhəmiyyətli  rol 

oynadığını vurğuladı. Oleq Boqomolov Kurqandakı Azərbaycan 

diasporunun  vilayətin  sosial-ictimai  həyatında  fəal  iştirak 

etdiyini qeyd etdi.  

Dövlətimizin  başçısı  ölkəmizin  Rusiyanın  ayrı-ayrı  region-

ları,  o  cümlədən  Kurqan  vilayəti  ilə  əlaqələrinin  Azərbaycan–

Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə 

verəcəyini  bildirdi  və  vilayətlə  əməkdaşlığın  gələcəkdə  də  fəal 

surətdə həyata keçiriləcəyinə ümidvar olduğunu söylədi. 

 

 

 



 

 


 

229 


  

 

 

BÖYÜK BRİTANİYANIN İNGİLTƏRƏ–

AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ  

LORD FREYZERİN RƏHBƏRLİK ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

12 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin  12-də  Prezident  sarayında  Böyük  Britaniyanın  İngil-

tərə–Azərbaycan  Cəmiyyətinin  sədri  Lord  Freyzerin  rəhbərlik 

etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Lord Freyzer bu il İngiltərə–Azərbaycan Cəmiyyətinin yara-

dılmasının 10 ilinin tamam olduğunu və bununla bağlı Bakıda 

xüsusi tədbir keçirilməsinin planlaşdırıldığını söylədi. 

Görüşdə  Azərbaycan–Böyük  Britaniya  münasibətlərinin 

müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, iki ölkənin 

müxtəlif  strukturları  arasındakı  əməkdaşlığın  ikitərəfli  əla-

qələrin  genişləndirilməsi  üçün  əhəmiyyəti  qeyd  edildi  və 

İngiltərə–Azərbaycan Cəmiyyətinin Azərbaycan–Böyük Britani-

ya münasibətlərinin inkişafına töhfə verdiyi bildirildi. 

 



 230 

 

 

 



CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN RUSİYALI 

HƏMVƏTƏNLƏR TƏŞKİLATLARININ  

BAKIDA

 

KEÇİRİLƏN REGİONAL 

KONFRANSININ İŞTİRAKÇILARI  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

12 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti İlham  Əliyev ap-



relin  12-də  Prezident  sarayında  Cənubi  Qafqaz  ölkələrinin  ru-

siyalı  həmvətənlər  təşkilatlarının  Bakıda  keçirilən  regional 

konfransının iştirakçılarını qəbul etmişdir. 

İ l h a m   Ə l i y e v: Sizin hamınızı Azərbaycanda salamla-

mağıma şadam və ümidvaram ki, ölkəmizə səfəriniz yaddaqalan 

olacaqdır. Mən bu konfransın məhz ölkəmizdə keçirilməsini çox 

mühüm  hadisə  hesab  edirəm.  Biz  bu  hadisəyə  hazırlaşırdıq  və 

ümid  edirik  ki,  konfrans,  fikir  mübadiləsi  Cənubi  Qafqaz 

ölkələrinin  rus  icmalarının  nümayəndələri  arasında  daha  böyük 

qarşılıqlı anlaşmaya gətirib çıxaracaqdır.  

Bilirəm ki, əlaqələr var və icmaların nümayəndələri müxtəlif 

beynəlxalq tədbirlərdə, o cümlədən də Moskvada həmvətənlərin 

hər il keçirilən tədbirində görüşürlər. Lakin Bakıda görüşün öz 

formatı var.  

Azərbaycanda  biz  millətlərarası  münasibətlərə  çox  böyük 

diqqət  yetiririk.  Azərbaycan  çoxmillətli  ölkədir.  Bir  çox  on-

illiklər və əsrlər ərzində müxtəlif millətlərin və dinlərin nüma-

yəndələri  Azərbaycanda  mehriban  ailə  kimi  yaşamış  və 

yaşayırlar.  Bu  bizim  ölkəmizin  sərvətidir.  Çox  vacibdir  ki, 

ölkəmizdə  müstəqillik  əldə  olunduqdan  sonrakı  dövr  də 

millətlərarası  həmrəylik  və  sülhlə  səciyyələnir,  belə  halı  biz 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə