İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə48/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   44   45   46   47   48   49   50   51   ...   115

 164 

gər  qəsmi  şəxslər  qarşıladılar.  Burada  ali  qonağın  şərəfinə 

Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Polşa  prezidenti  Lex  Kaçinski  və  nümayəndə  heyətinin 

üzvləri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda can-

larından keçən qəhrəman övladlarımızın məzarları üçtünə gül-

çiçək  düzdülər.  Polşanın  dövlət  başçısı  «Əbədi  məşəl»  abi-

dəsinin önünə əklil qoydu. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında 

Polşanın və Azərbaycanın Dövlət himnləri səsləndi. Bakı Şəhər 

İcra  Hakimiyyətinin  başçısı  Hacıbala  Abutalıbov  ali  qonağa 

Şəhidlər  xiyabanının  tarixi  və  paytaxtımızda  görülən  abadlıq-

quruculuq işləri barədə məlumat verdi. 

Prezident Lex Kaçinski Azərbaycan paytaxtının mənzərəsini 

maraqla seyr etdi. 

 


 

165 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN 

POLŞA RESPUBLİKASININ PREZİDENTİ  

LEX KAÇİNSKİ İLƏ TƏKBƏTƏK  

GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

30 mart 2007-ci il 

 

Martın 30-da Prezident sarayında Azərbaycan prezidenti 

İlham  Əliyevin  və  Polşa  prezidenti  Lex  Kaçinskinin  təkbətək 

görüşü olmuşdur. 

Görüşdə  siyasi,  iqtisadi  və  humanitar  sahələrdə  Azərbay-

can–Polşa  əlaqələrinin  uğurla  inkişaf  etdiyi  vurğulandı.  Bil-

dirildi  ki,  dövlət  başçılarının  qarşılıqlı  səfərləri  bu  əlaqələrin 

genişlənməsinə  təkan  verir.  Beynəlxalq  təşkilatlarda,  habelə 

Avropa qurumlarına inteqrasiya sahəsində əməkdaşlıq dinamik 

inkişaf edir. 

Görüşdə  əməkdaşlığın  genişləndirilməsi  perspektivləri  və 

qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu. 


 166 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  POLŞA RESPUBLİKASININ 

PREZİDENTİ  

LEX KAÇİNSKİ İLƏ GENİŞ  

TƏRKİBDƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

30 mart 2007-ci il 

 

Martın 30-da Prezident sarayında Azərbaycan prezidenti 



İlham Əliyevin və Polşa prezidenti Lex Kaçinskinin nümayəndə 

heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir. 

Prezident  İlham  Əliyev  Polşa  prezidenti  Lex  Kaçinskini  və 

səfərdə  onu  müşayiət  edən    nümayəndə  heyətinin  üzvlərini  sa-

lamlayaraq bu səfərə çox böyük əhəmiyyət verdiyini vurğuladı. 

İ l h a m   Ə l i y e v: Hörmətli cənab Prezident, hörmətli 

qonaqlar!  Mən  sizi  bir  daha  Azərbaycanda  ürəkdən  salam-

layıram. Xoş gəlmisiniz! Biz ikitərəfli münasibətlərə çox böyük 

əhəmiyyət  veririk  və  əminəm  ki,  Sizin  Azərbaycana  rəsmi 

səfəriniz  bu  münasibətlərin  inkişafında  mühüm  rol  oyna-

yacaqdır.  Bu  gün  Sizinlə  təkbətək  görüşdə  ikitərəfli  müna-

sibətlərin bütün aspektlərini geniş müzakirə etdik və görürük ki, 

bizim aramızda çox yaxşı siyasi münasibətlər, dostluq əlaqələri 

var.  Biz  çox  istəyirik  ki,  bu  əlaqələr  daha  da  güclənsin. 

Görüşümüzdə  həm  ikitərəfli  münasibətlər  geniş  şəkildə 

müzakirə  olundu,  həm  də  Avropa  İttifaqı–  Azərbaycan  

münasibətləri və regional məsələlər. 

Bu  Sizin  Azərbaycana  ilk  səfərinizdir  və  əminəm  ki,  səfər 

çox uğurlu olacaqdır. Bir daha  xoş gəlmisiniz! 



L e x   K a ç i n s k i: Hörmətli cənab Prezident, xanımlar və 

cənablar!  Mən  istəyirəm  ki,  ilk  növbədə,  Bakıya  səfərimdən 




 

167 


olduqca  məmnunluğumu  bildirim.  Bakı  çox  gözəl  şəhərdir. 

Ümumiyyətlə, Bakıya gəlmək mənim üçün böyük şərəfdir. 

Cənab  Prezident,  Sizinlə  görüşməyimdən  olduqca  məmnu-

nam.  Düzdür,  dediyim  kimi,  mən  Azərbaycana,  Bakıya  ilk 

rəsmi  səfərimə  çıxmışam,  lakin  biz  cənab  Prezidentlə  bundan 

əvvəl  bir-birimizlə  tanış  olmaq  imkanına  malik  olmuşuq. 

Aramızda dostluq münasibətləri var.  

 

Polşa  rəhbəri  bildirdi  ki,  onun  bu  səfəri  ikitərəfli  müna-



sibətlərin  inkişaf  etdirilməsi  ilə  yanaşı,  regionda  və  dünyada 

gedən proseslərlə bağlı fikir mübadiləsi aparılması baxımından 

da çox əhəmiyyətlidir. 

 

* * * 


 

Martın 30-da Prezident sarayında  dövlət başçılarının geniş 

tərkibdə  görüşü  başa  çatdıqdan  sonra  Azərbaycan  Respub-

likasının  Prezidenti  İlham  Əliyev  və  Polşa  Respublikasının  

Prezidenti Lex Kaçinski birgə bəyannamə imzaladılar.  


 168 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ 

PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA 

RESPUBLİKASININ PREZİDENTİ  

LEX KAÇİNSKİNİN MƏTBUAT 

KONFRANSINDA BƏYANATLARI 

 

Prezident sarayı 



 

30 mart 2007-ci il 

 

Martın 30-da Prezident sarayında birgə bəyannamənin 

imzalanmasından  sonra  Azərbaycan  və  Polşa  prezident-

lərinin  birgə  mətbuat  konfransı  olmuşdur.  Dövlət  başçıları 

jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər. 

 

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

Hörmətli cənab Prezident! 

Hörmətli xanımlar və cənablar! 

Hörmətli  cənab  Prezident,  mən  Sizi  və  Polşadan  gəlmiş 

nümayəndə  heyətinin  bütün  üzvlərini  Azərbaycanda  bir  daha 

salamlayıram.  Ölkəmizə  xoş  gəlmisiniz!  Əminəm  ki,  bu  səfər 

çox uğurlu olacaq və səfərin nəticələri də bizim aramızda olan 

münasibətlərin inkişafında çox böyük rol oynayacaqdır. 

Polşa  ilə  Azərbaycan  arasında  əlaqələr  çox  uğurla  inkişaf 

edir.  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  biz 

həmişə  Polşanın  dəstəyini  hiss  etmişik.  Həm  ikitərəfli 

münasibətlərimiz çox uğurludur, səmimidir və dostluq əsasında 

qurulubdur, eyni zamanda, Polşa Avropa İttifaqına və NATO-

ya  daxil  olandan  sonra  Azərbaycanın  Avroatlantik 

inteqrasiyada atdığı addımları həmişə dəstəkləmişdir. Xüsusilə 

Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  «Yeni  qonşuluq 

siyasəti»nə  dair  fəaliyyət  planının  imzalanmasında  Polşanın 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə