İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə54/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   50   51   52   53   54   55   56   57   ...   115

 188 

1998-ci  ilin  dekabrında  Bakıda  keçirilmiş  «İslam  sivili-

zasiyası  Qafqazda»  adlı  Beynəlxalq  simpoziumda  Heydər 

Əliyevin  transmilli  münasibətlərdə  və  cəmiyyət  həyatında  din 

amili,  dünyada  gedən  mürəkkəb  etno-siyasi  proseslərdə  islam 

dininin  yeri  və  rolu,  bəşəriyyətin  gələcək  taleyi  naminə 

sivilizasiyalararası  dialoqun  zəruriliyi  kimi  qlobal  məsələləri 

əhatə  edən  tarixi  çıxışı  bu  gün  də  öz  aktuallığını  və  siyasi 

dəyərini saxlamaqdadır. 

Müasir  mərhələdə  Azərbaycan  hökumətinin  din  siyasəti 

Heydər  Əliyevin  demokratik  dövlət  quruculuğu  kursuna 

əsaslanır.  Ölkədə  mövcud  ictimai-siyasi  sabitlik,  milli-mənəvi 

həmrəylik,  etnik-dini  tolerantlıq  mütərəqqi  tarixi  ənənələrdən 

bəhrələnən belə uğurlu siyasətin məntiqi nəticəsidir. 

Bu  gün  ölkəmizdə  dini  etiqad  və  vicdan  azadlığının  Azər-

baycan  Respublikasının  Konstitusiyasına,  eyni  zamanda, 

beynəlxalq  hüquqi  sənədlərin  tələblərinə  uyğun  olaraq  təmin 

edilməsi  üçün  zəruri  hüquqi-siyasi  şərait  yaradılmışdır. 

Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və 

əməkdaşlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-

islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst 

şəkildə  icra  edirlər.  Son  illər  tarixi  mədəniyyət  abidələrinin, 

məscid  və  ziyarətgahların,  yəhudi  və  xristian  məbədlərinin 

bərpası  və  təmiri,  o  cümlədən  regionda  ən  böyük  sinaqoqun 

inşası,  vaxtilə  bolşeviklər  tərəfindən  dağıdılmış  rus  pravoslav 

kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq  dindarların 

istifadəsinə  verilməsi  –  bütün  bunlar  Azərbaycan  gerçəkliyini 

əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir. 

Hörmətli konfrans iştirakçıları! 

Azərbaycanda  dini  etiqad  azadlığı  və  dözümlülük  mühiti 

dünya  ictimaiyyəti,  nüfuzlu  beynəlxalq  təşkilatlar  və  görkəmli 

din  xadimləri  tərəfindən  dəyərli  örnək  kimi  qiymətləndirilir. 

Əminəm  ki,  əhəmiyyətli  bir  mövzunun  müzakirəsinə  həsr 

olunan  toplantınız  Azərbaycanda  tarixən  formalaşmış  milli-

mənəvi mədəniyyətin, tolerantlıq ənənələrinin, ümummilli lider 

Heydər  Əliyevin  zəngin    irsinin  və  dövlət-din  münasibətləri 




 

189 


sahəsində  Azərbaycan  Respublikasının  nümunəvi  təcrübəsinin 

beynəlxalq  miqyasda  öyrənilməsində  və  təbliğində  mühüm  rol 

oynayacaq,    mədəniyyətlərarası  dialoqa  və  əməkdaşlığa  öz 

layiqli töhfəsini verəcəkdir. 

Bu  xeyirxah  və  gərəkli  fəaliyyətinizdə  hər  birinizə  can-

sağlığı, konfransın işinə uğurlar arzulayıram. 

 

                                                    İLHAM ƏLİYEV 

                               Azərbaycan Respublikasının 

Prezidenti 

 

Bakı, 2 aprel 2007-ci il 

 

 



 190 

 

 



 

ABŞ KONQRESMENİ PİT HOEKSTRANIN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

3 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

aprelin  3-də  Prezident  sarayında  ABŞ  konqresmeni  Pit  Hoek-

stranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Prezident  İlham  Əliyev  ölkələrimiz  arasında  ikitərəfli 

əlaqələrin  bütün  sahələrdə  uğurla  inkişaf  etdiyini,  parlament-

lərarası əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini 

vurğuladı.  Dövlətimizin  başçısı  bu  səfərin  Azərbaycan–ABŞ 

münasibətlərinin  daha  da  inkişaf  etdirilməsi  baxımından  əhə-

miyyətli olacağına əminliyini bildirdi. 

Pit Hoekstra bu səfərin ABŞ–Azərbaycan parlamentlərarası 

əlaqələrin  daha  da  möhkəmləndirilməsinə  xidmət  etdiyini 

söylədi.  O,  ikitərəfli  münasibətlərin  durmadan  inkişaf  etdiyini, 

parlamentlərarası  əlaqələrin  inkişafının  faydalı  olduğunu 

vurğuladı. 


 

191 


 

 

 

QAZAXISTAN RESPUBLİKASININ  

BAŞ NAZİRİ KARİM MASİMOV  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

4 aprel 2007-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap-

relin  4-də  Prezident  sarayında  Qazaxıstanın  Baş  naziri  Karim 

Masimovu qəbul etmişdir. 

Dövlətimizin  başçısı  ölkələrimiz  arasında  ikitərəfli  mü-

nasibətlərin  müxtəlif  sahələrdə  uğurla  inkişaf  etdiyini  bildirdi. 

Prezident  İlham  Əliyev  Karim  Masimovu  Qazaxıstan  Respub-

likasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təb-

rik etdi, ona fəaliyyətində uğurlar arzuladı. 

Baş  nazir  Qazaxıstan  prezidenti  Nursultan  Nazarbayevin 

salamlarını  Azərbaycan  dövlətinin  başçısına  çatdırdı.  O,  öl-

kələrimizin  uğurlu  əməkdaşlığını  vurğulayaraq  bildirdi  ki, 

Azərbaycana  səfəri  zamanı  müzakirə  olunan  məsələlər  xalq-

larımızın  və  dövlətlərimizin  mənafeləri  naminə  əməkdaşlığı-

mızın daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir. 

Prezident  İlham  Əliyev  Qazaxıstan  prezidenti  Nursultan 

Nazarbayevin  salamlarına  görə  minnətdarlığını  bildirdi  və 

onun  da  salamlarını  Qazaxıstanın  dövlət  başçısına  çatdırmağı 

xahiş etdi. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə