İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə30/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   26   27   28   29   30   31   32   33   ...   115

 

101 


baycan  əməkdaşlığının  gələcəyinə  nikbinliklə  baxırıq  və 

ölkələrimizin  potensialından  istifadə  üçün  lazım  olan  bütün 

işləri  görməyə  hazırıq.  Əminəm  ki,  səfəriniz  buna  güclü təkan 

verəcəkdir.  

Əziz  dostlar,  icazə  verin,  ümumi  bayramımız  Novruz 

ərəfəsində  sizin  hamınızı  ürəkdən  təbrik  edim,  sizə  möhkəm 

cansağlığı  və  ölkələrimizin  tərəqqisi,  xalqlarımızın  firavanlığı 

naminə yeni-yeni uğurlar arzulayım.  



Sonra  Azərbaycan  prezidenti  İlham  Əliyev  çıxış  edərək, 

rəsmi  səfərə  dəvətə  görə  prezident  İmoməli  Rəhmona  təşək-

kürünü bildirdi.  

İ l h a m   Ə l i y e v: Bu mənim prezident kimi, Tacikistana 

ilk  rəsmi  səfərimdir.  Gözəl  torpağınızda  olduğumuz  ilk 

dəqiqələrdən  biz  qonaqpərvərlik  hiss  edirik.  Bu  bir  daha 

göstərir  ki,  xalqlarımızın  qarşılıqlı  münasibətlərinin  qədim 

tarixi,  ortaq  mədəniyyətləri  və  ənənələri  var.  Xalqlarımız  bu 

ənənələri  çoxəsrlik  əməkdaşlıqla  yaşatmışlar  və  onlar  indi 

inkişaf edərək möhkəmlənir. İki müstəqil dövlət – Tacikistan və 

Azərbaycan  azadlıq,  öz  potensialını  möhkəmlətmək  yolu  ilə 

inamla gedir. 

Mən bu imkandan istifadə edərək, Sizi özünüz üçün əlverişli 

vaxtda  ölkəmizə  rəsmi  səfərə  dəvət  etmək,  aramızda  olan  fəal 

dialoqu  davam  etdirmək  istəyirəm.  Çox  istərdim  ki,  səfər 

zamanı  Sizin  ölkəmizin  regionlarına,  o  cümlədən  dahi 

Azərbaycan  şairi  Nizaminin  vətəni  və  onun  məzarının  yer-

ləşdiyi Gəncə şəhərinə də getmək imkanınız olsun. İstərdim ki, 

qədim tarixi, xalqlarımızı birləşdirən kökləri bir daha duyasınız.  

Həqiqətən,  bu  gün  biz  Sizinlə  bu  barədə  danışdıq.  Ümumi 

tarix  çox  şey  deməkdir.  Biz  özgürlüyümüzü,  öz  dilimizi,  öz 

mədəniyyətimizi, ənənələrimizi məhz bu tarixi köklər sayəsində 

qoruyub  saxlamışıq.  Dövlətlərimizin  həm  iqtisadi,  həm  də 

siyasi  müstəvidə  əməkdaşlığı  belə  möhkəm  bünövrəyə 

əsaslanır. Ümidvaram ki, səfərim zamanı imzalanacaq sənədlər 

fəal  əməkdaşlıq  üçün  çox  geniş  imkanlar  açacaqdır.  Siyasi 

baxımdan  biz  müttəfiqlərik,  bütün  təşkilatlarda  –  BMT-də, 




 102 

ATƏT-də,  İslam  Konfransı  Təşkilatında,  MDB-də  və  digər 

forumlarda  bir-birimizi  dəstəkləyirik.  İqtisadi  baxımdan  bizdə 

əmtəə  dövriyyəsi  kifayət  qədər  yüksək  səviyyədədir  və 

qarşıdakı illərdə onu artırmağa ümid edirik.  

Humanitar  sahədə  əməkdaşlıq  məsələlərində  də  aramızda 

tam  fikir  birliyi  var.  Bir-birimizi  daha  yaxşı tanıya  bilməyimiz 

üçün ölkələrimizdə mədəni tədbirlər keçirilməsi ideyasına mən 

də qoşuluram. 

Azərbaycanda  bizim  həll  etdiyimiz  çox  mühüm  məsələlər, 

ilk növbədə, energetika ilə bağlıdır və onlar sırf Cənubi Qafqaz 

regionunun  çərçivəsindən  çox  tez-tez  kənara  çıxır  və  Mərkəzi 

Asiya,  Avropa  regionuna  da  potensial  surətdə  yayıla  bilər.  Biz 

bu  istiqamətdə  neft-qaz  kəmərlərinin,  habelə  nəqliyyat 

infrastrukturunun  tikintisi  üçün  çoxmilyardlıq  layihələr  həyata 

keçirmişik.  Yaxın  vaxtlarda  Bakı–Tbilisi–Qars  dəmir  yolunun 

tikintisinə  başlayırıq.  O  da  Asiya  ilə  Avropa  arasında  körpüyə 

çevriləcəkdir.  Düşünürəm  ki,  gələcəkdə  həmin  dəmir  yoluna 

qoşulmaq  Tacikistan  üçün  də  maraq  doğuracaqdır.  Regional 

əməkdaşlığın  bu  elementi  onda  iştirak  edəcək  bütün  ölkələrə 

sərfəli olacaqdır.   

Regionda  etimad  tədbirlərinin,  təhlükəsizliyin  möhkəm-

ləndirilməsi,  terrorizmlə  mübarizə  –  bütün  bu  məsələlər  bizi 

narahat  edir.  Təəssüf  ki,  indi  gördüyümüz  kimi,  dünya  bu 

hədələrdən sığortalanmayıb, heç bir ölkə özünü tam təhlükəsiz 

hiss etmir, xüsusən də bizim region. Çünki burada həm daxildə, 

həm də ətrafda münaqişələr, təhdidlər mövcuddur. Ona görə də 

təbii  ki,  bu  təhdidləri  minimuma  endirməklə,  fəaliyyəti 

uzlaşdırmaqla  məşğul  olacaq  strukturların  qarşılıqlı  əlaqəsi 

mühüm prioritetdir.

 

Biz sülh, sabitlik şəraitində yaşamaq və öz dövlətimizi, müs-



təqilliyimizi  möhkəmlətmək,  adamlarımız  üçün  daha  yaxşı 

həyat  şəraiti  yaratmaq  istəyirik.  Əlbəttə  ki,  bunun  üçün  ilk 

növbədə təhlükəsizlik gərəkdir. 

 

N



arkotrafiklə  əlaqədar  məsələ  bizi  də  narahat  edir,  çünki 

narkotrafikin  bir  hissəsi  bizim  ərazimizdən    keçir  və  bununla 




 

103 


mübarizə üçün bizdə  fəal tədbirlər görülür. Odur ki, bu sahədə 

ölkələrimizin səylərinin əlaqələndirilməsi böyük fayda gətirərdi. 

Biz  də  BMT-nin  müvafiq  qurumları,  digər  təşkilatlarla 

əməkdaşlıq  edir  və  narkotrafikin  qarşısına  güclü  sipər  çəkmək 

üçün  öz  tərəfimizdən  mümkün  olan  bütün  işləri  görürük. 

Əlbəttə ki, bundan ötrü çox ciddi tədbirlər görmək, sərhədlərdə 

infrastruktur  yaratmaq,  yeni  sərhədlər  yaratmaq  gərəkdir. 

Regionumuzda yeni sərhəd infrastrukturu yaradılmasına böyük 

tələbat  var,  çünki  Azərbaycanla  qonşu  ölk

ə

lər  arasında 



sərhədlər  əslində  şəffafdır.  Ona  görə  də  bu  fəaliyyəti 

təkmilləşdirmək üçün böyük investisiyalar, habelə bu fəaliyyəti 

təkmilləşdirmək  işində  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq 

lazımdır.

 

Cənubi  Qafqaz  regionunda  separatçı  hərəkatlara  gəlincə,  



bunların  nəticəsində  həm  Gürcüstanın,  həm  də  Azərbaycanın 

ərazi bütövlüyü pozulmuşdur və bu, təhlükənin başlıca amil

i

dir. 


Artıq  on  ildən  çoxdur  ki,  Azərbaycan  ərazisinin  bir  hissəsi 

Ermənistanın  işğalı  altındadır.  Ermənistanın  etnik  təmizləmə 

siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqına və 

məcburi köçkünə çevrilmişdir. Bu çox böyük humanitar fəlakət-

dir. Səkkiz milyon yarım əhalinin bir milyonu erməni təcavüzü 

nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş adamlardır.

 

Biz məsələni nizama salmağa çalışır və ATƏT çərçivəsində 



danışıqlar  aparırıq.  Amma  təəssüf  ki,  nəticələrdən  danışmaq 

hələlik  tezdir.  Biz  beynəlxalq  hüququn  prinsip  və  normalarını 

əsas  tuturuq.  Azərbaycanın  ərazi  bütövlüyünü  dünyanın  bütün 

dövlətləri, habelə Birləşmiş Millətlər Təşkilatı tanımışdır. BMT 

Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Lakin erməni 

işğalçı 


qüvvələrinin 

Azərbaycan 

ərazisindən 

dərhal 


çıxarılmasını  tələb  edən  bu  qətnamələr  yerinə  yetirilmir.  Ona 

görə  də  beynəlxalq  hüququn  aliliyi  və  ərazi  bütövlüyü 

prinsipləri, əlbəttə, bu münaqişənin və oxşar münaqişələrin həlli 

zamanı əsas kimi götürülməlidir. 

 

O  ki  qaldı  millətlərin  öz  müqəddəratını  təyin  etmək  hüqu-



quna – erməni tərəfi ona tez-tez əl atır – deməliyəm ki, erməni 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə