İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə56/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   52   53   54   55   56   57   58   59   ...   115

 196 

 

 



 

TÜRKİYƏNİN ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 

VƏ MEŞƏ TƏSƏRRÜFATI NAZİRİ  

OSMAN PEPEN İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

6 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin  6-da  Prezident  sarayında  Türkiyənin  Ətraf  Mühitin 

Mühafizəsi  və  Meşə  Təsərrüfatı  naziri  Osman  Pepeni  qəbul 

etmişdir.  

 Dövlətimizin  başçısı  Azərbaycanla  Türkiyə  arasında  mü-

nasibətlərin  yüksək  səviyyədə  olduğunu  vurğuladı.  Bu  yaxın-

larda Türkiyənin Baş naziri  Rəcəb Tayyib Ərdoğanın ölkəmizə 

səfərinə  toxunan  prezident  İlham  Əliyev  dedi  ki,  vaxtaşırı 

olaraq Türkiyədən Azərbaycana müxtəlif qurumların nümayən-

dələri  gəlir  və  bu  səfərlər  qarşılıqlı  əməkdaşlıq  üçün  geniş 

imkanlar açır. Azərbaycan prezidenti ölkəmizdə ekologiya sahə-

sində  genişmiqyaslı  proqramların  həyata  keçirildiyini  bildirdi 

və  bu  sahədə  Azərbaycanla  Türkiyənin  müvafiq  qurumlarının 

əməkdaşlığının əhəmiyyətini vurğuladı. 

Nazir  Osman  Pepen  Azərbaycan–Türkiyə  münasibətlərinin 

bütün sahələrdə inkişaf etdiyini bildirdi. O qeyd etdi ki, təməli 

ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq, qardaşlıq 

və  əməkdaşlıq  münasibətləri  Azərbaycan  prezidenti  İlham 

Əliyev  tərəfindən  uğurla  davam  etdirilməkdədir.  Qonaq  ətraf 

mühitin  qorunması  sahəsində  ölkələrimiz  arasında  qarşılıqlı 

surətdə faydalı əməkdaşlığın həyata keçirildiyini bildirdi.  

 



 

197 


 

 

 



TÜRKİYƏNİN RADİO-TELEVİZİYA  

ALİ ŞURASININ SƏDRİ ZAHİD AKMAN  

İLƏ GÖRÜŞ  

 

Prezident sarayı 

 

6 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

aprelin  6-da    Prezident  sarayında  Türkiyənin  Radio-Televiziya 

Ali Şurasının sədri Zahid Akmanı qəbul etmişdir. 

 Dövlətimizin  başçısı  Azərbaycan–Türkiyə  münasibətlərinin 

bütün  sahələrdə  sürətlə  inkişaf  etdiyini  vurğuladı.  Azər-

baycanda  Türkiyə,  Türkiyədə  isə  Azərbaycan  televiziyalarının 

yayımlanmasının  əhəmiyyətini  vurğulayan  prezident  İlham 

Əliyev bu sahədə gələcək işbirliyinin genişləndirilməsi haqqın-

da müzakirələrin aparılmasını zəruri hesab etdi. 

 Qonaq bildirdi ki, Türkiyə–Azərbaycan dostluq və qardaşlıq 

münasibətlərinin  davam  etdirilməsi  və  gələcək  nəsillərə 

çatdırılması  üçün  mədəniyyətlərin  tanınmasına  böyük  ehtiyac 

var.  O  bu  baxımdan  televiziyaların  rolunu  yüksək  qiymət-

ləndirdi  və  bu  istiqamətdə  əlaqələrin    daha  da  inkişaf  etdiri-

ləcəyinə əminliyini ifadə etdi

 

 



 

 

 



 


 198 

 

 



 

SURİYA ƏRƏB RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ 

CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ 

 

Hörmətli cənab Prezident! 



Suriya Ərəb Respublikasının milli bayramı – Müstəqil-

lik  günü  münasibətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı 

ürəkdən təbrik edirəm. 

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əmək-

daşlıq  münasibətləri,  ikitərəfli  əlaqələrimiz  bundan  sonra  da 

inkişaf edəcək və genişlənəcəkdir. 

Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  Suriya  xalqına  sülh  və 

rifah diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 6 aprel 2007-ci il 



 

 

 




 

199 


 

 

 



DANİMARKA KRALİÇASI  

ÜLYAHƏZRƏT II MARQRETƏ 

 

Ülyahəzrət! 

Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə 

Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi  yetirməkdən 

məmnunluq duyuram. 

Ümidvaram  ki,  Azərbaycan–Danimarka  münasibətlərinin, 

dostluq  əlaqələrimizin  və  əməkdaşlığımızın  inkişafı  daim 

xalqlarımızın rifahına xidmət edəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  işlərinizdə  ugurlar, 

xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 6 aprel 2007-ci il 

 



 200 

 

 



AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN 

İCMASINA  

 

Hörmətli həmvətənlər!  



Müqəddəs  Pasxa  bayramı  münasibətilə  Azərbaycanın 

bütün  xristianlarını  ürəkdən  təbrik  edir,  hər  birinizə  cansağlığı 

və xoşbəxtlik arzularımı yetirirəm. 

Əsrlər  boyu  dünya  dinləri  Azərbaycanda  qarşılıqlı  etimad  və 

əmin-amanlıq  şəraitində  fəaliyyət  göstərərək  insanlar  arasında 

humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar 

olmasında,  cəmiyyətimizdə  mükəmməl  etnik-dini  tolerantlıq 

mühitinin formalaşmasında böyük rol oynamışdır. 

Müasir  mərhələdə  milli  azlıqların  dil  və  mədəniyyətinin 

inkişafı,  etnik-mədəni  müxtəlifliyin,  tarixi-mənəvi  irsin  qoru-

nub  saxlanması  Azərbaycan  hökumətinin  xüsusi  diqqət  və 

qayğıyla  yanaşdığı  məsələlərdəndir.  Müstəqil  Azərbaycan 

Respublikasında  dövlət-din  münasibətləri  demokratik  prinsip-

lərə  və  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq  tənzim-

lənmiş,  vicdan  azadlığının  maneəsiz  həyata  keçirilməsi  üçün 

lazımi  siyasi-mənəvi  şərait  təmin  olunmuşdur.  Bu  gün  ölkənin 

dindar  təbəqəsi,  o  cümlədən  xristian  icması  öz  dini  etiqad  və 

inanclarını,  adət-ənənələrini,  bayram  və  mərasimlərini  azad  və 

sərbəst  şəkildə  icra  edir,  respublikanın  ictimai-siyasi,  mədəni-

mənəvi həyatında və vətəndaş cəmiyyəti quruculuğunda yüksək 

fəallıq göstərir.  

Hər  il  Azərbaycanda  təntənə  ilə  keçirilən  Pasxa  bayramı 

xeyirxahlığın,  mərhəmət  və  şəfqət  duyğularının  ifadəsidir.  Bu 

əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc 

və rifah arzulayıram.  

Bayramınız mübarək olsun! 

 

 

 



 

 

İLHAM ƏLİYEV  



 

 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 6 aprel 2007-ci il 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə