172
da artacaq və biz Avropa İttifaqının bazarına çox maraq
göstəririk. Biz artıq bu bazara daxil oluruq və o cümlədən
Polşa ilə də bu sahədə əməkdaşlıq edə bilərik. Əməkdaşlığın
konkret parametrləri haqqında isə hələ bir şey deyə bilmərəm.
İlk növbədə, biz Azərbaycanda qaz hasilatını artırmalıyıq ki,
ixrac olunacaq qaz bizim tərəfdaşlarımızın tələbatını ödəsin.
Bir daha demək istəyirəm ki, texniki cəhətdən Bakı–Tbilisi–
Ərzurum qaz kəmərinin istismara verilməsi nəticəsində
Azərbaycan qazı bu il Avropa İttifaqının bazarlarına çatdırıla
bilər.
S u a l (ATV telekanalı): Mənim sualım hər iki
prezidentədir. Azərbaycan ilə Polşa arasında mədəni
əlaqələrin uzun tarixi var. Mədəni və humanitar
əməkdaşlığın genişləndirilməsi üçün konkret layihələr
müzakirə edilibmi?
L e x K a ç i n s k i: Biz Varşava Üsyanı Muzeyinin
həyətində xatirə lövhəsinin açılışında iştirak etmişik və bu
haqda cənab Prezidentlə danışmadıq. Lakin mən demək
istəyirəm ki, Polşa bir çox sahələrdə Azərbaycanla yaxşı
münasibətlərin qurulmasında olduqca maraqlıdır. Bu təkcə
enerji sahəsi deyildir. Bəli, enerji sahəsi vacibdir, bilirik ki, bu,
Azərbaycanın apardığı siyasətin əsas istiqamətlərindən biridir.
Lakin mən hesab edirəm ki, eyni zamanda, mədəni sahədə də
əməkdaşlığımız davam etdiriləcəkdir. Bu həm prezidentlər,
həm Baş nazirlər, həm də Mədəniyyət nazirləri səviyyəsində
aparıla bilər.
Cənab Prezident, mən bir daha təkrar edirəm, ümid edirəm
ki, Sizi öz ölkəmdə görəcəyəm.
İ l h a m Ə l i y e v: Mən əlavə etmək istəyirəm ki, bizim
mədəniyyət sahəsində əlaqələrimizin çox böyük tarixi var. Hələ
XIX əsrin sonları – XX əsrin əvvəllərində Polşadan gəlmiş
mütəxəssislər Azərbaycanda müxtəlif sahələrdə çox fəal işlər
görmüşlər. Bakının memarlıq simasının yaranmasında böyük
işlər görmüşlər. Bakının bir neçə gözəl tarixi binalarının
müəllifləri Polşa memarları olmuşdur. Onu da qeyd etmək
173
istəyirəm ki, hələ 1909-cu ildə Bakıda «Polşa Evi» yara-
dılmışdı. Yəni bu tarixi əlaqələr, əlbəttə ki, indiki müna-
sibətlərə çox gözəl təsir göstərir.
Bir məsələni də demək istəyirəm ki, indi Azərbaycanda
katolik kilsəsinin tikintisi davam edir. Bu ilk növbədə,
Azərbaycanda mövcud olan dözümlülüyün, tolerantlığın əla-
mətidir. Digər tərəfdən, sirr deyil ki, Azərbaycanda əvvəllər
yaşamış və indi yaşayan katoliklər Polşa mənşəlidirlər. Yəni bu
çox gözəl və güclü zəmindir. Bu zəmin əsasında indiki
mərhələdə mədəni əlaqələrin inkişafı mümkündür. Biz bu
sahəyə böyük əhəmiyyət veririk. Cənab Prezidentin sözləri ilə
razıyam və mən də demək istəyirəm ki, bizim
münasibətlərimizin gündəliyi çox genişdir. Bu gündəliyi
hansısa konkret bir məsələyə yönəltmək düzgün olmazdı. Həm
siyasi, həm ikitərəfli iqtisadi münasibətləri, energetika
sektorunu, təhlükəsizlik məsələlərini əhatə edir. Məsələn, biz
başqa ölkələrlə birlikdə sülhməramlı missiyanı həyata keçiririk.
Yəni bu sahələr çoxşaxəlidir. Əlbəttə ki, bu istiqamətdə mədəni
əlaqələrin də öz rolu var. Əminəm ki, bu səfərdən sonra bu
əlaqələr daha da yüksək səviyyəyə qalxacaqdır.
174
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV VƏ POLŞA RESPUBLİKASININ
PREZİDENTİ
LEX KAÇİNSKİ HEYDƏR ƏLİYEV
FONDUNDA
30 mart 2007-ci il
Polşa prezidenti Lex Kaçinski və Azərbaycan prezidenti
İlham Əliyev martın 30-da Heydər Əliyev Fondunda olmuşlar.
Prezident İlham Əliyev Polşa dövlətinin başçısını və xanı-
mını müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı,
ümummilli lider Heydər Əliyevin adını daşıyan fondda görmək-
dən məmnun qaldıgını bildirdi.
Dövlətimizin başçısı ali qonağı və onu müşayiət edən nüma-
yəndə heyətinin üzvlərini fondun zəngin ekspozisiyaları ilə tanış
etdi.
Ulu öndərin uşaqlıq, gənclik, təhsil illərinə aid fotoşəkillər,
sənədlər, öz əlilə çəkdiyi rəsmlər, xüsusi xidmət orqanlarında
çalışdığı dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələ-
sindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar
qonaqlarda xüsusi maraq oyatdı.
Keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi yüksək nüfuz
qazanmış görkəmli şəxsiyyətin sovet rəhbərliyinin siyasətinə
etiraz əlaməti olaraq bəyanat verib Sov.İKP sıralarından çıx-
masının böyük cəsarət olduğunu bildirən Lex Kaçinski Azər-
baycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və
bunun əsas təməli olan iqtisadi islahatların həyata keçiril-
məsində Heydər Əliyevin oynadığı həlledici rolu yüksək qiy-
mətləndirdi.
Prezident İlham Əliyev Polşa prezidentini ulu öndərin zəka-
sının bəhrəsi olan və indi onun adını daşıyan Bakı–Tbilisi–