İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə27/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   23   24   25   26   27   28   29   30   ...   115

 

89 


 

 

 



İRLANDİYANIN PREZİDENTİ  

ZATİ-ALİLƏRİ 

XANIM MERİ MAKALİSƏ 

 

Hörmətli xanım Prezident! 



Ölkənizin  milli  bayramı  –  Müqəddəs  Patrik  günü  mü-

nasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm.  

Ümidvaram  ki,  Azərbaycan  ilə  İrlandiya  arasındakı  dostluq 

münasibətləri  əməkdaşlıq  imkanlarımızın  genişlənməsi  üçün 

daim möhkəm zəmin olacaqdır. 

Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  xalqınıza  sülh  və  rifah 

diləyirəm.  

 

Hörmətlə, 

 

 

 



İLHAM ƏLİYEV 

 

 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 12 mart 2007-ci il 




 90 

 

 



 

TUNİS RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ  

 

Hörmətli cənab Prezident!  



Tunis  Respublikasının  milli  bayramı  –  Müstəqillik  günü 

münasibətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  ürəkdən 

təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan  ilə  Tunis  arasındakı  dostluq  və 

əməkdaşlıq  münasibətlərinin  inkişafı  daim  xalqlarımızın 

mənafelərinə xidmət edəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  Tunis 

xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.  

 

Hörmətlə,   

 

 



 

 

 



 

 

      İLHAM ƏLİYEV 



 

 

Azərbaycan Respublikasının Prezidenti   

 

Bakı, 12 mart 2007-ci il 



 

 

 



 


 

91 


 

 

 



NAMİBİYA RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB HİFİKEPUNYE POHAMBAYA 

 

Hörmətli cənab Prezident!  

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 

Sizə və xalqınıza təbriklərimizi yetirirəm.  

Ümidvaram  ki,  ölkələrimiz  arasında  dostluq  və  əməkdaşlıq 

münasibətlərinin  inkişafı  xalqlarımızın  mənafelərinə  xidmət 

edəcəkdir.  

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  xalqınıza  sülh 

və firavanlıq arzulayıram.  

 

Hörmətlə,  

 

 

 



 

 

İLHAM ƏLİYEV 



 

 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 12 mart 2007-ci il 




 92 

 

 



 

SENEQAL RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB ABDULAY VADA 

 

Hörmətli cənab Prezident!  

Seneqal  Respublikasının  prezidenti  vəzifəsinə  yenidən 

seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.  

Əminəm  ki,  Azərbaycan  ilə  Seneqal  arasındakı  dostluq  və 

əməkdaşlıq  münasibətləri  xalqlarımızın  mənafelərinə  uyğun 

olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  Seneqal  xalqının 

rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.  

 

Hörmətlə, 

 

 

 



 

 

İLHAM ƏLİYEV 



 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 13 mart 2007-ci il 




 

93 


 

 

 



BELARUS RESPUBLİKASININ FÖVQƏLADƏ  

HALLAR NAZİRİ ƏNVƏR BARİYEV  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

13 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  13-də  Prezident  sarayında  Belarus  Respublikasının 

Fövqəladə Hallar naziri  Ənvər Bariyevi qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Azərbaycanla  Belarus  arasında  əmək-

daşlığın  müxtəlif  sahələr  üzrə  uğurla  inkişaf  etdiyini  bildirdi. 

Ötən  il  Belarus  Respublikasına  səfərini  xatırladan  prezident 

İlham  Əliyev  bu  səfərin  ikitərəfli  münasibətlərimizin  inkişafı 

baxımından əhəmiyyətini vurğuladı. 

Ölkələrimizin  müxtəlif  qurumları  arasında  əməkdaşlığın 

vacibliyini nəzərə çatdıran dövlətimizin başçısı Fövqəladə Hal-

lar  nazirlikləri  arasında  əməkdaşlığın  əlaqələrimizin  daha  da 

genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. 

Belarus  Respublikasının  Fövqəladə  Hallar  naziri  Ənvər 

Bariyev  ölkəsinin  Azərbaycanla  geniş  əməkdaşlıqda  maraqlı 

olduğunu  söylədi.  O,  Fövqəladə  Hallar  nazirlikləri  arasında 

əlaqələrin  uğurla  inkişaf  etdiyini  bildirdi,  Azərbaycanın  Föv-

qəladə  Hallar  Nazirliyi  ilə  əməkdaşlığın  gələcəkdə  də  davam 

edəcəyinə ümidvar olduğunu vurğuladı. 

  

 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə