İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə51/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   47   48   49   50   51   52   53   54   ...   115

 

175 


Ceyhan əsas neft ixrac boru kəmərinin maketi ilə  tanış etdi, bu 

layihənin  nəinki  regionda,  həm  də  bütün  Avropada  geosiyasi 

vəziyyətə böyük təsir göstərdiyini vurğuladı. 

Lex  Kaçinski  Heydər  Əliyevin  dünyanın  nüfuzlu  siyasi 

xadimləri,  dövlət  və  hökumət  rəhbərləri  ilə  görüşlərini,  dün-

yanın  müxtəlif  ölkələrində  onun  xatirəsinə  ucaldılan  abidələri 

əks etdirən fotoşəkillərə  maraqla baxdı. 

Polşa  prezidenti  Xatirə  kitabına  ürək  sözlərini  yazdı  və 

fondla tanışlıqdan zəngin təəssürat aldığını bildirdi. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Polşa 

prezidentinə xatirə hədiyyəsi təqdim etdi. 

 

 



 

 

 

 



 

 

 

 


 176 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN VƏ  

XANIMI MEHRİBAN ƏLİYEVANIN ADINDAN 

POLŞA RESPUBLİKASININ PREZİDENTİ  

LEX KAÇİNSKİNİN VƏ XANIMI  

MARİYA KAÇİNSKİNİN ŞƏRƏFİNƏ TƏŞKİL 

EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ 

 

Gülüstan sarayı 

 

30 mart 2007-ci il 

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi 

 

Hörmətli cənab Prezident! 

Hörmətli xanım Kaçinska! 

Hörmətli qonaqlar! 

Xanımlar və cənablar! 

Əziz  qonaqlar,  mən  sizi  Azərbaycanda  bir  daha  ürəkdən 

salamlayıram, xoş gəlmisiniz! 

Rolşa  prezidentinin  Azərbaycana  rəsmi  səfərinin  birinci 

günü  başa  çatır.  Ancaq  artıq  demək  olar  ki,  səfər  çox  uğurlu 

keçir.  Bunun  müxtəlif  səbəbləri  var,  o  cümlədən  bizim  tarixi 

keçmişimiz.  Xalqlarımız  arasında  həmişə  çox  gözəl  münasi-

bətlər  olmuşdur.  Müxtəlif  dövrlərdə  Polşadan  gəlmiş  insanlar 

Azərbaycanda 

yaşamış, 

yaratmışlar. 

Rolşadan 

gəlmiş 

mütəxəssislər – neft mühəndisləri, memarlar Azərbaycanın inki-



şafında  çox  böyük    rol  oynamışlar.  XX  əsrin  əvvəllərində 

Azərbaycanda  minlərlə  polyak  yaşamışdır  və  hətta  Bakıda 

«Polşa  Evi»  fəaliyyət  göstərirdi.  Şərqdə  ilk  demokratik  res-

publika  –  Azərbaycan  Xalq  Cümhuriyyəti  yarananda,  onun 

fəaliyyətində  polyaklar  da  iştirak  etmişlər.  Mən  bu  gün  cənab 



 

177 


Prezidentə  dedim  ki,  Bakının  bir  neçə  gözəl  binalarının 

memarları polyaklar olmuşdur. 

Bu  tarixi  əlaqələr,  əlbəttə,  indiki  dönəmdə  bizim  müna-

sibətlərimizin  möhkəmlənməsində  böyük  rol  oynayır.  İndi  isə 

bizim münasibətlərimiz çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, 

mədəni  sahələrdə  –  bütün  sahələrdə  biz  münasibətlərimizin 

səviyyəsindən  çox  məmnunuq  və  şübhə  etmirəm  ki,  Polşa 

prezidentinin  Azərbaycana  rəsmi  səfəri  bu  istiqamətdə  atılmış 

çox böyük və uğurlu addımdır. 

Bu gün çox geniş fikir mübadiləsi aparılmışdır. Danışıqlar və 

imzalanmış  birgə  bəyannamə  bizim    niyyətimizi  ifadə  edir  və 

ikitərəfli münasibətlərin inkişafı üçün çox gözəl töhfədir. Onu da 

qeyd  etmək    istəyirəm  ki,  Polşa  Azərbaycanın  Avratlantik 

strukturlarına  inteqrasiya  siyasətini  həmişə  dəstəkləmişdir  və 

xüsusilə  Azərbaycanın  Avropa  İttifaqının  «Yeni  qonşuluq 

siyasəti»nə    qoşulmasında  çox  böyük  rol    oynamışdır.  Biz 

əməkdaşlığın  perspektivlərini  çox  gözəl  görürük  və  bu 

əməkdaşlıq  çoxşaxəli  olacaqdır.  O  cümlədən  energetika 

sektorunda da əməkdaşlığın perspektivləri çox gözəldir. 

Son  illər  ərzində  Azərbaycanda  həyata  keçirilən  nəhəng 

infrastruktur,  nəqliyyat  və  boru  kəmərləri  layihələri  ölkəmizin 

imkanlarını  əhəmiyyətli  dərəcədə  genişləndirmişdir.  Bakı–

Tbilisi–Ceyhan  neft,  Bakı–Tbilisi–Ərzurum  qaz  kəmərlərinin 

istismara  verilməsi,  gələcəkdə  Bakı–Tbilisi–Qars  dəmir  yolu 

layihəsinin həyata keçirilməsi əlbəttə, bizim nəqliyyat və ixrac 

imkanlarımızı  artırır.  Bu  layihələrin  həyata  keçirilməsi 

nəticəsində  Polşa–Azərbaycan  münasibətləri  də  inkişaf 

edəcəkdir. 

Biz  bu  gün  eyni  zamanda,  Ermənistan–Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsinin  həlli  yollarını    müzakirə  etdik.  Mən 

Polşa    prezidentini  danışıqlar  prosesində  mövcud  olan  vəziy-

yətlə  tanış  etdim  və  Azərbaycanın  ərazi  bütövlüyünü 

dəstəklədiyinə görə Polşaya bir daha öz minnətdarlığımı bildir-

mişəm.  Bütün  münaqişələr,  o  cümlədən  Ermənistan–Azər-

baycan  münaqişəsi  beynəlxalq  hüquq  normaları    əsasında  öz 



 178 

həllini  tapmalıdır.  Bu  məsələdə  Azərbaycanın  mövqeyi  dəyiş-

məzdir  və  bütün  dünya  ictimaiyyəti  bizim  mövqeyimizi 

dəstəkləyir. 

Bir sözlə, bizim ikitərəfli münasibətlərimiz həm ölkələrimiz 

üçün  çox  böyük  əhəmiyyət  daşıyır,  həm  də  regionda  gedən 

proseslərə öz müsbət təsirini göstərir. Mən çox şadam ki, Polşa 

prezidentinin  Azərbaycana  səfəri  çox  uğurlu  keçir  və  əminəm  

ki, əlaqələrimiz bundan sonra da ancaq və ancaq yüksələn xətlə 

davam edəcəkdir. 

Bu  badəni  Polşa  prezidentinin  şərəfinə,  xanım  Kaçinskanın 

şərəfinə və Polşa–Azərbaycan dostluğunun şərəfinə qaldırıram! 

 

 

Polşa prezidenti Lex Kaçinskinin nitqi 

 

Çox hörmətli cənab Prezident!  

Hörmətli xanım Mehriban Əliyeva! 

Hörmətli Baş nazir! 

Hörmətli parlament sədri! 

Hörmətli xanımlar və cənablar! 

Mən bu gün cənab Prezidentlə və buraya gəlmiş qonaqlarla 

görüşün  keçirilməsi  üçün  yaradılmış  imkana  görə  hamıya  bir 

daha  minnətdarlığımı  bildirmək  istəyirəm.  Polşa  Azərbaycanla 

daha  gözəl  münasibətlərin  qurulması  üçün  çox  səylər  göstərir. 

Polşa Azərbaycan və polyak xalqları arasında dostluğun daha da 

möhkəmləndirilməsində  maraqlıdır.  Bu,  sadəcə,  hazırda 

Azərbaycanın enerji baxımından dünyada ən mühüm ölkələrdən 

biri olması ilə bağlı deyildir. Bizim səylərimiz və niyyətlərimiz 

məhz  Polşa  öz  müstəqilliyini  bərpa  etdikdən sonra  onun  vacib 

hesab etdiyi fəlsəfədən irəli gəlir. Mən cənab prezident Əliyevlə 

ilk dəfə Varşava Üsyanı Muzeyində tanış olmuşam. Biz cənab 

Prezidentlə  orada  Varşava  üsyanında  iştirak  etmiş  və  həlak 

olmuş  Azərbaycan  əsgərlərinin  xatirə  lövhəsinin  açılışında 

iştirak etdik. Mən bunu ona görə xüsusilə vurğulayıram ki, bu, 

bizim  çoxillik  tarixi  olan  əlaqələrimizin  bir  rəmzidir.  Bizim 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə