İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə55/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   51   52   53   54   55   56   57   58   ...   115

 192 

 

 



 

GÜRCÜSTAN RESPUBLİKASININ  

BAŞ NAZİRİ ZURAB NOĞAİDELİ  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

4 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin 4-də Prezident sarayında Gürcüstanın Baş naziri Zurab 

Noğaidelini qəbul etmişdir. 

Görüşdə  ölkələrimiz  arasında  ikitərəfli  əlaqələrin  müxtəlif 

sahələrdə  uğurla  inkişaf  etdiyi  bildirildi,  iqtisadi  əməkdaşlığın 

genişlənməsindən məmnunluq ifadə edildi. 

Azərbaycan  prezidenti  və  Gürcüstanın  Baş  naziri  iqtisadi 

əlaqələrimizin  bundan  sonra  daha  da  genişlənəcəyinə  əmin 

olduqlarını bildirdilər.  

 

 



 

 



 

193 


 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV  

BAKIDA TAXIL TERMİNALININ  

AÇILIŞ MƏRASİMİNDƏ 

 

Bakı, Hövsan qəsəbəsi 



 

4 aprel 2007-ci il 

 

Aprelin  4-də  Bakının  Hövsan  qəsəbəsində  taxıl  ter-



minalının açılışı olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Qazaxıstanın  Baş 

naziri Karim Masimov mərasimdə iştirak edirdilər.  

Mərasimə  toplaşanlar  Azərbaycan  prezidentini  və  Qaza-

xıstanın Baş nazirini hərarətli alqışlarla qarşıladılar.  

Prezident  İlham  Əliyev  dost  ölkənin  nümayəndələri  ilə  gö-

rüşdü, terminalın ərazisini gəzdi. Məlumat verildi ki, Azərbay-

can–Qazaxıstan  hökumətlərarası  iqtisadi  əməkdaşlıq  komis-

siyasının üçüncü (2005-ci il, 22 may) və dördüncü (2006-cı il, 

29  aprel)  iclaslarının  protokollarına  əsasən,  hər  iki  ölkənin 

taxıl bazarında səmərəli və davamlı sistemin yaradılması üçün 

Qazaxıstanın Aktau dəniz ticarət limanındakı taxıl terminalının 

imkanlarından istifadə etməklə, Azərbaycanda taxıl terminalının 

tikilməsi  qərara  alınmışdı.  Bu  məqsədlə  Qazaxıstan  Kənd 

Təsərrüfatı Nazirliyinin «Ak Biday-Terminal» Səhmdar Cəmiyyəti 

və  Azərbaycanın  «Planet  L»  Məhdud  Məsuliyyətli  Cəmiyyəti 

tərəfindən təsis fondu yaradılmaqla, ötən ilin martında «Bakı Taxıl 

Terminalı»  Məhdud  Məsuliyyətli  Cəmiyyəti  təşkil  edilmişdir. 

Cəmiyyətin  nizamnamə  fondu  6  milyon  ABŞ  dollarıdır və  hər  iki 

tərəfdən bərabər səviyyədə ödənilmişdir. 


 194 

Prezident  İlham  Əliyev  və  Baş  nazir  Karim  Masimov  kom-

pyuter vasitəsilə terminalı işə saldılar. Qazaxıstandan gətirilən 

taxıl gəmidən birbaşa anbarlara vuruldu.  

Azərbaycan prezidenti və Qazaxıstan hökumətinin başçısı bu 

prosesi izlədilər, terminalın əsas göstəriciləri ilə tanış oldular, 

bu nəhəng obyektin tikintisinin gedişini əks etdirən fotoşəkillərə 

baxdılar.  

Ötən  il  mayın  6-da  hər  iki  dövlətin  hökumət  rəhbərlərinin 

iştirakı  ilə  təməli  qoyulmuş  terminalın  layihə-smeta  sənədləri 

Qazaxıstanın  layihə  institutunda  hazırlanmışdır.  Terminal  üçün 

avadanlığın  alınmasına  dair  müsabiqədə  dünyanın  qabaqcıl 

şirkətləri  iştirak  etmişdir.  Nəticədə  İspaniyanın  «Silos Cordoba», 

Belçikanın  «Viqan»,  Fransanın  «Telemechanics»      firmaları  ilə 

müqavilə bağlanaraq avadanlıq alınıb quraşdırılmışdır. 

Xəzər dənizi regionunda yüksək texnologiyaya malik və müasir  

standartlara  uyğun  olan  bu  terminalda  eyni  vaxtda  15  min  ton 

taxıl  saxlamaq  mümkündür.  Onun  illik  dövriyyəsi  500  min  tona 

qədərdir. Terminal Azərbaycanın taxılla təmin edilməsindən əlavə, 

Qazaxıstan  taxılının  Qafqaz  ölkələrinə  və  Avropa  ölkələrinə 

daşınmasına  da  imkan  verəcəkdir.  İkinci  mərhələdə  terminalın 

bazasında  gündəlik  gücü  150  ton  olan  müasir  un  dəyirmanının 

tikilməsi  də  nəzərdə  tutulmuşdur.  Hazırda  terminalda  60  nəfər 

üçün iş yeri açılmışdır. Dəyirman kompleksi işə düşəndən sonra iş 

yerlərinin  sayı  100-ə  çatacaq  və  burada  əsasən  Hövsan 

qəsəbəsinin  sakinləri  işlə  təmin  ediləcəklər.  Ümumiyyətlə, 

terminalın  tikintisinin  ayrı-ayrı  mərhələlərində  600  nəfərdən  çox 

adam  çalışmışdır.  Taxıl  terminalının  tikintisi  çərçivəsində  uzun-

luğu 145 metr olan yanalma körpüsü əsaslı təmir edilmiş, inzibati 

bina inşa olunmuşdur.  

Azərbaycan  prezidenti  görülən  işləri  yüksək  qiymətləndirdi 

və terminalın inşasında əməyi olanlara minnətdarlığını bildirdi. 

Prezident  İlham  Əliyev  Qazaxıstan  nümayəndə  heyəti  ilə 

terminalın önündə xatirə şəkli çəkdirdi. 

 

 




 

195 


 

 

 

 

 

RUSİYA FEDERASİYASININ REGİONAL 

İNKİŞAF NAZİRİ VLADİMİR YAKOVLEV  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

6 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

aprelin  6-da  Prezident  sarayında  Rusiya  Federasiyasının  Re-

gional İnkişaf naziri Vladimir Yakovlevi qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Azərbaycan–Rusiya  ikitərəfli  müna-

sibətlərinin  müxtəlif  sahələrdə  uğurla  inkişaf  etdiyini  bildirdi. 

Regional  iqtisadi  əlaqələrin  genişləndiyini  vurğulayan  prezi-

dent  İlham  Əliyev  müxtəlif  qurumlar  arasında  əlaqələrin  və 

qarşılıqlı  səfərlərin  əhəmiyyətini  qeyd  etdi.  Azərbaycan  pre-

zidenti Rusiya Federasiyasının Regional İnkişaf nazirinin ölkə-

mizə  bu səfərinin    əlaqələrin  daha da  genişlənməsi işinə töhfə 

verəcəyinə əminliyini ifadə etdi.  

Rusiya  Federasiyasının  Regional  İnkişaf  naziri  Vladimir 

Yakovlev  xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlə-

rini  məmnunluqla  xatırladı.  O,  əlaqələrimizin  bütün  sahələrdə 

yüksək  səviyyədə  olduğunu  vurğulayaraq  əməkdaşlığımızın 

bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirdi.  

 

 



 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə